Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzünüz gülsün
Üzünüz gülsün
Göndərən: ayka
Şərhlər: 17
Baxılıb: 1303
Səs ver:
Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.

Halbuki insan özünə əhvali-ruhiyyə aşılamağı, ailə üzvlərinin ovqatını yaxşılaşdırmağı bacarmalıdır. Əmin olun ki, özünütəlqin yolu ilə sizin də əhvalınız yaxşı olar, ətrafdakıların da.

Özünü inandıra bilmək, həmişə gülərüz olmaq sağlamlıq, eləcə də ətrafdakıların ovqatını yaxşılaşdırmaq üçün çox vacibdir. Bu cür insanlar cəmiyyətdə ümid müjdəsi kimi dolaşırlar. Hələ ailədə sizin körpəniz xəstələnibsə, əmin olun ki, üzünüzdəki təbəssümə, ümid dolu sözlərinizə onun çox böyük ehtiyacı var.

Özünü inandıra bilənlər başqalarını da inandırırlar. Ona görə də, ailə başçısı bu məsələyə həmişə xüsusi diqqət ayırmalıdır. İnanmalı və inandırmalıdır ki, hər şey qaydasındadır, ailənin xoşbəxtliyi üçün hər hansı ciddi maneə yoxdur. Bütün bunların ən gözəl ifadəsi isə, heç şübhəsiz, təbəssümdür. Çöhrənizdən təbəssümü əskik etməyin.

Deyirlər ki, insanın üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini həmişə təbəssümlə bəzəsə, bu, onun daxilinə də əks edər, hisslərinə də, düşüncələrinə də.

Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, təbəssüm də sədəqədir. Əgər sən, öz əhvalın o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək, ona dəyər verdiyini ifadə etmək üçün təbəssüm edirsənsə, əmin ol ki, sənin bu niyyətin boşa getməz. Çünki sən Allahın bir qulunu sevindirsən, Allah da səni sevindirər.

Üzünüz gülsün, çöhrənizdən təbəssüm əskik olmasın. Əmin olun ki, sizin bu əhvalınız evdə hər kəsin əhvalına təsir edəcək, üzünü güldürəcək. Uşaqlarınıza sevinməyi, gülməyi, təbəssümlə yaşamağı öyrədin. Bu da tərbiyənin bir yoludur..


Şərhlər: 17
Baxılıb: 1303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aytil
ele dostlar olur ki sen hec vaxt gule bilmeyecem deyende o dostlar senin uzunde elebir tebessum yaradirlar ki her seyi unudursan 122
14 aprel 2015 21:58
# 17
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
vipbetul
uzumuzde yalanci deyilde heqiqi tebessum her zaman olsun insallah
13 aprel 2015 23:11
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzu gunes
axir 2 3 gunde hec keder menden el cekmir.Maraqlidir yenede cox sag olun
13 aprel 2015 20:17
# 15
Catwoman666
Sitat: emis
gulek deyendeki berkden berkden gulmek lazim deyil sadece turkler demisken masim bir gulumseme de olma qlazimdir hemise bele 14 senin ne derdini qemin varsa icinde saxlamalisan evindekilere erine usaqlarina bildirmemelisen ki onlarda pis olsun. gulus omru uzadir hemise herseyin yaxsi terefinnen baxmaq lazimdir ki yaxsi olsun cox gozel xeber idi maraqla oxdum

ne gozel serh yazibsiz)) dediklerinizle tam raziyam. gulmek deyende yeni uzde bir kicik tebessum bele kifauet edir. artiq ozunu hemise guzgude tebessumlu gormeye alisirsan ve bu senin de psixologiyana tesir eedir. artiq insan ister istemez musbet aura bexs edir her yere)yoxsa qas qabaq salan insanin yaninda xosbext olan adamin da kefi qacar. gerek bir az xos guleruzlu olasan ki hem senin hem de basqalarinin ehvali acilsin
13 aprel 2015 17:49
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
gulek deyendeki berkden berkden gulmek lazim deyil sadece turkler demisken masim bir gulumseme de olma qlazimdir hemise bele 14 senin ne derdini qemin varsa icinde saxlamalisan evindekilere erine usaqlarina bildirmemelisen ki onlarda pis olsun. gulus omru uzadir hemise herseyin yaxsi terefinnen baxmaq lazimdir ki yaxsi olsun cox gozel xeber idi maraqla oxdum
13 aprel 2015 17:04
# 13
Zeynep_Fatih
Gulmek insanin ehvalini acir
13 aprel 2015 13:40
# 12
aliceWOnDer
son zamalar gulmek meni bloka atim konkret
13 aprel 2015 13:21
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
men gulmeyi sevirem amma yerine gore deyib gulenem semimi oldugum insanlarla amma son zamanlar gule bilmirem cox hessas olmuwam aglamagim gelir her weye cox kovrelirem 15
13 aprel 2015 12:55
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
WiRiN BaLaM
sebebsiz deli deyilemki gulem,,,gulmeli meqamda gulurem
13 aprel 2015 12:52
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Tomris Müslümova
yaxinlarimin yaninda olanda disimin ustu ortulmur ama colde zadda oluram agilli ciddi qiz 09 ayifdi axi
13 aprel 2015 12:27
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
O qədərdə deyib gülən birisi deyiləm ancaq yerində və zamanında, yersiz danışıb gülmək mənlik deyil buna baxmayaraq nikbin insanam hər şeyə optimist yanaşıram belə daha rahatdı və təbəssümdə öz özünə yaranır bu zaman;)
13 aprel 2015 11:31
# 7
qanadli melek
Gulmek omru uzadir

Gulmek omru uzadir
13 aprel 2015 10:09
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nezka
O qədər gülürəm ki belə getsə ölümsüz olacam
13 aprel 2015 10:06
# 5
İçimi görsən mənə aptek alarsan.
Dosta_inam
mende ne qeder qemli olsamda heç kim görmür,hami danişan gülen bilir meni,ancaq çoxda ele deyilem.
13 aprel 2015 10:04
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Real heyatda cox guleyen insanam pozitivliyi sevirem . Dinmez sert insanlari hec xoslamiram
13 aprel 2015 09:41
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Gulmek hemde insani saglam edir menfi auradan uzaq olmaq lazimdir
13 aprel 2015 09:32
# 2
SVETA
aziz a
Menim qizim yaman guleyendir,yani qaraqabaq,deyil, ozumde hemcinin, ne qeder cetinliyim olsada,onu uzumde saxlayib her kese yansitmiram, bes urek ne ucundu?ora gedir hamisi...urekde qalir
13 aprel 2015 08:44
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz