Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü motivasiya etmənin 10 yolu
Özünü motivasiya etmənin 10 yolu
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 2687
Səs ver:
Bəzən ehtiyacımız olan şey sadəcə bir az motivasiyadır. Motivasiya əksikliyinə görə özümüzü gücsüz hiss edirik. Sağlam bir motivasiya ilə istədiklərinizi edə bilərsiniz.
1. Günə yaxşı başlayın
Günə gülümsəyərək oyanmaq günün davamında da enerjini yüksək tuta bilməyinizi təmin edəcək. Üzgün sifətlə, əsəblə, ümidsizliklə başladığınız günün sizin üçün möcüzələrlə dolu bir gün olmasını gözləməyin. Günə gülümsəyərək başlasanız, günün davamında daha da enerjili olarsınız.

2.Sahib olduqlarınızın qədrini bilin
Sahib olduqlarınızın qədrini bilməzsəniz, olacaqlarınızın da qiymətini bilməyəcəksiniz və heç bir şeyin sizi xoşbəxt etməyəcəyi üçün  yenidən başa dönəcəksiniz. Əlinizdəkinin qiymətini bilməyi öyrənməyiniz lazımdır. Unutmayın! İnsan əlindəkinin qiymətini itirincə anlayır, istəsəniz, təcrübədən keçirə bilərsiniz.

3.Analiz edin.
Hədəfinizi, qət etdiyiniz yolu, prosesləri, müsbət-mənfi vəziyyətləri analiz etməlisiniz. Heç bir şeyə kor-koranə qərar verməyin.

4.Səliqəli olun
Dağınıq məkanlar sizi yorar. Səliqəli olun ki, dağınıqlığın içində ehtiyacınız olan şeyi tapmaqla zaman itirməyəsiniz.

5. Özünüzü öyrədin
Təyin etdiyiniz hədəfləri araşdırın, oxuyun, nümunələri qiymətləndirin. Belə olan halda özünüzü inkişaf etdirmək etibarınızı artıracaq.

6.Vərdiş halına gətirin
Əgər bunu vərdiş halına gətirsəniz, təkrar bir motivasiya axtarışına ehtiyacınız olmayacaq. Bu vərdişiniz bir müddət sonra sizdə xasiyyət halını alacaq və siz artıq bunu dərd etməyəcəksiniz.

7.Qeyd edin.
Həyat qurtara bilər, çox cansıxıcı ola bilər. Lakin qeydlərinizi sözlərlə və ya qrafiklə, ümumiyyətlə, sizə hansı daha rahatdırsa, elə tuta bilərsiniz. Ancaq daha sonra o qeydləri tətbiq edə biləcəyiniz, lazım olduğu zaman faydalana biləcəyiniz və sizə asanlıq təmin edəcək şəkildə tutmalısınız ki, işinizə yarasın.

8. Niyə istədiyinizi özünüzə xatırladın
Təyin etdiyiniz hədəfin məqsədini özünüzə xatırlatmaq sizə "yetər" deməyinizə mane olacaq. "Yetər" demək üçün hər zaman bəhanələriniz var, halbuki, sizin ehtiyacınız olan tək şey motivasiyanızı yüksək tutmaq işinizə yarayacaq məqsədinizdir.

9.Post-it istifadə edin.
Sizi motivasiya edəcək, təyin etdiyiniz hədəfə çatmaq üçün sizi itələyəcək qeydləri divarınıza, şkafınıza, masanıza "post-it"-lərlə yapışdırın. Hədəfə çatmağınız üçün bunlar sizə kömək olacaq.

10. Nə istədiyinizə qərar verin
Nə istədiyinizi bilsəniz, ehtiyacınız olan motivasiyanızı təmin etməyiniz bir o qədər asan olacaq. Qərarsızlığınızın qalan kiçik enerjinizi də yox etməsinə icazə verməyin. Yaxşı düşünün, qərarlı olun.


Şərhlər: 13
Baxılıb: 2687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
cox sagolun:)))
26 mart 2016 02:16
# 13
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
emis
bezilerini bilirem ve emel edirem,ama qerarsizam ne edeceyimi bilmirem cox dusunurem.ne istedyimi bilmirem.seliqelik meselesinde cox diqqetcilem seliqesiz yerlerde otura bilmirem en yaxinim bele olsa sozu uze deyirem narahat oldugumu bildirirem tesekkurler :)
2 may 2015 22:08
# 12
cinqosh
gücsüz hiss etdiyim anlar olur. Bu zaman başlıyır öz-özümə öyüd nəsihətlər. maraqlı xəbərə görə təşəkkürlər.
1 may 2015 13:25
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
lazimli bilgidi, lazim olacaq
30 aprel 2015 15:36
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
esasi ne isdediyimizi bilib o yonde chalishmaq lazimdi

esasi ne isdediyimizi bilib o yonde chalishmaq lazimdi
30 aprel 2015 15:17
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Motivasiya insanın nikbin ruhlu olmasından da asılıdır ancaq pessimist hər şeyə yaxşı tərəfindən baxmağı bilməyən birisi üçün nə qədər bu məsləhətlərdə versən düzələn deyil ona yalnız öz iradəsi və ağlı kömək ola bilər o da əgər varsa təbii ki,..))
redaktə edənə təşəkkür.
30 aprel 2015 15:09
# 8
ulduz
hec ne eyynimi acmir olmur ...sıxılıram
30 aprel 2015 12:57
# 7
Nezka
Mən özümü mahnılarla motivasiya edirəm
30 aprel 2015 11:56
# 6
İçimi görsən mənə aptek alarsan.
yasemin
Çoox sağol bacı lazımlı xəbərdi 07
30 aprel 2015 11:44
# 5
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
xeyalperest
Hal hazirda mene en cox lazim olan şeydi bu.ve bezen motivasiya etmek isterken dahada icim qaralir ureyim sixilir.nedendi hec bilmirem tewekkur
30 aprel 2015 11:14
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Tomris Müslümova
birden olur mende hec ozumu ele ala bilmirem faydali xeberdi ama
30 aprel 2015 11:12
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
KRALİCEM
Bu aralarda hecde fikirlerim bir yere cemliye bilmirem
30 aprel 2015 11:04
# 2
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Mende bezen ozumu motivasiya ede bilmirem fikrim daginiq olur
30 aprel 2015 09:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz