Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uçuruma aparan addım - İNTİHAR
Uçuruma aparan addım - İNTİHAR
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 1136
Səs ver:
Yeniyetmələr arasında intihar "cavanlaşır”

İntihar etmək istəyən insana necə kömək etmək olar?
Həyatda elə anlar olur ki, insan şirin hesab edilən həyata belə son qoymaq istəyir. Onu uçurumdan yalnız bir addım saxlayır. Hər şey artıq bitib, yaşamağın heç bir mənası yoxdur. Əgər bu baş verirsə insanın özü və yaxınları nə edə bilər?Hansı sözlər, hansı hisslər insanı son və qaçılmaz addımı atmaqdan saxlayar?
 
İntihar və intihara cəhd. İntihar hansısa problemi həll etmək əvəzinə seçilən addım, cəzalanmaqdan və rüsvay olmaqdan qurtulmaq, təhqir və ümidsizliyə son qoymaq, unuda bilmədiyi kədərdən qaçmaq üçün atılan addımdır.
Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən də yeniyetmələr belə intiharın nə olduğunu və onunla necə mübarizə aparacağını bilməlidirlər.

Əgər tanıdığınız kimsə intihar etmək istəyirsə və siz ona kömək etmək fikrindəsinizsə, ilk növbədə sui-qəsd barədə ətraflı öyrənin.

Yeniyetmə və gənclər arasında intihar artır

15-24 yaş arasında olanlar arasında intihar halları daha çoxdur.

Müasir zamanda yeniyetmə və gənclər arasındakı ölümün əsas səbəbi intihardır. Əsasən də 15-24 yaş arasında olanlar arasında intihar halları daha çoxdur. Onu da qey edək ki, təsadüfən baş verən bədbəxt xəstəliklər zamanı, o cümlədən narkotik maddənin dozasının çoxaldılması, yol qəzaları, körpü və binalardan yıxılma, zəhərlənmə kimi ölüm səbəbləri yeniyetmə və gənclərin bir nömrəli cəlladıdır. Lakin intiharı öyrənən mütəxəssislərin fikrincə əslində bu ölümlərin çoxu bədbəxt hadisə deyil, gizli icra olunan intihar idi.

Bəzən yalnız ölüm qabağı məktub yazıldığı halda ölümün səbəbi intihar kimi qəbul olunur. Lakin əksər hallarda intihar edənlər heç nə yazmırlar. Heç də həmişə ölümün səbəbinin intihar olduğunu dəqiq müəyyən etmək olmur. Ona görə də "intihar” qrafasında yalnız heç bir şübhə doğurmayan ölüm hadisəsiləri qeyd olunur.

Təcrübələr göstərir ki, hər beçinci yeniyetmə intihar etmək barədə ciddi fikirlərşir. Getdikcə intihar "cavanlaşır”: uşaqlar intihar haqqında düşünür, buna cəhd etmək istəyir və edir də. Növbəti on il ərzində 10-14 yaş arasında olan yeniyetmələrdə intiharların sayı daha sürətlə artacaq.

İntiharın qarşısını almaq olar

Belə bir fikir var ki, əgər yeniyetmə intihar etməyi qərara alıbsa, ona mane olmaq mümkün deyil. Eləcə də hesab olunur ki, yeniyetmə birinci cəhdlə həyatına son qoya bilməyibsə, intihar baş tutana qədər dəfələrlə buna cəhd edəcək. Əslində isə gənclər həyatında bir dəfə intihara cəhd edirlər. Onların çoxu yalnız müəyyən zaman kəsiyində - 24 saatdan 72 saata qədər özlərinə qəsd edə bilərlər. Lakin kimsə buna mane olub həmin adama kömək etmək istəsə, o, bir də intihara cəhd etməyəcək.

Bəziləri düşünür ki, yeniyetmələrlə intihar barədə söhbət etmək onlarda bu təhlükəni hiss etməyə maraq oyadır. Əslində yeniyetmə ilə intihar barədə danışarkən biz onu intihara təhrik etmirik. Əksinə yeniyetmələr üçün onları narahat edən bu mövzu haqqında söhbət etməyə imkan yaranır. Əgər sizin hansısa tanışınız intihar haqqında danışmağa başlayırsa, demək o, bu haqda çoxdan fikirlərşir və sən ona yeni heç bir şey deyə bilməyəcəksən. Sən ona ürəyini boşaltmağa imkan verəcəksən. İntihar haqqında fikirlərlə bölüşdükdə isə bu fikirlər o qədər də təhlükəli olmurlar.

İntihar haqqında danışan şəxs intihar edir

Həyatına son qoymaq istəyən on yeniyetmədən yeddisi öz planları barədə bölüşürlər. Ona görə də bu haqda danışan yeniyetmələrin çoxu zarafat etmir. Bununla belə biz onların dediklərini ciddiyə almır, "o, zarafat edir”, "o, diqqəti cəlb etmək üçün belə edir” deyir və ya düşünürük. Öz dostunun həyatı ilə risk etmə: o, intihar barədə danışıbsa, deməli vəziyyət ciddidir.

İntihar - diqqəti özünə cəlb etmək üçün seçilən bir üsul deyil. Çox vaxt dostlar və valideynlər yeniyetmənin "Mən ölmək istəyirəm” kimi sözlərinə fikir vermirlər. Onlara elə gəlir ki, yeniyetmə zarafat edir, o, diqqəti cəlb etmək istəyir və ya ona nəsə lazımdır.

Əgər sənin dostun, tanışın intihar barədə danışıbsa, o, həqiqətən də diqqət istəyir. Bununla yanaşı o, intihar edəcəyi barədə zarafat etmir. Əgər o, bu haqda danışıbsa demək həyatından narazıdır və son çıxış yoluna – intihara əl atıb. O, sadacə intihar etmək istəyən insan görünüşü yaradırsa, bu, onun pis vəziyyətə düşdüyündən xəbər verir. Yaxşı olar ki, onun sözlərinə qulaq asıb ona ciddi yanaşasınız.
İntihara meyilli yeniyetmələr hesab edir ki, onların problemləri ciddidir. Müxtəlif insanlar eyni hadisəyə fərqli baxırlar. Bir nəfər üçün ciddi olmayan bir problem, başqası üçün həll edilməz ola bilər.

Yəqin razılaşarsız ki, uşaqlar ilə böyüklərin həyata baxışları fəqlənir. Sizin üçün dəhşətli olan bir məsələ onlar üçün boş bir şeydir və əksinə. Misal üçün, ən yaxşı dostu ilə dalaşdığı üçün yeniyetmənin əhvalı pisdir. Valideynləri isə ona deyir: "Nə olsun?, Sənin ondan başqa kifayət qədər dostun var”.

İnsanı intihardan qorumaq üçün psixologiyanı bilmək lazımdır.

Həyatın qədrini bilmək üçün bunları bilmək vacibdir:

Bizə lazımdır ki, bizi sevsinlər.
Bizə lazımdır ki, özümüzə yaxşı münasibət göstərək.

Bizim davranışımıza iki əsas prinsip təsir edir:

Bizim davranışımız özümüzə olan münasibətdən asılıdır.
Hər insanın hərəkətinin məqsədi var. Bizim hərəkətlərimiz elə-belə baş vermir.

Bu fikirləri nəzərə alsaq, yeniyetmələrin nəyə görə intihar etdiyini anlamaq olar. Eləcə də, bunları düşünüb qayğının və mehribanlığın intihar barədə olan fikirləri qovduğunu, insana ümid verdiyini anlayacaqsınız.

Həyata və özünə dəyər vermək üçün biz hamımız bizə qarşı olan sevgini hiss etməliyik.


Şərhlər: 11
Baxılıb: 1136
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zeynebin nevesi
Bezen mende de olur chareni ölümde tapmaq.Eslinde,bir nov cesurlarin ishidir intihar.Meselen,mende qorxu var.Amma dini cehetden nezerde tutmuram.Ele vaxt olur ki,gozun dönür,hech cehennemi bele fikirleshmirsen.Amma agridarmi filan kimi suallar saxlayir seni.
Bu yola sebeb ancaq ve ancaq(!) etrafdaki insanlardi!Menim valideynlerim hech vaxt bu hedde chatdirmayib meni,amma elin yad adamina gore bu haqda dushunmush bele olmam indi chox gulmeli gelir mene.Ve ya gulmeli deyil,sadece heyat berkidir insani
2 avqust 2015 23:05
# 11
Fialka
Allahın verdiyi bir canı almaq səbəbi nə olursa olsun günahdır və cəzası da əbədi cəhənnəmdir. İntihar edən insana mütləq ki, psixoloji yardım etmək lazımdır çünki psixikası zəif olan kəslər tab gətirə bilmir və nəticədə çıxış yolunu intiharda görürlər bu hal yeniyetmə gənclərdə daha çox təsadüf olunur.
2 avqust 2015 19:37
# 10
Menim balam
intaharla hayatlarına son qoyan insanlar çoxalıb. Allah ağıl versın onlara. Şeytan ağıllarını alır
2 avqust 2015 18:12
# 9
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
vipbetul
ilk onge oyrenmek lazimdir niye gore inntihar etmekk isdiyir hec kim sebebsiz intihar etmez sonucda,sebebi bildikden sonra ise psixolaji komek etmek lazimdir
2 avqust 2015 16:18
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
İntihar çıxış yolu deyil! acizlərin vəziyyətdən qurtarmaq üçün etdiyi ən asal üsuldur- intihar! mən də intihar etmək istəmişəm, amma heç vaxt etməmişəm.

...666...
2 avqust 2015 16:18
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
GünƏşimƏ_AiD_
heqietenee anlamiram intihar etdin ne oldu.
fikir vermishem indi cox ushaq ay xoshbext deyilem ay ne bilim ailem meni anlamir ay me bilim ne.
kash mende ushaq olaydim deyirem.17yashim var ushaqa, eslinde coxlari uchun ushaqam amma yende ushaq olmaq isterdim.
kasibliqina gore intihar etmek isteyenler var.yemeye corey tapmadiqim zamanlar olub ve?? ne oldu olmushem.hec aileni dushunmursen.sen nece evladsan ki valdeynini aqladacaqsan.
her shey qiraqa Allahin buyurdu sene emenet etdiyi canin hesbanini o dunyada vere bilmeyeceksen.bu aqlasixlmazdi bir pastupokdu.
bashka meslerde varki mecburi inthar idi bele halalarda coxdu niye cunki bizim cemiyetimiz qinamaq uchun ureyleri gedir.yaxshi tutaqimki qinadin Sabah seninde ovladinin bashina gelende onda senide qinayacaqlar.
sevdiyi insana gore her shey elemek olar(heddinde)intihar nedi sevmir meni ne edim sozu nedi sevmir sevmesin.Mecburdu.sevgi mecbur deyil.depresisya dushmek nedi?birdefe sterese dushmisem deprasiyay oda atama gore olmushdu.
Kimse gore yox.
bele hallar ustunde genc qizlarimiz mehv olur sevgilisi ona xeyanet eledi deye Oqlanlarimz ozun mehv edir.insan oz ichinde varsa onu hec kes saxlaya bilmez.bunu her deefsinde bir daha anlayiram.
ne deyim esshi
Allah hidayet etsin bashla soz ne demek olarki.
2 avqust 2015 15:41
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Meleknur
Heyatda hec bir wey vecimr deyil dunya firlanir intihar menim ucun hec bir weydi amma Allah canimi almalidi dee duwunurem cunki en boyuk gunah bir cana qiymaqdi bir can yarada bilmirik ne heddimizr Allahin verdiyi cani almaq
2 avqust 2015 15:09
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
emis
Indiki usaqlarin hamsi nevrozdu onun da sebebi yediyimiz qidalardandi o vaxtki usaqlarda gorun bir damci esebililik varmi cunki o zamanlar indiki qidalar yox idi usaqlar sogan corek yeye yeye yekelibler indikiler kimi yox.Can sirin seydi bosuna demeyibler menim ne qeder gunahim olsada wexsen men dusnurem ki, oz canima qesd etmerem hec vaxt bunun sebebi hem canimi sevdiyim ucundu hemde Allahin verdiyi cani biz kimim ki, elinden aliriq herenin alnina bir dogum gunu yazildigi kimi olum gunude azilib onu ise bizi yaradan tek Allah gorur Allahimizi unutmamaliyiq. Yeniyetmelere geldikde ise onlarda da az sey yoxdu hemcinin valideynlerde de, valideyn usagi dinlemir ele dediyini deyib durur usaga hecne basa salmir daha da onu qizisdirir elebil ki, nece nefer gormusem ki ana ve qizi dalasir qiz deyir ki ozumu oldurecem ana da deyir get oldur qorxdum eyy. ciddiye almirlar seheri gunde televizorda qizlarinin olum xeberini esidirler sonrada here adina birsey qosur deyir ki salamar qiz olsa idi ozunu oldurmezdi ama dusunmurler ki bu olumun sebebi adice bir aile prableminden bir balaca anlasilmazliqdan ireli gelib, ele bu yaxinlarda qiz ki toy gecesi qacdi seheri de tovuzun korpusunden atdi ey bax hemin qizin xalasi bizim qonsudu qizin her bir gunahi yox imis sadece qaynanasi adina leke yaxib da tiy gecesi qizi evden gonderib oglu ile evlenmesini istemirmis neyse bu sohbetin arxasi uzanmadan men kaciyim. tesekkurler.
2 avqust 2015 09:36
# 4
xeyalperest
Ayy kecen defe xeberlerde bir qiz gosterdiler oznu asmişdi.amma mence hemin qizin asmagina sebeb valideynleriydi kzgn eslinde aile bele movzularda cox onem daşiyir
2 avqust 2015 08:57
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Heyatda hec ne yasamaqdan gozel ola bilmez. Yasamaq esqi bir basqadir. Hec kimcun canina qiymaga deymez
2 avqust 2015 07:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Intihar cox pis seydir, hem de gunahdir, Allah hec bir bendesini Intihar edecek hedde catdirmasin, hamiya gozel mehriban, sevincli heyat bexs etsin, Amin Insaallah, dua
2 avqust 2015 05:38
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz