Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın psixomotor inkişafı
Uşağın psixomotor inkişafı
Göndərən: Qlamurr
Şərhlər: 10
Baxılıb: 1923
Səs ver:
Uşağın psixoloji və hərəki inkişafı üçün onun daimi olaraq ana ilə ünsiyyətdə olması böyük əhəmiyyət kəsb edir. Bu ünsiyyət həm də uşaq hələ ananın bətnində olanda başlanmalıdır.

Hətta "bətindaxili ünsiyyət” termini də vardır ki, analar xüsusi məşğələlərdə psixoloqların köməyi ilə çox maraqlı üsullarla öz doğulmamış uşaqları ilə "ünsiyyətə” girirlər. Bu ünsiyyət körpəyə yaxınları və gələcəkdə onu əhatə edəcək aləmlə təmasda olmağa kömək edir. Bunun nəticəsi olaraq doğulduqdan sonra uşaq ətrafda baş verənləri çox sakit və təmkinlə qəbul edir.

Uşaqla ana arasında qarşılıqlı əlaqə yaradılması yenidoğulma dövründə davam olunmalıdır.

Öz körpənizlə tez-tez danışmağa cəhd edin, ona nəvazişlə müraciət edin, onun üçün lay-laylar, şerlər, və s. oxşamalar oxuyun. Bir çox valideynlər hesab edirlər ki, yeni doğulmuşlar heç nə anlamırlar, və əksər müraciətləri qəbul etmirlər. Bu heç də belə deyildir! Bu dövrdə uşaq aktiv olaraq informasiya toplayır və ətraf aləmlə tanış olur. 8 aylığından etibarən onunla məşğul olmaq olar və bunu etmək vacib hesab edilir. Bunun necə edilməsi baradə isə, uşaqların inkişaf etdirilməsi üzrə keçirilən, xüsusu hazırlıq kurslarında ətraflı məlumat ala bilərsiniz.

Uşağın yaşı artdıqca onun valideynləri və digər ailə üzvləri ilə olan münasibətləri daha aktiv olmalıdır. Uşaqla mütəmadi olaraq danışmaq, onun gördüyü, öyrəndiyi bu və ya digər əşya və təzahür haqqında nə düşündüyü ilə maraqlanmaq, fikirlərini öyrənmək, ona müxtəlif olaylar, tarixçələr, nağıllar danışmaq, onunla rəsm çəkmək, oyunlar oynamaq, plastilindən fiqurlar düzəltmək lazımdır.

Uşağınızın 2-3 yaşı tamam olduqda müxtəlif üsullardan istifadə etməklə onun təfəkkürünün (intellektinin) inkişaf etdirilməsi ilə mütəmadi olaraq məşğul olmaq lazımdır. Bu çox vacib hesab edilir. Təəssüflər olsun ki, valideynlərin əksəriyyəti bu yaşın imkanlarını, uşaqların yeni informasiyalara olan tələbini düzgün qiymətləndirməyərək, onların intellektinin inkişaf etdirilməsi ilə məşğul olmur, bunun üçün qarşıda hələ xeyli vaxt olduğunu düşünürlər. Nəticə etibari ilə belə valideynlər uşaqlarının təfəkkürünün inkişaf etdirilməsi ilə yalnız məktəbə getməzdən 1 il əvvəl başlayırlar. Bu isə bir çox hallarda uşağın yüklənməsinə və yorulmasına, nəticə etibari ilə isə onda məktəbə getməyə və oxumağa qarşı mənfi fikir formalaşmasına səbəb ola bilər.

Məktəbəqədər dövrdə lazımı hazırlıq keçməyən uşaqlar məktəbdə daha çətin və böyük problemlərlə üzləşirlər.

Anasından ayrılaraq onun üçün yad, tamamilə tanış olmayan və maraqsız bir mühitə düşən uşaq, bu halda hətta ciddi psixoloji zərbə də ala bilər. Bundan başqa böyük risk var ki, uşaq məktəbə olan bütün marağını itirə bilər, məktəbə qarşı uşaqda hətta nifrət hissi oyana bilər.

Bu halda valideynlərə hansı məsləhətləri vermək olar? Uşağın psixomotor inkişafına mümkün qədər tez başlamaq məsləhət görülür. Psixomotor inkişaf düzgün təşkil edilməli, məlum dövrlərin ardıcıllığı gözlənilməklə və mütləq sadədən mürəkkəbə doğru olmaqla aparılmalıdır.

Kiçik yaşlı uşaqların psixomotor inkişafının ən yaxşı üsullarından biri, müəllim və valideynlərin iştirakı ilə xüsusi qruplarda aparılan məşğələlərdir. Bu məşğələlərdə, uşaqlarla iş aparılması üzrə xüsusi ixtisaslaşma keçmiş müəllimlər (pedaqoqlar) sizin uşağınızın intellektual inkişafını onun yaşına uyğun səviyyəyə çatdıra bilərlər. Bundan başqa, bu müəllimlər sizin uşağınızın psixomotor inkişafında olan hər hansı bir problemi vaxtında aşkar edərək ona diqqət yetirməyinizi də tövsiyə edə bilərlər.

Məktəbdə uşağın psixomotor inkişafına müəllimlər nəzarət edərək onun problemləri barədə sizi məlumatlandıracaqlar. Uşağın məktəbdəki göstəriciləri ilə daim maraqlanmaq vacib hesab olunur. Bu sizə problemləri vaxtında üzə çıxarmağa və həll etməyə kömək edəcəkdir.


Şərhlər: 10
Baxılıb: 1923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Usagin psixologiyasinin pozulmamais ucun ana betninden baslmaq lazimdir. calismaliyiq dava dalas olmasin usaga pis tesir ede ve usaq dogulanda travma ola biler. bunu kisiler anlasa yaxsi olar usaqlari ucun.usagin geleceyi ele dogulandan belli olur ki bu usaq nevroz olacaq buna yol vermemeliyik
17 aprel 2015 13:34
# 10
FISTIK
Uşag psoxologiyasinda Ata ve Anani rolu böyükdür.
16 aprel 2015 22:10
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Luna-90
Bizde her sey yolundadi.
15 aprel 2015 22:46
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Meleknur
Ay uwaglara hec sebrim yoxdu
15 aprel 2015 22:39
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Uşağın tərbiyəsi anadan asılıdı
15 aprel 2015 20:48
# 6
İçimi görsən mənə aptek alarsan.
aziz a
Usagi duzgun terbiye etmek lazim oldugu qederde cetindi, cox cetindi...
15 aprel 2015 19:55
# 5
Qelbim doludu !!!!
vipbetul
usaqlarda psixolgiyanin duzgun temelini qoymaq lazimdirki boyuyerken eziyyet cekmesun
15 aprel 2015 19:42
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Valideyn usaq dogulannan her seyi derk etdiyi muddete qeder usaga komeklik gostermeli sebrle ona her seyi oyretmelidir
15 aprel 2015 19:27
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Uşaqların inkişafında onların psixoloji durumlarında, anaların öhdəsinə böyük yük düşür bundan sonra isə məktəbə qədər dövr və məktəbdə uşaq həmişə nəzarətdə olmalı və müəllim valideyn münasibətləri qurulmalıdır.
15 aprel 2015 19:20
# 2
Menim balam
Böyük oğlum gec dil açib , aparmadığım yer olmayıb. Şükür indi yaxşidi.
15 aprel 2015 19:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz