Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anasına aşiq olan oğullar
Anasına aşiq olan oğullar
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 21
Baxılıb: 1237
Səs ver:
Elnur Rüstəmovun "Anasına aşiq olan oğullar" yazısını təqdim edirik:

Özünə qayıdır hər şey, özünə,
...Günəş istisini çəkir içinə,
Küləklər hirsini çəkir içinə,
ətrini içinə çəkir çiçəklər.
Özünə qayıdır hər şey, özünə,
Qoy, ana, başımı qoyum dizinə,
mən də qayıtmışam...

(Ramiz Rövşən)

Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin timsalında. Xanımlar inciməsinlər deyə.

Travma nədir? özünü hansı hallarda büruzə verir?
Öncə onu qeyd etmək istərdik ki, travma hələ uşaqlıqdan – hansısa xoşagəlməz hadisədən sonra yaranır. Valideynin övladına dediyi hər hansı bir düşünülməmiş söz travma şəklində onun gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər. Bunun bəsit nümunəsini indinin özündə belə bir qisim valideynlərin övladlarına arzuolunmaz övlad olduqlarını az qala hər gün xatırlatmalarında görə bilərik. "Oğlan doğulmalıydın, sonra bildik qızsan”, "Səni istəmirdik, artıq gec idi, ona görə də dünyaya gətirdim”, bir az da qabağa gedib "sən doğulan günə daş düşəydi” və s. formada etirazlarını bildirirlər.

Kimsə deyə bilər: "Burada nə var ki? Ana qarğışı alqışdı, narahat olmağa dəyməz. Razıyıq, bu sözlərdən heç kim ölmür. Ancaq məsələ də burasındadır ki ölsəydi, ondan yaxşı olardı. Çünki həyatının qalan hissəsi bu sözün yaratmış olduğu duyğu və düşüncələr üzərində formalaşır. Dolayısı ilə uşaqların gələcəyini bu sözlər formalaşdırır. Artıq psixologiya elmi bunun doğru olduğunu bir fakt kimi ortaya qoyur və psixoloji travma kimi dəyərləndirir.

Yuxarıda valideynin övladına vurmuş olduğu bir travmatik situasiyanı xatırlatdıq. Məsələ bununla bitmir. Bitsəydi, nə dərdimiz qalacaqdı ki? Sonradan özümüzün qazandığımız, yəni "halal” travmalarımız da ortaya çıxır. Bunlardan ən geniş yayılmış olanı el dilində "sevgi travmaları” adlandırılan nəsnəni bir qədər dartışdırmaq istərdik. Baxaq içindən nələr çıxır və ya çıxarırıq.

"Sevgi travmaları” əsasən uşaqlıq dövründə formalaşır, yeniyetməlikdə daha da möhkəmlənir. Necə formalaşır? Məsələnin maraqlı tərəfi də bundan sonra gəlir.

Öncə onu qeyd edək ki, oğlan uşaqlarının böyük bir qisminin ilk sevgilisi öz doğmaca anaları olur. Bunu xırda bir müşahidə ilə valideynlər oğlan övladlarında müşahidə edə bilərlər. Ananı ataya qısqanmaq, atası kimi hərəkət etmək, ananın yanında ataya "şiddət”...

6 yaşına qədər bu hal uşaqlarda intensiv müşahidə edilir. 6 yaşdan sonra isə proses nisbətən səngiməyə başlayır. Psixoanalizdə buna latent (gizli) deyirlər. Elə həmin psixoanalizdə oğlanın anasına olan sevgisi "Edip kompleksi” adlandırılır. Bu ifadəni elmə Ziqmund Freyd gətirmişdi...

Rəvayətə görə, Çar Edip bilməyərəkdən atasını öldürüb anası ilə ailə qurur. Bu izdivacdan övladları dünyaya gəlir. Bir müddət sonra onların yaşadıqları şəhəri vəba xəstəliyi bürüyür. Kahinlərlə məsləhətləşmədən bəlli olur ki, oğul anasıyla evləndiyi üçün şəhər lənətlənib və xəstəlik yayılıb. İnsanlar o şəhəri tərk edirlər. Edip gözlərini oyur, anası Lokaste isə özünü asır.

Freyd bu mifdə həqiqət payını axtarırdı. Hansı istiqamətdə? Uşaqların əks cinsdən olan valideynlərinə qarşı bəslədikləri sevgi istiqamətində.

Eyni situasiyaya qəbul etmək istəməsək belə, gündəlik həyatımızda rast gəlirik. Bir oğlanın özündən yaşca böyük xanımı sevməsi, bağçada tərbiyəçiyə, orta məktəbdə dərs deyən müəlliməsinə vurulmaları buna misal ola bilər.

Bu prosesin özündə qəribə məqamlar var. Hər insanın sevgi modeli özünəməxsusdur. Ancaq onların əksəriyyətini birləşdirən bir məqam var. Axtarsaq, onların böyük bir qismində ana ştrixini tapa bilərik. Bu nədən qaynaqlanır. Bizə bu lazımdımı?

Məsələ burasındadır ki, hamımız hələ uşaqlıqdan həyatın fani olduğunu bilirik. "Bir gün gələn, bir gün gedər” deyib babalarımız. Ancaq uşaqlıqda biz ölümü qocalıqla bağlayırdıq. Yəni insan yalnız qocalanda ölür. Cavan ölümləri isə ölüm yox, "harasa gedib, gələcək” kimi anlayırdıq. Şüuraltı olaraq anamızın bizdən əvvəl öləcəyini düşünürdük. Ona görə də alternativlər axtarırdıq. Məsələn, anamızı gələcəkdə əvəz edə biləcək sevgilini. Tapdığımızda dayandıq, tapmayanda uzaqlaşdıq. Yenidən tapmaq üçün.

Mövzunu uzatmaq da olar. Misal üçün indinin özündə belə bəzən oğlanlar sevdiyi qıza "sən anam kimi deyilsən” deyə irad tuturlar. Başqa bir zamanda bu mövzuya yenidən qayıtmağa çalışarıq. Hələlik isə yazımızı Salam Sarvanın misraları ilə bitirmək istəyirik:

Mən səni sevmirəm, sənin qoynuna,
Səndən gizlənməyə girmişəm qadın!


Şərhlər: 21
Baxılıb: 1237
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim butun valideyinleri qorusun insallah,onlar bizim bastacimizdir
9 mart 2015 23:36
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Bacimin oglu var mamasina o qeder baglidiki deyr mamam menle esgerliye getmese mende getmeyecem))))
6 mart 2015 19:53
# 20
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
isveç.de
Mənim balaca qardaşımın 22 yaşı var anama çox duşgundur. Həmişə anamın gözlərinən hətda ayağlarında ölur.

Öpuragla Allah butun Anaları qorusun. Amin
6 mart 2015 18:29
# 19
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Sucan
Men bir qardasim var yeke kisidi mamasini arabir opur ezizliyir
6 mart 2015 15:19
# 18
Tomris Müslümova
men evde 3 cu usagam ve dogulmagimi istemiyibler hedte telef olmagim ucun ellerinnen geleni edibler ciyy
6 mart 2015 12:33
# 17
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
heç bir uşaq "Səni istəmirdik, artıq gec idi, ona görə də dünyaya gətirdim” sözünü eşitmək istəməz. bu sözü uşaqlarınıza deməyin, lap doğru olsa da. dünyanı sevgi xilas edəcək.
6 mart 2015 11:10
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
lili)
balama qurban olum mamasina cox dusgundu bir az aqriyan kimi o yanima bu yanima kecir dersden geldimi mama deye ses salir eve menimle nefes alir balam
6 mart 2015 08:41
# 15
Nergizz
oglumn 12 yawi var helede yatanda deyr gel menle yat men yatandan sora geersen,dehwet baglidi,menc ozumdede gunah var,cox ezizlemiwem ona gore,
6 mart 2015 08:15
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ayan97
Menim bacim oglu bacima cox duskundur hec bir sozunnen cixmir eyer ona sesek ana xestedi pisdi yanedi eseblesir.. demey olarki ele ogullar taniyam anaya duskun olsun… mende anama duskunem…) 08
6 mart 2015 01:42
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Rahila
Emim nevesi anasini oynamaga goymur. Agliyir. 2 yaşı var. Toy nişan yaxud evde dexili yoxdu. Yeginki gisganir. Birinci defedi bu hagda oxuyurdum. Uşaglarin anasina bagli oldugunu bilirik. Ama oglan uşaglarini bu derecede bilmirdim
6 mart 2015 01:30
# 12
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
neri
menim oglumda mene seni sevirem deyir atasindan qisqanir askim deyir mene.iki oglum var ama balaca dahda cox baglidi mene yeni her ogul olmur baglu
5 mart 2015 23:02
# 11
Sert
KRALİCEM
Menim qardasim mamama deyir sen mrnim arvadimsan toyumuz olacaq 12-yasi var helede anasina baglidi anasinan yatir
5 mart 2015 22:48
# 10
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
leyla_258
Özünə qayıdır hər şey, özünə,
...Günəş istisini çəkir içinə,
Küləklər hirsini çəkir içinə,
ətrini içinə çəkir çiçəklər.
Özünə qayıdır hər şey, özünə,
Qoy, ana, başımı qoyum dizinə,
mən də qayıtmışam...
5 mart 2015 22:22
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
oglanlar anaya cox bagli olurlar((( evlenenedek
5 mart 2015 22:06
# 8
zayka15
Menim heç xeberim yox idi.Amma revayeti esitmisdim.melumat üçün tesekkürler
5 mart 2015 22:04
# 7
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
GünƏşimƏ_AiD_
oqlanlar analarina bagli olur qizlarda atalarina..
menim qardasimda anami cox sevir...
5 mart 2015 21:57
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
aynur2002
Menim qardasim eledir mamaya cox baglidir.
5 mart 2015 21:45
# 5
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Luna-90
mamasinin sirini indiden geyimime qarisir masin surmeyime qarsisr yeke kisi olub balam

mamasinin sirini indiden geyimime qarisir masin surmeyime qarsisr yeke kisi olub balam
5 mart 2015 21:44
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
Dogrudanda ogul usagi anasini cox sevir ama yaxsi deyil
5 mart 2015 21:35
# 3
Fialka
Çox maraqla oxudum sözü gedən mif isə məni şoka saldı ilk dəfədir bu cür iyrənc bir şey eşidirəm dəhşətdi...oğlan uşaqlarınında qəribə psixoloqiyası var ...
5 mart 2015 21:17
# 2
BARBI
Mamasini seven usaq yaxsidi ama oglan usagi ucun pis xususiyyetdir
5 mart 2015 21:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz