Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər kəsə faydalı psixoloji taktikalar
Hər kəsə faydalı psixoloji taktikalar
Göndərən: Nazlı_qız
Şərhlər: 18
Baxılıb: 1155
Səs ver:
1. Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır. Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.
 
2. Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa, saqqız çeynəyin. Bu, əsəb halını yüngüləşdirməyə kömək edəcək. Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.
 
3. Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.
 
4. Həmsöhbətin sizin suala verdiyi cavabın natamam, yaxud qeyri-dəqiq olduğunu hiss edirsizsə, sualı təkrar verməyin, sadəcə gözünün içinə baxın. Belə olan halda adam yüksək ehtimalla öz cavabını tamamlamağa, əlavələr etməyə başlayacaq.
 
5. Emosiyaların mimikalara təsiri birtərəfli deyil. Mimikalar da emosiyalara təsir edə bilir. O deməkdir ki, məsələn, məclisdə istəmədiyiniz halda üzünüzdə süni təbəssüm yaradırsızsa, bu halın bir neçə dəfə təkrarlanması sizin əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Başqa sözlə, təkrarlanan süni mimika onun bağlı olduğu emosiyanı oyadır.
 
6. Müəyyən bir adamla tez-tez görüşməli olursuzsa və bu münasibəti saxlamaq sizin üçün əhəmiyyətlidirsə (amma həmin adamdan xoşunuz gəlmirsə), onunla hər görüşəndə süni mehribanlıq etsəz, bu hal bir neçə dəfə təkrarlandıqdan sonra əsl mehribanlığa çevriləcək.
 
7. Söhbət zamanı "məncə”, "mənə elə gəlir ki”, "mənim fikrimcə” və bu kimi digər ifadələrdən yersiz istifadə etməyin. Onsuz da başa düşülür ki, dedikləriniz sizin fikirlərinizdi. Belə ifadələr işlətməklə özündən müştəbeh adam təsiri yaradırsız.
 
8. Müsahibə verərkən, elə təsəvvür edin ki, müsahibə götürən adam sizin köhnə dostunuzdur, çoxdan görüşmürdüz, indi rastlaşmısız. Bununla şüuraltına təsir edə, həyəcandan qurtula, özünüzü sərbəst hiss edə bilərsiz.
 
9. Bir adam bundan öncə sizin nisbətən əhəmiyyətli bir xahişinizi yerinə yetirməkdən imtina edibsə (yaxud güzəşt etməyibsə), ikinci və daha az əhəmiyyətli xahişinizi də yerinə yetirməkdən (yaxud güzəşt etməkdən) imtinaya meyllidir. Halbuki, ondan ilk xahişiniz sonuncu dəfə xahiş etdiyiniş şey olsaydı, xırda əhəmiyyətli olduğuna görə çox güman ki bunu yerinə yetirərdi.
 
10. Stress yaradan halları özünüz üçün imtahan kimi qəbul edə bilsəz, stressin neqativ effekti azalacaq. Başqa sözlə, stressli şəraitdə bunun bir imtahan olduğunu özünüzə təlqin edin.
 
11. İnsanlar bir çox hallarda hansısa bir işə həqiqətən qadir olduqlarını başqaları üçün inamlı şəkildə nümayiş etdirə bilmirlər. Hansısa bir işə qadir olduğunuzu qəti şəkildə nümayiş etdirə bilsəz, adamları öz ətrafınıza cəzb edə biləcəksiz.
 
12. Adamlarla tez-tez görüşləriniz olursa (məsələn, idarənin qəbul otağında), arxa tərəfdə güzgü olması işə yarayır. Görüşdüyünüz adamlar özlərinə güzgüdə baxır, buna görə də, güzgüsüz halda ola biləcəyindən daha nəzakətli olmağa çalışırlar. Çünki normal adamlar güzgüdə özünü pis sifətdə görmək istəməz.
 
13. İclas yaxud toplantı zamanı kimdənsə sərt tənqid gözləyirsizsə, həmin adamla yanaşı (yaxın) oturacaqda özünüzə yer seçsəz, onun gözlənilən aqressiyasını azaldacaqsız.
 
14. İlk görüşü həmişə elə yerlərə təyin edin ki, həmin yer daha çox müsbət emosiyalar yaradır. Bununla, həmin görüş yaddaşda daha canlı, unudulmaz, xoş xatirə kimi qalacaq.
 
15. İlk görüş zamanı adamın gözlərinin içinə baxmaqla, onun göz rəngini özünüz üçün təyin edin. Bu informasiya beyinin müvafiq şöbələrinə ötürülməklə, sizə yardım edə bilir. Daha doğrusu, həmin adam sizinlə uzun müddətli münasibətə layiq biridirsə, münasibətlərin qurulması sürətlənəcək, layiq deyilsə, bu adamla münasibətdən vaxtında vaz keçməyə yardım edəcək.


Şərhlər: 18
Baxılıb: 1155
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
. Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.

Çox istərdim belə etmək,amma alınmır ,həmən an özümə hakim ola bilmirəm,beynim çönür,beynimdən keçən hər bir sözü demək üçün can atıram))Çox istərddim səbrli olum ,inşallah yuxarıda yazılanı yoxlayaraq bacarmış olaram)

Hər biri insanı sakitləşdirici məsləhətlərdi,Tşk.
27 iyun 2015 00:30
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
aLoNe AnGeL
1-cini edirdim.7-ni daha cox test eliyende edirem 23 8-i etmemisem hemise heyecanlanmisam-mektebde qonaliqda ve s. reks oynayanda. maraqli idi
26 iyun 2015 21:18
# 17
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ayka95
bilirdim bunlari
25 iyun 2015 22:49
# 16
sadecə mən
Düzdür.Mən bu məsləhətləri əlimdən gələn qədər yerinə yetirməyə çalışıram.tşklər.
25 iyun 2015 20:53
# 15
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
yaz_yamuru
Maraqli ve faydali meslehetlerdi..twk ))))
25 iyun 2015 19:57
# 14
Fiorella
3. Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək, Bunu etmeyi cog isterdim, cunki hegigetende yazldgi kimidi.o qsqran adamn uzurxahlgini esitmek lap sadece pesman oldugunu bilmek daha zovq verer chem ona cvb qaytarmag
25 iyun 2015 19:40
# 13
GünƏşimƏ_AiD_
Saqqiz meselesi duzdu men 3imkatahan vermishem 3undede imtahana girmemeishden evvel saqqiz ceynemishem..butun esebimi saqqiza tokmusham
Cox esebi olmasamda esebLeshendee vay vay
25 iyun 2015 19:08
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Tanışlardan kimsə əsəbləşib üstünüzə qışqırısa, ona adekvat tonla cavab verməyin. Sakit cavab verin, ya da heç cavab verməyin. Cavabsız qalan adam sonradan bu hərəkətinə görə peşman olur. Çox güman ki, etdiyi hərəkətə görə sonradan üzr istəyəcək.

yox bir. biri mene qisqiranda men de ona qesengggggce cavabini verirem. cunki men ozum dehset esebihysteric ve tez cusa gelen adamam23
25 iyun 2015 18:47
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Hansısa məqamlarda istifadə oluna bilinəcək psixoloji priyomlardı ) bəzilərini bilsəmdə digərlərini də bilmək maraqlı oldu, təşəkkürlər.
25 iyun 2015 18:24
# 10
rəmsə
Düzgün qeyd olunub əsəbi vəziyyət yarandıqda saqqız çeynəməyin faydası çoxdusakiz.Sinirinizi saqqızdan çıxardırsız23.
25 iyun 2015 18:22
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
menimde bele meslehetler ehtiyacim var .psixolgiyam pozulub cox esebiyem
25 iyun 2015 18:14
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
yaxsidi bunlarin bir coxunu bilirdim
25 iyun 2015 18:02
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Maraqli ve bir o qederde faydali xeberdi, tesekkur..
25 iyun 2015 17:55
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
teri meri
təşəkkür çox maraqlı bilgilərdi hamıya hər zaman lazım olur
25 iyun 2015 17:53
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
yarpaq33
Tewekkurler gundelik heyatimizda komeyimize catan taktikalardi
25 iyun 2015 17:49
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tek umidim sen
Cox gozel meslehetlerdi. Bunlara ehtiyavim var idi...
25 iyun 2015 17:39
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
Teşekkür,maraqlı taktika oldu.
25 iyun 2015 17:39
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
Belə psixplpji məsləhətlərə hər bir insanın ehtiyacı var,kimliyinnən asılı olmuyaraq təşəkkürlər atdım seçilmişlərə
25 iyun 2015 17:34
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz