Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O məşhur "gey"lər pullu kişilərin qurbanlarıdır
O məşhur
Göndərən: Qlamurr
Şərhlər: 17
Baxılıb: 2485
Səs ver:
Hər zaman "övlad tərbiyəni evdən, ailədən, cəmiyyətdən alır”, - deyirik. Bəli, ailədə, evdə normal davranışlarla qarşılaşan uşaq böyüdükcə ailəsinin güzgüsünə çevrilir. Ancaq tərbiyə təkcə ailə ilə məhdudlaşmır. Burada cəmiyyətin, KİV-in, medianın da böyük rolu var. Sosial media xəbərləri, TV proqramları birbaşa uşaqların əxlaqına, psixologiyasına təsir edir.

Şou-biznesdə məşhur olan, cəmiyyət arasında "gey” kimi tanınan şəxslərin üzə çıxarılması, onların evlərinin, avtomobillərinin, var-dövlətinin reklam edilməsi, efirdə meydan sulaması gənclərə "onlar daha yaxşı yaşayır” fikrini aşılayır. Uşağa "baxma”, "etmə”, "olmaz” deməklə onu hərəkətlərinə təsir etmək olar, amma şüuraltında formalaşmış "onlar daha yaxşı yaşayır” fikrini dəyişdirmək mümkün deyil. Az yaşlarında uşağın müəyyən hərəkətlərinin qarşısını almaq mümkün olsa da, böyüyəndə onun homoseksual olmayacağına heç kim zəmanət vermir. Bu fikirlər daha çox oğlan övladı olan anaların ən böyük problemidir. "Oğlumu necə böyüdüm ki, əsl kişi olsun”, "oğlum başımı ucaltmalıdır”, "mənim oğlum adıma layiq olmalıdır”, - düşünən oğlan anaları bəzən övladları ilə necə davranacaqlarını, onları necə tərbiyə edəcəklərini bilmirlər. Yolda, efirdə homoseksualları görən oğlan analarını "Yox, əsla mənim oğlum belə olmamalıdır”, "birdən o da belə olsa?” kimi düşüncələr çox narahat edir.

Ümumiyyətlə, homoseksuallığa meyl nədən qaynaqlanır? Oğlan uşaqlarını necə böyütmək lazımdır ki, əsl kişi kimi formalaşsınlar?

Psixologiya və Konsultasiya Mərkəzinin həkim-psixiatrı Denis Rzayev hesab edir ki, təkcə oğlan uşaqları deyil, eləcə də qız uşaqlarının homoseksuallıq meylləri ailədən qaynaqlanır: "Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda güclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər”.

Psixiatr bildirir ki, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur. Son yarım əsrdə aparılan araşdırmalar zamanı məlum olub ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür: "Hamiləlik dövründə  suçiçəyi və qızılca keçirən qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında testestorunun səviyyəsi aşağı miqdarda olur. Bu da qadın təbiətli kişi modelinin ortaya çıxması ilə nəticələnir”.

"Öz cinsinə maraq hələ uşaqlıqda özünü büruzə verə bilər” deyən həkimin sözlərinə görə, öz həmcinslərinə meyl erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya "nüvə” homoseksualizmi adlandırır. Bu hal baş verdiyi zaman 7-8 yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər.

Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır: "Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orientasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orientasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər”.

Psixiatr məsləhət görür ki, analar gələcəkdə övladlarının homoseksual olmasının qarşısını almaq üçün uşaqla böyük kimi davranmalıdır. Yəni onun hər hansı bir bacarığını tərifləyib göylərə qaldırmamalıdır. Çünki belə olduğu zaman analar övladlarını olduqları çevrədən ayırıb başqa bir əhatəyə salmaq istəyir. Ana elə düşünür ki, istedadlı övladı adi insanlarla ünsiyyət qurmamalıdır. Belə olan halda uşaqlar böyüdükcə özlərinə bənzər insanlarla ünsiyyət qurmağa çalışırlar. Bu da uğursuz nəticələrə gətirib çıxarır: "Uşağınıza istedadlı, bacarıqlı olduğunu başa salmalısınız. Onu sevməlisiniz. Çünki hər şeyin təməlində ailədə olan sevgi durur. Qadın ilk növbədə həyat yoldaşını sevməlidir. Ata da öz növbəsində ananı sevməlidir ki, bu, uşağa örnək olsun. Uşaq ailədə olan sevgini görüb hiss etməlidir”.

Çox zaman belə düşünülür ki, homoseksuallar qadına bənzəyir, qadın kimi davranır, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. D.Rzayev qeyd edir ki, bu, yanlış fikirdir. Homoseksuallar arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması heç kimdə şübhə doğurmur. Lakin müqayisə zamanı homoseksualların daha səliqəli geyindiklərini, öz xarici görünüşlərinə daha diqqətli olduqlarını görmək mümkündür. Homoseksualların əksəriyyəti yaradıcı meyllərə üstünlük verir. Onlara daha yaxın peşə rəssamlıq, dizayn və incəsənət aləmidir.

Qeyd edildiyi kimi, homoseksuallıq çox zaman uşaqlıq yaşlarında özünü büruzə verməyə başlayır. Yəni hər bir valideyn övladına daha çox diqqət yetirsə, onun gələcəkdə necə olacağını başa düşə bilər.

Uşaq psixoloqu Nigar Məmmədovanın sözlərinə görə, bu kimi davranışlar uşağın gələcəkdə homoseksual olacağına işarədir: az yaşlarından (4 yaşdan) haqqını müdafiə etmədə çətinlik, sözünü deməkdən çəkinmək, asılılıq və hirsi cinsiləşdirmək (o, oğlan olduğu üçün daha güclüdür), qız uşaqları ilə dost ola bilməmək, sözlə arxadan vurmaq (dostlarının yanlışını anaya, müəllimə deyən) bir küncə çəkilib tək qalmağa meyl, kişi oyunlarına qatılmamaq, oğlanların belə oyun fəaliyyətlərinə qarşı narahatlıq hissi, özündən kiçiklərlə oynamamaq, qızlarla oynamaq, qız paltarları geyinməyə meyl, yetkin kişilərdən çox qadınlarla birlikdə olmağa üstünlük vermək, kişilərə cinsi maraq göstərmək, ətrafdakılarda "qız kimi” fikri yaratmaq,  kişi dostlarına qarşı özünü gücsüz və zəif hiss etmək, davadan qaçmaq, incidilməkdən, yaralanmaqdan qorxmaq, utancaq davranmaq, çox kitab oxumaq, kövrək bir ruha sahib olmaq, romantik olmaq, özünü tənha hiss etmək, qadına xas davranışlar sərgiləmək, özünü bir kişi kimi tam inkişaf etmiş hiss etməmək və s.

Müsahibimiz bildirir ki, müəyyən dövrə qədər homoseksuallıq bir xəstəlik kimi qəbul edilirdi. 1970-ci illərə qədər bu insanlara məcburi psixoloji, tibbi təsirlər edilirdi. 1970-ci illərdən sonra müəyyən edildi ki, bütün homoseksuallar xəstə hesab edilə bilməz. Çünki adamın xəstə olub-olmadığına özü qərar verməlidir. "Mən xəstə deyiləm, homoseksual həyatdan həzz alıram” deyən birinə "xəstə” demək çox böyük səhvdir. Ona "sən müalicə almalısan” deməyə heç kimin haqqı yoxdur. Amma belə bir insan özündə olan bu problemi xəstəlik kimi qəbul edirsə, bu şəxsi narahat edən hisslər zamanla, müalicə ilə aradan qaldırıla bilər.  İnsan  homoseksuallığı özündə çatışmazlıq və xəstəlik kimi qəbul edirsə, mütləq androloq- seksopatoloqa müraciət etməlidir.

Androloq-seksopatoloq Kamil Baxşıyev deyir ki, kişilər çox zaman belə problemlərlə həkimə müraciət etməyi özlərinə sığışdırmırlar: "Onlar homoseksual olmağı özünə yaraşdırır, ancaq bu problemi aradan qaldırmaq üçün həkimə müraciət etməyi qəbul etmirlər. Elə düşünürlər ki, bu gün bir partnyoru varsa, bu, artıq onun sirridir, həkim bilsə, bu sirr aşkar olacaq. Homoseksualizmin ən çox özünü büruzə verdiyi yaşlar 20-40 yaş arasıdır. Homoseksuallar bu dövrdə qorxu, günahkarlıq, passivlik, boşluq hiss etməklə yanaşı cinsi tələbatın qadınla ödənilmədiyi hissini də yaşayırlar. Bəziləri bu hala boyun əyib, zövq almağa çalışır. Bəziləri isə özünə qapanır. Homoseksuallarda bu, şüuraltı inkişaf edir. Bu, xəstəlik halındadırsa, uşaqlıqdan inkişaf etmir, sonradan yaranır”.

Androloq bildirir ki, homoseksuallığa tam olaraq xəstəlik kimi yanaşmaq düzgün deyil: "Bu, çox zaman psixoloji vəziyyətdən irəli gəlir. İnsan dadmadığı hissləri dadmağa can atır. Bu, əsasən imkanlı insanlarda özünü büruzə verir. Pulu ilə hər şeyi ala bilən kişi, qadınla münasibəti yeknəsəq hesab edib, kişi ilə münasibətə can atır. Bu, psixoloji problemdir. Efirdə gördüyünüz, "gey” kimi tanıdığınız insanlar da pullu kişilərin seçdiyi qurbanlardır.

Bəzən homoseksuallar psixoloji müalicə alıb, başqa mühitdə, başqa həyat yaşaya bilirlər. Yəni ailə qurur, övlad sahibi ola bilirlər. Amma bu, çox nadir hallarda baş verir. Bunun üçün ən başlıcası güclü iradə lazımdır”.

Həkim homoseksuallığın 7 tipi olduğunu qeyd edir: "Həqiqi, yalançı, hərəkətə keçirilməyən, müvəqqəti, vəziyyətlə bağlı, cinsi fantaziyaların hərəkətə keçirildiyi, seks işçiliyi (yəni porno filmlərdə gördüyünüz homoseksualların hamısı homoseksual deyil, onlar üçün bu, bir iş ola bilər) adlanan bu tipləri ilk baxışda fərqləndirmək mümkün deyil. Bunu onlarla söhbət zamanı müəyyən etmək olur. Mənim yanıma adətən sağalmaq üçün deyil, cinsi xəstəliklərdən müalicə edilmək üçün homoseksuallar gəlir. Onlarla da homoseksuallıqdan müalicə almaq barədə soruşmaq həkim peşəkarlığına yaraşmır”.
 
"Uşaqda homoseksuallıq inkişaf edirsə, bunu hansı əlamətlərlə hiss etmək olar?” sualına androloq-seksopatoloq belə cavab verdi: "Bunu ancaq psixoloji olaraq hiss etmək mümkündür. Bu, elə bir xəstəlik deyil ki, hərarəti qalxsın, öskürsün, qarnı ağrısın. Bunu davranışlardan hiss etmək mümkündür. Buna da analar diqqət etməlidir. Oğlunuzda oğlan uşağına xas olmayan davranışlar müşahidə etdiyiniz halda, onu danlamayın, qışqırmayın, ələ salmayın. Onu psixoloqa aparın. Bu zaman siz övladınızın gələcək həyatını qoruya bilərsiniz”.

Mütəxəssislərin fikrincə, adətən uşaq yaşlarında cinsi zorakılığa, istismara məruz qalmış, döyülən, incidilən, uşaq tələbləri ödənilməyən, ailədə sevgi, qayğı, şəfqət görməyən, valideynləri tərəfindən hər zaman kənarlaşdırılan, ailədə ata-ana arasında hər zaman mübahisə, zorakılıq görən oğlan uşaqları daha çox homoseksuallığa meylli olur.  Həmsöhbətlərimiz mənfi nümunələrin də uşaq psixologiyasına təsir etdiyini bildirir. Efirdə, küçədə, hər hansı saytda, jurnalda homoseksualların həyatının işıqlandırılması, onların bəh-bəhlə təriflənməsi oğlan uşaqlarında buna maraq oyadır.

Homoseksuallar da insandır. Bunu heç kim inkar etmir, heç kim də övladını belə vəziyyətdən sığortalamayıb. Amma heç bir normal insan bu halı qəbul etmədiyi və övladının belə vəziyyətə düşməsini istəmədiyi üçün valideynlər oğlan övladları ilə daha diqqətli davranmalıdır. Oğlanların tərbiyəsində kişi nümunəsi əsasən ata olur. Oğlan uşağı atadan nümunə götürür. Ananın da tərbiyədə mühüm rolu var, amma ideal kişi obrazı görməyən oğlanın gələcəkdə ideal kişi olacağına, homoseksual olmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, çalışın ən azından oğlan övladlarınızın gələcəyi xətrinə onların qarşısında ideal kişi, ideal ata olmağı bacarın.


Şərhlər: 17
Baxılıb: 2485
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
heeecc sevmirem geyleri. Men de nifret edirem. Tezece cixmis lezbiyanlar, homoseksuallar, geyler ve s. haminizin Allah belasini versin!! 122 gulmek bir nov esebdendir fikir vermiyin))

Sitat: Antikvar
Bəlkədə ən çox diqqət etdiyim yönlərdən biridi.Bu səbəbdən oğlanlarım ilə çox qucaqlaşıb oynamıram.İndiki uşaqların hissiyatları tez oyanır.Mən məsəl üçün oğlumu qıdığlasam,çoxlu orasından burasından öpsəm ona xoş olur və yenidən o oyunlardan istəyə bilər.Bir çox analar uşaqdıda oynamaq istəyir nə başa düşür desələrdə mən tam əksini vurğulayıram.Uşaqın hissiyatınıki ,tez oyatdın gətirib çıxardacaq başqa fəsadlara.Bir vaxt gəldi ondada analar başına döyə döyə qalır.Nənələr varki,götürüb uşaqın cinsi orqanını oynadır...guya çox istəyir..sonrası nə vecinə sabah uşaq oımada belə oldu pis olacaq anası uşaqı o günə saldı..Hər nəysə..əsas məsələyə gələk.uşaqların cinsi orqanını tutub öpmək (ay nənə sənə qurban yeyim səni və.s ))sözlər əl qol hərəkətləri oğlanların gələcəyini baxx yuxarıda yazılan ada gətirib çıxardacaq.Mən heç vaxt qoymuram elə işlərə əl atsınlar.Özümdə həmçinin oğlanlarım ilə uşaq kimi danışmaqdı rəftar eləməkdi belə xarakterlər yoxdu.Böyük kimi ikisinədə aralarında yaş fərqləri olsa belə ikisidə məndən eyni rəftarı görərlər.Mama uşağı böyütmürəm,demirəm gedib hər şeydən xəbərləri olsun normasında çərçivədə məlumatlandırıram onları.Sualda versələr əyər onlara aid deyilsə qısaca siz hələ balacasız sizə aid deyil deyə cavablayıram.Özləridə mənim bu sözümdən başqa hər hangi bir sözüm olmayacaqını bildikləri üçün çox sorğu sual etmirlər.
Belədəki cəmiyyət maşallah "gey"lik adına layiq olan insanları məhf etsələr yaxşı olar.Sou biznese baxdıqda insan baxmaqına peşman olur))

halaldi size. Cooxxx duzgun terbiye edirsiz usaqlari. Kas ki butun valideynler sizin kimi usaqlarin terbiyesinde bu movzulara fikir verse
13 may 2015 18:14
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Laliçqaa
Nifret edirem geylere. Hele dunen birin gordum istedim bogub oldurum
13 may 2015 10:20
# 16
talis balasi
Bunlarin coxuda valideynelrden aslidi ana hara gedir oqlunuda dusurdur arxasiyca usaq helle qiz,arvad gorduyunden xasiyyetide basdiyir qiz kimi olmaqa..en esasida usaqlari multiklere cox oyresdirmemek lazimdi bezi kanallar var orda helle multik gedir indiki multikler coxu qiz usaqlarina aid olur,usaqlar kukla mukla gore qore onlarda heves qiza gedir
13 may 2015 09:06
# 15
Ayten666
Derde saldiz meni Allah qorusun
13 may 2015 08:44
# 14
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Antikvar
Bəlkədə ən çox diqqət etdiyim yönlərdən biridi.Bu səbəbdən oğlanlarım ilə çox qucaqlaşıb oynamıram.İndiki uşaqların hissiyatları tez oyanır.Mən məsəl üçün oğlumu qıdığlasam,çoxlu orasından burasından öpsəm ona xoş olur və yenidən o oyunlardan istəyə bilər.Bir çox analar uşaqdıda oynamaq istəyir nə başa düşür desələrdə mən tam əksini vurğulayıram.Uşaqın hissiyatınıki ,tez oyatdın gətirib çıxardacaq başqa fəsadlara.Bir vaxt gəldi ondada analar başına döyə döyə qalır.Nənələr varki,götürüb uşaqın cinsi orqanını oynadır...guya çox istəyir..sonrası nə vecinə sabah uşaq oımada belə oldu pis olacaq anası uşaqı o günə saldı..Hər nəysə..əsas məsələyə gələk.uşaqların cinsi orqanını tutub öpmək (ay nənə sənə qurban yeyim səni və.s ))sözlər əl qol hərəkətləri oğlanların gələcəyini baxx yuxarıda yazılan ada gətirib çıxardacaq.Mən heç vaxt qoymuram elə işlərə əl atsınlar.Özümdə həmçinin oğlanlarım ilə uşaq kimi danışmaqdı rəftar eləməkdi belə xarakterlər yoxdu.Böyük kimi ikisinədə aralarında yaş fərqləri olsa belə ikisidə məndən eyni rəftarı görərlər.Mama uşağı böyütmürəm,demirəm gedib hər şeydən xəbərləri olsun normasında çərçivədə məlumatlandırıram onları.Sualda versələr əyər onlara aid deyilsə qısaca siz hələ balacasız sizə aid deyil deyə cavablayıram.Özləridə mənim bu sözümdən başqa hər hangi bir sözüm olmayacaqını bildikləri üçün çox sorğu sual etmirlər.
Belədəki cəmiyyət maşallah "gey"lik adına layiq olan insanları məhf etsələr yaxşı olar.Sou biznese baxdıqda insan baxmaqına peşman olur))
13 may 2015 00:46
# 13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
bu cur insanlarin mualigesi olmur Allah hec bir valideyini bele sinaqla sinamasin insallah
12 may 2015 22:20
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Uwaqliq dovrunden bunu bilmey olar.Eger valideyin maraqlansa.Allah uzaq elesin
12 may 2015 21:23
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Vuska87
Coxlari qinasada menim bele insanlara xususile anadan gelme xeste dogulanlara yazigim gelir.eger ele dogulublarsa bu onlarin gunahi deyil.mence hec kim istemez haminin qinag obyektine cevrilmek.Allah komek olsun.ne deyek...
12 may 2015 21:20
# 10
qanadli melek
Bele insanlarin psixi problemleri olur.ne olur olsun insanda gerek mohkem irade olsun iradesiyle nefsinin ohdesinen gelsin
12 may 2015 21:19
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
homosekluallarda xromosom catismamazliqlari olur!! olar xestediler.anadan gelenden olarda bu sey qaldirir.allah uzaq elesin bizim qonsumuzda bir oglan var hele.bir yarasiqli oglandi ama yerisinden artiq bilmek olurki o nedi?
12 may 2015 21:09
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Allah lenet etsin
12 may 2015 21:03
# 7
SVETA
adsiz-a
Allah qorusun,hamsini oxumadim cox uzun uzadi yazlib sebrim catmadi
12 may 2015 20:54
# 6
Luna-90
Cox uzun oldu .allah uzaq elesin ovladlarimizdan zemane cox deyisib bele seyler coxalib ve adilesib.
12 may 2015 20:40
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Menim fikrimce homosekdualliq psixi problemlerdir. Bu hallar heddinen artiq coxalib. Bezen bele ovladlari olan valideynler utanir, ve gozletmeye calisir. Gizletmek evezine daha da psixoloqa muraciet edib bu meseleye hell tapmaq lazimdir.

Menim fikrimce homosekdualliq psixi problemlerdir. Bu hallar heddinen artiq coxalib. Bezen bele ovladlari olan valideynler utanir, ve gozletmeye calisir. Gizletmek evezine daha da psixoloqa muraciet edib bu meseleye hell tapmaq lazimdir.
12 may 2015 20:36
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Ümumi olaraq, başqa ölkələrdə bu müsbət qarşılansada bizdə bunlar haqqında heç də müsbət fikirlər yoxdur. Dövlətin konkret homoseksuallara qarşı sərt mövqeyi olmasa da, cəmiyyət tərəfindən tənqidi, qəbuledilməz münasibət mövcuddur.Valideynlər uşağın inkişafında diqqətli olmalıdırlar.Həkimə müraciət etməlidirlər. Yoxsa axırı pis olar və əvvəlki veziyyətinə dönməz
12 may 2015 20:33
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
WiRiN BaLaM
her sey insanin özunden asilidir bezen yaxsi valideyinin pis evladi pis valideyininde yaxsi ola biler evladi...terbiyede insanin daxilinde olmalidi mence
12 may 2015 19:51
# 2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Fialka
Ailədə valideynlər uşağın hər tərəfli o cümlədən bu yöndə də inkişafında çox diqqətli olmalıdırlar. Böyüyəndən sonra isə əgər həmin şəxs özündə bəzi narahatçılıqları müşahidə edirsə mütləq və mütləq həkimə müraciət etməlidir yoxsa axırı pis qurtara bilər) mənim bir oğlan sinif yoldaşım vardı adının qarşısında çağıranda qız deyib çağırırlardı,bir dəfə mamasının gəlinliyini geyinibmiş, atası da bunu görüm ikinci mərtəbədən aşağı tullayıb) sonra neylədilərsə düzəldi yazıq indi qız deyən yoxdu))
12 may 2015 19:49
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz