Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cizgi filmlərinin uşaq psixologiyasına təsiri
Cizgi filmlərinin uşaq psixologiyasına təsiri
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 7
Baxılıb: 1263
Səs ver:
Həyatımızda, əhəmiyyətli istirahət vasitəsi olan maraqlı televiziya proqramları yetkinlərin olduğu qədər uşaqların da həyatında əhəmiyyətli rol oynayır.

Dr. Mehmet Yavuzun fikrinə əsasən cizgi filmləri uşaqların xəyal dünyalarını genişləndirir, özünü dərk etməsinə, ətraf aləmi kəşf etmələrinə yardımcı olur.
Lakin, şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar, digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olurlar. Digər uşaqlara nisbətən aqressiv xüsusiyyətə malik ola bilərlər. Bu baxımdan valideyinlər uşaqların xəyal dünyasının inkişafında, ətrafındakı obyektləri tanımada dialoq inkişaflarında müsbət faydalar təmin edə bilər. Bundan əlavə lazımsız məzmunlu çizgi film izləməyin qarşısını ala bilər. Çünki, bu cür hallar sonradan uşaqlarda diqqət əskikliyinə və hiperaktivliyinə səbəb olur.

Bir tədqiqatın nəticələrinə görə uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti isə yavaş-yavaş yaranır.

Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər.
3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən "məna" axtardığını ortaya çıxardılar.

6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.

Məlumata görə gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. El dilində belə uşaqlara "ölgün" deyirlər.
Onlarda aktivlik, yaşıdlarına nisbətən, 30-40% az olur.


Şərhlər: 7
Baxılıb: 1263
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Uşaqların izlədikləri filmlərə valideyn diqqət etməlidir çünki uşaq misal üçün dava nəbilim döyüş tipli cizgi filmlərinə baxıb daha aqressiv ola bilər, bunun yerinə daha maarifləndirici şeylərə yönəldilsələr daha yaxşı olar.
18 may 2015 18:30
# 7
vipbetul
menim bu gunde mutiklara maraqim var baxiramda ,ndi butun usaqlar en azindan masaya baxir,birce menim bacim qizinin mutika hevesi yoxdu
18 may 2015 15:50
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
mənim oğlum multik zad hərləmir.deyir mən kişiyəm, kişilər futbola baxır.artıq bütün komandaların tərkibini əzbər bilirəm!
18 may 2015 12:38
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
konka84
mənim qızımın 6 yaşı var.hər multikə baxmır bəyənmir
18 may 2015 11:11
# 4
Melissa
menim fikrimce usaq baxmalidi ... ele usa

ele usaq varki hec marag bele gorsetmir
18 may 2015 10:15
# 3
BARBI
Mencede cizgifilm usaqlara pis tesirleri qeder yaxsi tesirleride var. sadece valideyn oyretmek meqsedli cizgi film izletmelidir. Indiki cizgifilmlerde ancaq doyusmek oldurmek pislik yox etmek bu kimi seyler gosterilir. Bu da usagin psixologiyasini pozur usaq baslayir cizgi filmdeki reftari gistermeye.
18 may 2015 09:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Ele bu yaxinlarda cizgi filmler haqqinda bir arasdirma yaptim)) Disney kanalinin multikine qoymayin usaqlariniz baxsin!!!! Disney usaqlari cinselliye ve seytani hislere oyredir. Faktlar da var. Her multiklerinin altinda usaqlara süuralti tesir eeden simvoar var!!!! Bunun aciqlamasini versem uzun olacaq. Yaziyla basa sala bilmirem. Amma usaqlarinizi qoruyun bu Tehlukeden!!!! Disneyin multiklerine az baxsinlar!! Bir de umumibcizgi filmlerden de melumat verim. Usaqlar en cox fantastik filmleri sevirlern daha cox icinde sehrli gucler davalar olan filmleri izleyirler. Artiq usaqlar dda ozlerini kaptirirlar o cizgi filmlerine(ozumden misal cekirem122) meselen sehrli gucu olan qehremanlara baxirlar ve ozlerini o qehremanlar kimi hiss eedirler. Belke evveller bunda bir problem olmayacaq amma sonradan usaginiz tamamen xeyallar dunyasinda yasayacaq!!!
18 may 2015 09:20
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz