Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaddaşin zəifləməsi və səbəbləri
Yaddaşin zəifləməsi və səbəbləri
Göndərən: Bestoş
Şərhlər: 14
Baxılıb: 2452
Səs ver:
Bəzən insanlar yaddaşının zəiflədiyini hiss edir - informasiyanı uzun müddət ərzində yaddaşında saxlaya bilmir, adi şeyləri unudur və s.

Bunun səbəbləri müxtəlif ola bilər:

- kəllə-beyin travması, insult, beyinin onkoloji xəstəlikləri,

- digər orqan və sistemlərin təsirindən beyinin fəaliyyətində pozulmaların inkiaşafı,

- xarici mənfi faktorların təsiri (yuxunun az olması, stress, beyinin həddən artıq yüklənməsi və s.),

- xroniki intoksikasiyalar (spirtli içkilər, siqaret, narkotiklər, bəzi dərman preparatların uzun müddət ərzində qəbulu, ziyanlı istehsalat və s.),

- beyində yaşla əlaqədar dəyişikliklər.

Kəllə-beyin travması yaddaş pozulmasının əsas səbəblərindən biri sayılır. Ağır travma bəzən amneziyaya səbəb olur - insan travma anını, ondan əvvəl və sonra olan hadisələri xatırlaya bilmir. Bəzən ağır travma nəticəsinə insan yaddaşını tam itirə bilər  (öz adını, kim olduğunu, harada yaşadığını, ailəsini və s. unudur).

Beyin qan dövranının pozulması da yaddaşın pisləşməsinin səbəblərindən biridir. Beyin qanla kifayət qədər təchiz olunmalıdır. Bu beyinin normal fəaliyyəti üçün (və həmçinin yaddaşın yaxşı olması üçün) çox vacibdir.Ateroskleroz xəstəliyi nəticəsində beyin damarlarının daxilində xolesterin yığılır, damarlar daralır, elastikliyini itirir. Bunun nəticəsində beyində qan dövranı pozulur. Bu isə öz növbəsində beyinin fəaliyyətinə (yaddaş, diqqət, təfəkkür) mənfi təsir edir. Adətən ateroskleroz yaşlı insanlarda inkişaf edir. Lakin hal hazırda həkimlər aterosklerozun xeyli "cavanlaşmasını" müşahidə edirlər.

Şəkərli diabet xəstəliyinin ağır fəsadlarından biri damarların zədələnməsidir - angiopatiya. Bu pozulma zamanı damarların divarları qalınlaşır, kiçik damarlar bağlanır. Nəticədə orqanizmdə (o cümlədən, baş beyində) qan dövranı pozulur.

Meningit (beyin qişalarının iltihabı) və ensefalit (beyin maddəsinin iltihabı) beyinin fəaliyyətinə mənfi təsir edir. Xoşbəxtlikdən, həkimə vaxtında müraciət etdikdə, bu xəstəliklər yaxşı müalicə olunur.

Təəssüf ki, bunu beyinin degenerativ xəstəliklərinə aid etmək mümkün deyil.  Belə xəstəliklərin arasında ən tanınmışı - Alsheimer xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda yaddaş və təfəkkür daim azalır və nəticədə insan yaddaşını tam itirir, özü özünə qulluq edə bilmir. Əksər hallarda bu xəstəlik 70-80 yaşlı insanlarda inkişaf edir. Xəstəlik tədricən və gizli inkişaf edir və onun ilk simptomlarından biri məhz yaddaşın və diqqətin azalması olur. Müalicə olunmadıqda xəstənin vəziyyəti ağırlaşır - o, yaxınlarını tanımır, öz adını, kim olduğunu unudur, çölə çıxanda evə yol tapa bilmir və itir. Belə hesab olunur ki, bu xəstəlik irsən ötürülə bilər. Alsheimer xəstəliyi müalicə olunmur, lakin müalicə xəstəliyin erkən mərhələlərində başladıqda, xəstəliyin daha yüngül keçməsinə nail olmaq mümkündür.

Yaddaşın zəifləməsi hipotireozla (qalxanvari vəzi xəstəliyi) bağlı ola bilər. Bu zaman xəstədə həmçinin bədən çəkisinin "səbəbsiz" artması, depressiya, ödemlər, əzələ zəifliyi, əsəbilik və s. kimi simptomlar inkişaf edir.


Şərhlər: 14
Baxılıb: 2452
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
arada bir seyliyim tutur o da esebilwende ya da cox ders eleyende adam gijliyir onda
26 aprel 2015 23:11
# 14
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
SENSİZ
yaddasim cox zeyifleyib 28
duzgun qidalanmiram icecream
yaxsi yatmiram uyku
bir az esebiyem
25 aprel 2015 22:59
# 13
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nezka
Yaddaşım güclüdü
25 aprel 2015 19:02
# 12
İçimi görsən mənə aptek alarsan.
emis
mendede tez tez olur yaddas zeifliyi bir dene sey yadimda qalmir,yaddasin olmasi en cox findiq kimi cerezler yemek lazimdir, yaddasi guclendirir,ben bu kafayla nereye kadar gidicem bilemuyom yani oyna
25 aprel 2015 16:13
# 11
aliceWOnDer
men bele dusunurem ki, yediymiz qidalar, men saglam qidalanmiram sexsen
25 aprel 2015 16:11
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Rakella
Yaddasim bir cehetden yaxsidiki oxudugum gorduyum seyi tez yadda saxlayirim ama hussuzlugum var qoydugum seyi tapa bilmirem mene nese tapsirsalar yadimdan cixir elemirem
25 aprel 2015 15:52
# 9
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
yaddas zeiflemesi xestleyi bu dovrde artoiq daha cox artir. texnologiyanin inkisafinin da yaddasin zeiflemeyine tesiri var
25 aprel 2015 15:51
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Luna-90
Mende son2 ildi zeifliyib yaddasim.buda stress ve travmadan olub.
25 aprel 2015 15:19
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
cinqosh
yaddaşım pis deyil.Ən yaxşısı güclü göz yaddaşım var.bir dəfə baxmaq kifayətdi mənimçün.xəbərçün təşəkkürlər.
25 aprel 2015 13:54
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nergız33
Menimde yaddaşım bir ara cox zeyiflemişdir dokdora getdim müalice aldım indi babatam.
25 aprel 2015 13:17
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
vipbetul
yaddasin zeiflemesi ele adamlarda hec xestelik olmadanda bash verir
25 aprel 2015 12:58
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
mende de ara bir olur
25 aprel 2015 11:41
# 3
SVETA
Fialka
Yaddaşın zəifləməsinə demək ki, bir çox xəstəliklər səbəb olur, ancaq yaddaş zəifliyi ilə bağlı şükür problemim yoxdu inşAllahda olmaz.
25 aprel 2015 11:17
# 2
BARBI
Mende yuxunun az olmasi ve strese gore yaddasim cox zeifleyib .
25 aprel 2015 10:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz