Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analarda zahılıq sindromu
Analarda zahılıq sindromu
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 1132
Səs ver:
Doğumdan sonra yaranan zahılıq sindromu müalicə edilməsə, ana südünün kəsilməsindən intihara qədər yol var...

Bəs bu hal hansı əlamətləriylə özünü biruzə verir? Üzüntü, boşluq hissi, əsəbilik, səbəbsiz yerə ağlamaq, dünyaya gətirdiyi uşağı sevməməklə özünü göstərən zahılıq sindromu ilk hamiləlikdə daha çox üzə çıxır. Bu depressiya doğumdan sonra 6 həftə ərzində gizli baş qaldırır və bir neçə ay ərzində davam edir. Ancaq bu depressiyanın qarşısı alınmasa 1-2 il davam edə bilər. Bu zaman, dediyimiz kimi, əsəb, narahatlıq, sıxıntı, həddən artıq duyğusallıq, ya da laqeydlik, çox yorğunluq, enerjisizlik müşahidə olunur. Bəzən ailədən, dost-tanışdan uzaq durma ehtiyacı da ortaya çıxır. Əlamətlər içərisində uşağa zərər verməkdən qorxma, iştahsızlıq, çəki itirmək, yuxusuzluq, istəksizlik də olur. Doğum sonrası depressiyaya düşmə riski bəzi qadınlarda daha yüksəkdir.  Xüsusilə keçmişdə depressiya kimi ruhi problemlər, evliliklə bağlı müşküllər yaşayan, ruhi problemi olan yaxınları olanlarda bu risk daha çoxdur. Sosial dəstəyi olmayan yeni analar da zahılıq sindromuna daha çox tutulurlar.

Həkimlər ana südünün kəsilməsinin psixoloji səbəblərindən birinin də zahılıq sindromu olduğunu aşkar ediblər. Belə ki, əhval-ruhiyyə düşkünlüyü ana südünün azalmasına, hətta kəsilməsinə səbəb olur. Uşaqla baş-başa qalmaq, ona baxmaq anaları narahat edir. Bu çətin mərhələdə həyat yoldaşının və ailənin dəstəyini almaq vacibdir. Bundan başqa, bu mərhələdən daha asan keçmək üçün doğumqabağı təlim almaq,  müxtəlif ədəbiyyatlar oxumaq da faydalıdır. Gündə bir dəfə duş qəbul etmək, geyimi dəyişmək, gəzintiyə çıxmaq bu sindormdan qurtulmaq üçün sadə üsullardır. Lakin həkimə müraciət etmək və məsləhət almaq da mütləqdir.


Şərhlər: 6
Baxılıb: 1132
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdi
16 iyul 2015 19:20
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fiorella
Adam ozu gerek ozun toxtatsn yoxsa o pis olmag hallarinada bi ad qoyub xesteliye cevirirlerse ele bir az eseblesen deyer mende zahiliq sindromu var vsyo sonrada duser onun tesirine. Inshaallah ayn axrna mende korpemi dunyaya getirecem menide o esebi yuxusuz gunler gozleyir ama ozun ozumu gerek sakitkesdirrm tebii yaxnlarnda komeyi olmalidi
16 iyul 2015 19:19
# 5
Dosta_inam
Mende bele bir proses ikinci qizdan sonra bas vermisdi, cox aglayirdim sebebsiz yere, hetda qizlari evde tek qoyub qacmaq isteyirdim bas goturub ancaq hara bilmirdim, sukur Allahin komekliyi ile kecdi, hem mualice aldim hemde yoldasim sagolsun destek oldu, tek qoymadi meni, bir teher atlatdiq, cox sukur Allahin boyukluyune.
16 iyul 2015 18:16
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Bu qeder ciddi oldugunu bilmezdim..mende zahiliq dovrumu soz sohbet icinde kecirmisem, ama ele bir problem qalmayib sukur,,cuzi bir problemim qaldi zahiliqdan mene yadigar olaraq....
16 iyul 2015 18:01
# 3
Qelbim doludu !!!!
BARBI
Qadinlarin en esebi ve aglamaqli vaxtlaridir. Esebleri pozulur her seye aglayir yuxusuz olur.
16 iyul 2015 17:59
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Rahila
Bir gadinin didiyene gore uwagini oldurmey istiyirmiw ozunnen asili olmeyarag. Son anda ozune gelib. Bilmirem buda o sindroma aitdi ya yox.
16 iyul 2015 17:43
# 1
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz