Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü tərbiyə edə bilən insan....
Özünü tərbiyə edə bilən insan....
Göndərən: Qlamurr
Şərhlər: 14
Baxılıb: 1101
Səs ver:
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.
 
Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, o gün yalan danışmayacaqsınız, ya da nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə, əslində özünüzü çox böyük bir tərbiyə prosesindən keçirmiş olursunuz. Sizin iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdişə çevirirsiniz, mənən yüksəlirsiniz. Nə vaxtsa yaşadığınız bir hadisəni gözünüzün qarşısına gətirin: biri sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni deyir, bəlkə, təhqir də edir. Ancaq siz haqlısınız və haqlı olduğunuz halda ona eyni tərzdə cavab vermirsiniz, dilinizə pis söz gətirmirsiniz, sadəcə olaraq, onun həqiqəti bilmədiyini, sizin bu məsələdə hər hansı bir təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın, az da olsa, vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcəkdir. Ancaq siz o vaxt onun ittihamlarına eyni tərzdə, eyni ifadələrlə cavab versəniz, o anda rahat olsanız belə, vaxt keçdikcə onunla "baş-başa gəldiyiniz”, ağır sözlər dediyiniz üçün vicdan əzabı çəkəcəksiniz...
 
Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən insan artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçmiş olur. Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir. Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər...
 
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də...
 
"Zaman Azərbaycan"


Şərhlər: 14
Baxılıb: 1101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Yaxşı olmağı seçən insanlar var birdə seçməyən elə yaxşı olanlar ancaq təbii olaraq bunun əksidə var təəssüf ki, ilk növbədə əgər sonradan yaxşılığı seçən varsa birinci tövbə edib Allaha sığınmalıdır belə ancaq insan gündəlik öz vicadnı ilə baş - başa qaldığı zaman əzab çəkməməlidir onun qarşısında əksinə rahat olmalıdır bir sözlə insanın özünü tərbiyəsi üçün səbir və təmkin əsas şərtdir və nə xoş o kəsə ki, özünü tərbiyə edərək tənzimləyə bilir..
17 avqust 2015 23:37
# 14
WiRiN BaLaM
ən yaxşı tərbiyəni insan özü özünə verir bu isə insanın düşüncə tərzinə baxır hər kəs eyni ola bilməz ))tərbiyə insanın daxilində olmalıdır ilk növbədə))
17 avqust 2015 21:31
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. \

mene uzaq sozlerdi 08
17 avqust 2015 19:14
# 12
Don't trust anyone ∆
VIP
İlk ürəyini tərbiyə et,sonra dilini.Sözlər ürəydən gəlir,dilnən cıxır.
17 avqust 2015 16:51
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
yaxsi insan olmaqcun gerek qelbimizi temizleyek ilk onge
17 avqust 2015 16:30
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
duzgun qeyd olunub amma bezileri hec susmurlar hec sehvlerini gormurler sakit deyirsen anlamirlar qisqirir deyirsen anlayirlar her cur insan var amma her zaman sebrli olmaliyiq
17 avqust 2015 15:26
# 9
♥ KaMa ♥
hər kəs özünü tərbiyə etsə insanlar pis əməllərdən pis vərdişlərdən çəkinsə dünya necə gözəlləşər) düzdü hər kəs səf edir amma səfdən nəticə çıxarmaq lazımdır məncə yoxsa yenə təkrarlanar
17 avqust 2015 12:54
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Ayselina
Yazilanlarla raziyam..insan 1ci novbede vicadani qarsisinda temiz olmalidir..vicdan insanin en boyuk muhakime eden hakimidir...ne olur olsun, herseyden qaca bilersen ama vicdanin muhakimesinden hec vaxt qaca bilmezsen..her gece basimi yastiga qoyanda bugun hansi yaxsi hansi pis isleri gordum deye ozumle haqq hesab apariram..sehvleirmden netice cixarmaga ve tekrarlanmamaga calisiram..calisaq nefsimizi her zaman terbiye edek..Rebbim, bizleri nefsimizle tekbeteke qoymasin insallah..
17 avqust 2015 12:06
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
xeyalperest
Eslinde biz bunlari etmeliyik.Amma her gun gune basliyanda bunu edecem bunu etmiyecem deyende insan ister istemez o sehvleri edir.Yeni mence axisina buraxmaq lazimdi.Hemin situatsaya dusende dusunmek lazimdi onu ani olaraq.

Eslinde biz bunlari etmeliyik.Amma her gun gune basliyanda bunu edecem bunu etmiyecem deyende insan ister istemez o sehvleri edir.Yeni mence axisina buraxmaq lazimdi.Hemin situatsaya dusende dusunmek lazimdi onu ani olaraq.
17 avqust 2015 11:23
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Meleknur
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də...
17 avqust 2015 11:18
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Narın Yağış
Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar.- Hirslə gedən də peşmanlıqla dönər.. özüm şahidi oldum bu gün 08
17 avqust 2015 10:48
# 4
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Dosta_inam
Her bir insan yaxsi insan olmasada yaxsi olmaga calismalidir, her zaman eseblerini ele olmagi bacarmalidir, bosuna deyilmir, ofge ile qalxan zererle oturar.
17 avqust 2015 10:40
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ayka
menali yazi idi...
17 avqust 2015 10:40
# 2
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
BARBI
Insan her durumda ozunu idare etmeyi bacarmalidir. Eseblerini cilovlamalidir. Hirsli basda agil olmaz deyibler. Sakitlesdikden sonra temkinli olub qerar vermek lazimdir.
17 avqust 2015 09:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz