Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Filankəsin balası” sindromu
“Filankəsin balası” sindromu
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 1005
Səs ver:
Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu "filankəsin balası” deyiminə "filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də "filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.

Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını "filankəsin balası” sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər. 

Bu "filankəsin balası” sindromu müxtəlif ailələrdə özünü müxtəlif cürə biruzə verə bilər. Məsələn, bunlar "camaatın uşağı”, "xalqın balası”, "bəxtəvərin balası” və bu kimi bir neçə sindromlardan ibarət ola bilər. 

Bu söz işlənilərkən sənin və sənə misal çəkilən həmin "filankəsin balası” ilə potensial imkanlarınız, perspektivləriniz, qarşınıza çıxan maneələr, qarşınıza qoyduğunuz məqsədlər və hədəflər ayrı - ayrılıqda nəzərə alınmır. Məhz problemin də kökü bu məsələyə dirənir. İstənilən ailədə "filankəsin balası” sindromundan əziyyət çəkən insanlar bu məsələdə məni asanlıqla başa düşəcəkələr.

Bəs bu "filankəsin balası” kimlərdir? Bu "filankəsin balası” siyahısında yaşca səndən kiçik olmasına baxmayaraq Olimpiada oyunlardan qızıl medal gətirən güləşçiləri, Muğam müsabiqələrində zilə qalxaraq ruhu bədəndən vəhşicəsinə ayıran kiçikyaşlı xanəndələri, xarici ölkələrə yalnız gəzməyə, isirahətə və alış – verişə gedən milli futbolçularımızı, öz doğma əmioğlunu, dayıoğlunu, xalanın rəfiqəsinin qapı qonşusunun baldızı oğlunu, atanın iş yoldaşının əsgərlik dostunun kirvəsinin nəvəsini, ananın bibisi qızınınqudasının kənddən şəhərə oxumağa gələn ortancıl oğlunu və hətta bacarıqlı əks cinsin nümayəndələrini də görə bilərsən. Bu siyahını istədiyimiz qədər uzada bilərik. 

İndi oğul axtarıram bu qədər sadalanan "filankəslərin balalarından” özləri üçün nümunəvi insan obrazını seçsin və yaxud həmin şəxlərin ayrı-ayrılıqda hərəsinin ən gözəl xüsusiyyətlərini özündə cəmləyərək ideal bir insan kimi formalaşsın. Dərd burasındadır ki, bu "filankəsin balası” sözü elə pafosla, elə həvəslə, elə istəklə işlənilir ki, onlar avtomatik olaraq sənin kumirinə çevrilir. Hətta öz doğma xalaoğlun da, bibin nəvəsi də, hətta dayın qızı da... Təsəvvür eləyirsiniz?

Necə olur ki illərboyu hər kəs bu sindromdan əziyyət çəksə də bir nəfər də olsa bu bəlanın əlacını tapmamışdır?

Heç kimin bu sindroma yoluxmayacağından sığortalanmadığını nəzərə alsaq təsəvvür edirəm mən də günlərin bir günündə özüm də şəxsən bu sindromun qurbanına çevriləcəyəm...

Zaur Eyvazov



Şərhlər: 12
Baxılıb: 1005
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Mene bele primer cekilmiyib cunki men ozum o filankeslere primer olmusam.usaqliqda agilli dusunceli sakit derslerini yaxsi oxuyan olmusam hec vaxt problem yasatmamisam ozumle beraber bacimida idare etmisem onun dersleri ile mesgul olmusam cantasini men dasiyirdim .
26 mart 2015 18:15
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
kiminse balasi diye numune getrilmir mene
26 mart 2015 15:46
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Xalxin usaqlari ewitmekden bezniwem uje
26 mart 2015 15:39
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
SEVGI DENIZIM
esidirem yenede bildiyimi edirem 11
26 mart 2015 14:34
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Qlamurr
"Filankəsin balası"sindrromu əslində valideynlərin ən böyük yanlışıdı, valideyin bununla uşağa daha pis təsir edir,çünki uşağın kiminləsə müqayisə olunmağı uşaqda özünə inamsızlıq fikirini yaradır,müqayisə etmək heç də doğru fikir deyil,həm filankəsin balasının marağı olduğu sahə,sənin övladının maraq dairəsində olmuya da bilər.Valideyn uşağının istəklərini bilsə bə ona grə davransa,daha yaxşı olar,nəinki müayisə etməsə.Klassik Azərbycan ailəsində də bu kəlmə daimaişlədilir,şükür mən bu halla qarşılaşmamışam,ancaq qardaşlarıma həmişə deyilib və mənfi təsir etdiyini də görmüşəm
26 mart 2015 12:14
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
tek umidim sen
122 O xalxin usagin tapsam suruyecem... 122
26 mart 2015 11:41
# 7
Kadın derin ama adam yüzme bilmiyor...
cinqosh
"xalqın balası" yox eey, "xalxın balası"! tez tez eşidirəm e ordan bilirəm.ama uşaqlıqda eşidirdim. müqayisəni heç sevmirəm.hər kəs özünə cavabdehdir.
26 mart 2015 11:34
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Filankəsin balası sindiromu bir çox ailələrdə var və bu hallarla rastlaşır insan, demək olar ki, bu sindirom uşağa iki cür təsir edə bilər . Elə uşaq var ki, bu sözə görə daima valiideynlərinə xoş olsun deyə istədiyi və yaxudda istəmədən bir iş üçün çalışırlar, elə uşaqlarda var ki, bu mövzuda daha aqresiv olur və əksinə hərəkət edib hər şeydə valideyni günahkar görür. Düzü bu sindirom bizim ailədə mənə qarşı heç vaxt istifadə olunmuyub ancaq kiçik bacıma həmişə uşaqlıqda deyilərdi lakin filankəsin balası kimi yox onda daha çox böyük bacı sindiromu kimi olub ancaq şükür ki, əks təsiri olmayıb)).
26 mart 2015 11:26
# 5
ece uslu
bu dogurdanda coxunun yarali yeridi bir taniwim var sirf bununla heyat terzini qurur bunu ona anasi mecbur edir filankesin qizi bele geyinir sende ele gey filankesin qizi filan yere gedir sende get ne ise duzu men hec bununla qarwilawmamiwam
26 mart 2015 10:18
# 4
BARBI
Oyyy usaqlarin yarali yeri filankesin usagi universitete girdi filankes evlendi filankes ne bilim haradasa isleyir bes sen bu ifade cox yalnis ifadedir usagin psixologiyasini pozur . Menim valideynlerim hec vaxt bele sozler isletmir bilir ki sevmirem
26 mart 2015 09:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Eslinde bu soz cox tehlukeli sozdur,cunki,insanda qisqancligin,paxilligin temelini qoyur.Hemin uwaq uwaqliqdan paxilliga meylli olmaga bawlayir,menim neyim eskik deyir,ya da daha da pis verdiwlere,yanliw yollara yontemlenir.Kaw ki,valideynler bunu derk etseydiler.Hamimiz eslinde ewitmiwik bu sozleri,men meselen,pianoya hec hevesim yox idi,mamam qoymuwdu,piano dersine gedende ele bilirdim meni biyara gonderirler,mamamda hemiwe diger qizlari mene misal cekirdi,gor ne qeweng calir,gor nece hevesi var daha neler,neler.hetta men hemin qizlari gorende eseb kecirirdim,sebebini de onda derk etmirdim,onlarin hevesi vardi menim yox,sebebi de yeqin flankesin qizi sozunu cox ewitdiyimdeniymiw.ozumden misal getirdim ki,heqiqetende ister istemez qisqancliq hissleri yaradir.bir bu meselede ewidirdim hemiwe flankesin qizi sozunu bir de men cooox decel olmuwam mektebde,oglanfason idim kim mene ne deyirdise o saat ya bawini yarirdim ya doyurdum bir sozle elbeyaxa doyuw))))onda cox wikayet gelirdi,birde onda ewidirdim,flankesin qizi sakitdi,sesi cixmir ve.s.ders oxumaq saridan hec vaxt ewitmemiwem cunki hemiwe oxuyan olmuwam bu xususdanda bawqalarin valideynleri meni misal cekib flankesin qizi deyirdi.umumiyyetle yaxwi soz deyil,valideynler bu ifadeleri iwletmekle eslin qaw qayiran yerde goz cixardirlar.
26 mart 2015 09:10
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
"Filankesin balasi senin qicin boydadiye",gor neler eledi, "filankesin balasi bilirsen bir oddu birde alov", ve s. ve s.
Bele sozleri her zaman etrafimizda olan insanlarsan cox esitmisik..En coxda her hansi bir isde numune olaraq bu "filankesler"gosterilib.Sadece derk ede bilmemisik ki, bu"filankes"bizden hansi ceheti ile secilib, yada derk etmek istememisik.

istememisik(qisasi)..Duzdu bu soz konkret mene deyilmeyib, taxi
26 mart 2015 08:29
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz