Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stomatoloqdan qorxanlar oxusun! Dentofobiyadan necə qurtulmalı?
Stomatoloqdan qorxanlar oxusun! Dentofobiyadan necə qurtulmalı?
Göndərən: Wappuw
Şərhlər: 21
Baxılıb: 910
Səs ver:
Stomatoloqa getməkdən qorxanlar bu yazını mütləq oxusunlar!

"Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.

- Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
- Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
- Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
- İynədən qorxursunuzmu?
- "Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
- Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
- Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?

Diş həkimindən niyə qorxuruq? Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır. Bu qorxunun öhdəsindən necə gələ bilərik? Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq: 1. Pasiyentə tam güvən hiss aşılanmalı 2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır. 3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır. 4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin. 5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür. 6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar. Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr: - Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin - Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər - Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin - Həkiminizə qorxunuz barədə məlumat verin - Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.


Şərhlər: 21
Baxılıb: 910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
rəmsə
Qorxduğum bir stamatoloqdu,bir də ginekoloq.Sağ olsun həkimlər mənim kimi pasientə dözürlər,onların başına oyun açıram,keyidici iynə vururlar,deyirəm yox keyimədi18birini də vurun.
23 aprel 2015 22:31
# 21
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
SENSİZ
iki disim aqriyir qorxumdan getmirem
23 aprel 2015 22:24
# 20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Catwoman666
Stamotologa bas cekmemisem. Cunki ehtiyacim olmayib sukurrrr ki

Stamotologa bas cekmemisem. Cunki ehtiyacim olmayib sukurrrr ki
23 aprel 2015 16:00
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
zayka15
- Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
- Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
- Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
- İynədən qorxursunuzmu?
- "Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
- Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
- Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?
off hamsindan var hele gelen hefte dis cixartdirmaliyam 18 qorxuram 18 18
23 aprel 2015 15:16
# 18
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
vipbetul
insan o vaxta qeder qorxurki aqridiqi orqanina gore hekime muraciyet etmiyib
23 aprel 2015 14:43
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Mən indiyene kimi Heç cekdirmemisem Ama müalicə eletmisem. O da cəmi 2-3 dəfə birinci dəfə gedəndə.yerimde esirdim qorxudan ama sesimi cixartmiram həkim deyir dözümlü qızdı. Ürəyimdə dedim həə birazdan görəcəksən təpiyi vuranda. .İkinci dəfə də gedəndə iynəsiz elədi oldum dirildim indi yenə gedesuyem ama ta qorxmuram təşəkkürlər08
23 aprel 2015 14:14
# 16
cinqosh
ağ xalatlı həkim görəndə artıq bütün ağrılarım keçir.ən çətini stomotoloqda stula oturana qədərdi.oturdun ki, vsyooo....
23 aprel 2015 13:54
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Luna-90
1disimi 2defe cekdirmisem 1ci sinife gedende birde 6da oxuyanda eyni dis basqa disin ustunden cixirdi onu cekdirmisem ivso .1il bundan qabaq prosta karesimi temizletdim sonra agartdim .hekime deyirem disim qaniyir fircaliyanda deyir disini cox surtunsen hemde berk ona gore.deyir dislerine baxanda bilinirki yaxsi qulluq edirsen .disime cox hessasam.indi organic adli pastadan ve oral-b agiz yaxalayicidan istifade edirem disim qanamir.
23 aprel 2015 11:53
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Zeynep_Fatih
Qorxmuram stomotoloqdan
23 aprel 2015 11:52
# 13
Tomris Müslümova
men qorxan deyilem keyit,sora istisen agzimi kes apar
23 aprel 2015 11:47
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayten666
Iki disim arxada artiq ete girib kotuk hissesi ama yenede getmirem qorxuram agrida verir o terefe neyse deyende.plomblamAg isdeyende onlari yayda 3keyidici tesir etmedi yenede agri verirdi sonrada cekilesi oldu ve keyimeyeceyini bildiyimcun getmirem
23 aprel 2015 11:27
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Lucia
Hə çox qorxuram,azca ağrıyanda da həkimə gedə bilmirəm.
23 aprel 2015 11:21
# 10
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Nur k-off
Qorxmuram qetiyyen çünki hekim canimi qurtarir agridan
23 aprel 2015 11:15
# 9
SVETA
tatyana
qeyd olunanin hamisi var amma sanirdimki qorxmuram men stamatoloqa getmekden,demekki qorxurammis
23 aprel 2015 11:13
# 8
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Nezka
Qorxurdum əvvəllər amma gedəndən sora gördüm heçnə yoxdu
23 aprel 2015 11:06
# 7
İçimi görsən mənə aptek alarsan.
Bestoş
Qorxuram indiyene qeder getmemiwem stamatoluq yanina
23 aprel 2015 10:47
# 6
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
aliceWOnDer
ine vurulana kimi qorxuram sonra kecir
23 aprel 2015 10:37
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Cox qorxuram ordaki demirleri gorende ureyim gedir qorxudan
23 aprel 2015 10:20
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
En qorxdugum bir sira xesteliklerin kecmesidir . Steril seraitde olsa hepatit qics ele bir xestelikdi sterlizasiyada da mikrob olmur
23 aprel 2015 09:45
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Diş həkimindən qətiyyən qorxmuram və düşünürəm ki, əgər mənə faydası varsa sağlam olmağıma niyə də qorxmalıyam, hətta iynəsiz , keyləşdirmədən belə aparılan diş əməliyyatından qorxmuram yetər ki, diş həkimi savadlı və steril şərait olsun..
23 aprel 2015 08:28
# 2
amazing
En qorxduqum ve en hessas olduqumuz movzudur.mendede bu xususiyyetler var.
23 aprel 2015 08:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz