Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunu bacaran qadınlar var-dövləti və sevgini evə çağırırlar
Bunu bacaran qadınlar var-dövləti və sevgini evə çağırırlar
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 1021
Səs ver:
Kim var-dövlətli olmaq istəmir ki?! Bəs, biz qadınlar var-dövləti, sevgini, xoşbəxtliyi dırnaqları düzgün rəngləməklə həyatımıza necə cəlb edə bilərik?

Xanımlar yaxşı bilirlər ki, hazırda iki rəngli manikür çox dəbdədir. Amma yəqin ki, bununla həm də həyatınızı yaxşılığa doğru dəyişə biləcəyinizi çoxlarınız bilmirdiniz. Bəli, bu, belədir! Amma bir şərtlə ki, dırnaqlarınızı fen-şunun prinsiplərinə uyğun rəngləməlisiniz, daha doğrusu rəngləri seçərkən aşağıda diqqətinizə təqdim etdiyimiz məqamları nəzərə alasınız.

Burada ilk növbədə, öz Zodiak bürcünüzün ünsürünə yaxud doğum ilinizin əsas elementinə uyğun rəngləri düzgün seçmək lazımdır. Ən sadə üsul doğum ilinin son rəqəminə yönəlməkdir. "0" və "1" metal, "2" və "3" su, "4", "5" ağac, "6" və "7" od, "8" və "9" torpaq ünsürünü ehtiva edir.

Metal manikür üçün qızılı, gümüşü, bürünc, poladı rənglərinin müxtəlif çalarları, boğuq qəhvəyi və qum rəngləri münasibdir. Qum kimi parlaq, zərli dənəciklər, metallaşdırılmış elementlərlə dırnaq bəzəmək yaxşı olardı.

Su ünsürlü manikür üçün şəffaf və soyuq rənglər - yasəmən, göy, mavi, zümrüd, həmçinin süd, sədəf çalarları, ombre manikür texnikası və ya mavi-göy qamması münasibdir.

Ağac manikürü üçün otların və yarpaqları təbii çalarları idealdır. Bundan başqa, bu mövsüm çox dəbdə olan qəhvəyinin, xakinin, yaşılın, yaşımtıl göyün, qrafit, qara və tünd-qəhvəyi rənglərlə dırnaqlarınızı boyaya bilərsiniz. Təbiət motivləri, bitki ornamentləri, kəpənəklər dırnaq dizaynı üçün əladır.

Od manikürü üçün fen-şu sistemində qırmızının bütün çalarları - tünd qırmızı, narıncı, zoğalı, qıpqırmızı, mərcan və sarı rənglər idealdır. Strazlar və müxtəlif xırda elementlər də neyl-art üçün daha münasibdir.

Fen şuda torpaq ünsürü manikür üçün açıq və tünd qəhvəyinin, şaftalı və krem rənginin, qırmızı-qonur, kərpic, isti çəhrayı, solğun narıncı rənglərin təbii çalarlarını seçmək münasib olardı. Dırnaq boyasının teksturası parlaq və ya donuq çalarla ola bilər.

Gül-çiçək məsələsini dəqiqləşdirdiniz? Onda fen-şu manikürünə başlayın! Sadəcə, öz qammanıza riayət edin.

Lakin unutmayın ki, fen-şu maniküründə hansı rənglərin hansı barmaqdakı dırnağa vurulmasının da əhəmiyyəti var. Çünki fen-şu fəlsəfəsinə əsasən, hər bir barmaq bizim xarakterimizin və həyatımızın müəyyən sahəsinə cavabdehdir. Fen-şu mütəxəssisləri sağ əldəki barmaqları vurğulamağı məsləhət görürlər. Çünki məhz sağ əl müsbət enerjini çəkir və onu çoxaldır. Sol əldəki bəzi barmaqları isə əksinə, bizim güclü tərəflərimizi zəiflədə bilər.

Sağ əlin baş barmağı Marsın himayəsindədir, bu barmaq sağlamlığa, yaxşı əhval-ruhiyyəyə və əqli qabiliyyətin yüksək səviyyədə qalmasına cavab verir. Yupiterin himayəsində olan şəhadət barmağı özünə inamı gücləndirməyə kömək edir. Saturn planetinin himayə etdiyi orta barmaq özünü realizə etməyə, biznesdə və karyerada uğur qazanmağa, yaradıcı insanların tanınmasına yardım edir, var-dövlət cəlb edir. Günəşin himayəsi altında olan adsız barmaq müsbət emosiyalar və şəxsi həyatda uğuru təmin edir.

Təsadüfi deyil ki, fen-şu maniküründə çox vaxt sağ əldəki iki barmaq - orta və adsız barmaq xüsusi vurğulanır.

Və nəhayət, Merkurinin himayədarlıq etdiyi sağ əlin çeçələ barmağı ailədə harmoniya və qəlb rahatlığına cavabdehdir. Ona görə də evdə problemlər müşahidə etdikdə sağ əlin çeçələ barmağını düzgün rəng çaları ilə boyayın. Vəziyyət yaxşılığa doğru dəyişməlidir!


Şərhlər: 6
Baxılıb: 1021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
düzü inanmıram bunlara.

vSu ünsürlü manikür üçün şəffaf və soyuq rənglər - yasəmən, göy, mavi, zümrüd, həmçinin süd, sədəf çalarları, ombre manikür texnikası və ya mavi-göy qamması münasibdir.

Ünsürüm sudur. bu rəngləri də sevirəm, amma manikur etmirəm.

...666...
30 iyul 2015 13:39
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Nə bilim inanmadım
28 iyul 2015 18:49
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
bele seylere hecc inanmiraammm

bele seylere hecc inanmiraammm
27 iyul 2015 19:49
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Lakdan istifade etmirem Namaz qildigima gore,amma bele toya falan getsem istifade edirem,her reng varimdi
27 iyul 2015 13:35
# 3
Acısı çox olan qizların guluşu gozel olur.!
BARBI
Men her reng manikurdan istifade edirem. Ogunki geyimime ve ehval ruhiyyeme uygun reng secirem
27 iyul 2015 10:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Mene gore burda yazilan rengler hec istifade etnediyim renglerdi, aci cehrayi reng, ag qara regleri daha cox istifade edirem, tesekkur.
27 iyul 2015 09:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz