Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyallar...
Xəyallar...
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 1250
Səs ver:
Xəyallarımız bizim özümüzdür. Özümüz xəyallarımızdır.

Gələcəyə dair həmişə istəklərimiz, planlarımız, xülyalarımız vardır, ağlımıza gəldiyində üzümüzdə təbəssüm yaradan.
Bəzi insanlar, sonralar kədərlənməmək üçün, xəyal qırıqlığı yaşamamaq üçün xəyal qurarkən sərhədləri aşmamağın lazım olduğunu söyləyərlər. Realist olmağımızı daha çox istəyərlər.

Bəziləri isə xəyallarımızda yaşadığımızı, xəyal qurarkən tamamilə azad olduğumuz üçün, təxəyyülümüzün sərhədlərini bilməmiz lazım olduğunu söyləyərlər.
Bəziləri isə insanın xəyal qurmaması üçün nəsihət edərlər.

Amma xəyallarının arxasından getməyini söyləyən sözlər, ya da xəyallarına çatmış bir insanla qarşılaşmaq çox xoşbəxt edər, ümid verər insana. Motivasiya edər, yaxşı təsir bağışlayar.

Walt Disney demiş ki: "Xəyal qurursunuzsa, edə bilərsiniz. Hər şeyin bir düşüncəylə başladığını heç vaxt ağlınızdan çıxartmayın". Bu cür sözlər çox xoşbəxt edir insanı. Xəyal etdiyini, hətta xəyal etdiyindən daha da çoxunu yaşamaq bir insan üçün nə böyük bir şansdır.

Bəzən bizi xoşbəxt edə biləcək şeylərin xəyalını qurmuş olmasaq da, çıxa bilər qarşımıza. Bəlkə dəli kimi sevdiyin birini itirdiyin, pulsuz olduğun, qaranlıq və darlığa düşdüyün bir zamanda elə biri, ya da elə bir şey çıxar ki qarşına o, səninlə həyat arasında bir körpü qurar. Həyata bağlayar səni, səni dardan çıxardar, təkrar gücünü toplamağa köməkçi olar. Yəni xəyal etmədiyin halda qazana bilərsən, səni ən çox xoşbəxt edəcək peşəni, eşqi, ailəni, ya da dincliyi... Yəni, sənə yaxşı təsir edəcək hərşeyi.

Bəzən də xəyal edərsən, işləyərsən, çalışarsan, fədakarlıq göstərərsən, amma olmaz. Bəzən nə edirsən et, yenə də olmaz. Elə zamanlarda həyatın, qarşına daha yaxşısını çıxardacağını gözləyərsən. "Hər şərdə bir xeyir vardır" məsəli yəni.

Bəzən xəyal edib, qazanıb, gözlədiyin kimi olmadığını da görə bilərsən. Uzaqdan çox doğru kimi görünər, amma içinə girincə atəş olduğunu anlayarsan. Bəzən xəyalını qurmaq, həqiqəti yaşamaqdan daha gözəldir çünki.

Bir də, xəyal edib, qazanıb sonra itirmək var. Qazandığın şeyin səndə əmanət olduğunu anladığın an dünyanın fani olduğu oturar ağlının bir küncündə.

Əlbəttə ki, ən gözəli: illərdir xəyalını qurduğun şeyin, tamamilə sənin səyinlə, öz-özünə verdiyin ümidlə reallaşdığını görmək, xəyallarını qurduğun şeyin içində olmaq.
Sonra reallaşan xəyallarını yeni xəyallar izləyər. Daha yaxşısı, daha... daha... daha...
 
Çünki xəyal mövzusunda doymaq çətindir. İnsan, həyatda xəyal etdiyi müddətcə yaşayar. Yaşamaq istəyiriksə, xəyal qurmağa, ümid etməyə davam edək o zaman.
İçimizdəki həyat sevinci, xoş ümidlər sönməməlidir. Onların sönməməsi üçün əlimizdən gələn hər şeyi etməliyik.


Şərhlər: 11
Baxılıb: 1250
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mən xəyal qurmuram deyən insanlar yalançıdır)) Çünki xəyal qurmayan insan yoxdur. Xəyallarımız və məqsədlərimiz, gələcəyə dair ümidlərimiz ayaqda tutur bizləri.(yəni məni).

...666...
28 avqust 2015 16:34
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist

Əlbəttə ki, ən gözəli: illərdir xəyalını qurduğun şeyin, tamamilə sənin səyinlə, öz-özünə verdiyin ümidlə reallaşdığını görmək, xəyallarını qurduğun şeyin içində olmaq.

Dehsetli derecede xeyal quran insanam,bir soz vare "1 saniye sonra ne bas vereceyini bilmeden iller sonrasinin xeyalini qururq" malesef qururuq.Tek isteyim qurduqum xeyallarim xeyal olaraq qalmasin,amin insaAllah
27 avqust 2015 22:05
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Melek5
Her birimiz xeyal qurariq ancaq bezen (cox vaxt) o xeyallari sadece xeyal olaraq da qacagini bile-bile xeyal qurariq
27 avqust 2015 21:42
# 9
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Aydan Habili
Əlbəttə ki, ən gözəli: illərdir xəyalını qurduğun şeyin, tamamilə sənin səyinlə, öz-özünə verdiyin ümidlə reallaşdığını görmək, xəyallarını qurduğun şeyin içində olmaq.
27 avqust 2015 21:32
# 8
Denizimm
xeyal qurmag gozeldi birde heyata kecse...
27 avqust 2015 20:33
# 7

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
vipbetul
xeyallar insani yasadir onlar dar anda insancin bir siqinacaq olar sadege bunu xeyal kimi qurmaq deyilde gerceklsedirmek lazidir sonucda her sey biz insanlarin elindedir

xeyallar insani yasadir onlar dar anda insancin bir siqinacaq olar sadege bunu xeyal kimi qurmaq deyilde gerceklsedirmek lazidir sonucda her sey biz insanlarin elindedir
27 avqust 2015 20:09
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
_damla_
bezen yerine yetmeyeceyini bile bile xeyal qururuq
27 avqust 2015 18:58
# 5
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
aliceWOnDer
Xeyal qurmaq gozeldir, amma xeyallinin geceklesmemesi olumdur..
27 avqust 2015 18:56
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Xeyallar aleminde ozumuzu serbest hiss edirik. Xeyal qurmaq cox gozeldir. Esas mesele o xeyallari gerceklesdirmekdir
27 avqust 2015 17:45
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Lola_Maya_
Gələcəyə dair həmişə istəklərimiz, planlarımız, xülyalarımız vardır, ağlımıza gəldiyində üzümüzdə təbəssüm yaradan.butun xeyellarim sevdiyim insanla birlikde olmaqdi Allah hamini arzusuna catdirsin mende olarin icinde.
27 avqust 2015 17:39
# 2
ALESSANDRA
menim heytaim ele xeyallardan ibaretdi gerceklesmeyecek xeyallardan.. hmmm
butun gunu xeyal ququram
27 avqust 2015 17:35
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz