Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elnur Rüstəmov: Deyəsən başıma hava gəlir
Elnur Rüstəmov: Deyəsən başıma hava gəlir
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 16
Baxılıb: 1117
Səs ver:
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun məqaləsini təqdim edirik. Tanınmış psixoloq bu dəfə insanların içindəki dəli olmaq qorxusundan yazıb.

Hər bir dərdə dözən adam,
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.

Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb, insan psixikasına nələrin müsbət, nələrin mənfi təsir göstərdiyi müəyyən edilib. Uşaq tərbiyəsində nə etmək vacibdi, hamiləlik hansı formada keçməlidi, yeniyetmə psixologiyası necə olur, evliliyə nə formada hazırlaşmaq lazımdı, gəncliyi necə keçirmək məqsədəuyğundu, qocalıq psixologiyası nədir və onlar bu yaşda ən çox nədən əziyyət çəkirlər - bütün bunlar mütəxəssislər tərəfindən illərdi araşdırılır. Konkret nəticələr əldə edilir. Şübhəsiz ki, psixoloji problemlərin aradan qaldırılması istiqamətində insanlara zəruri tövsiyələr də verilir. Uzun sözün qısası, bu problemlər hər zaman olub. İnsanlar da ortaya çıxan psixoloji narahatlıqları aradan qaldırmaqda dünənə qədər xüsusi bir problem yaşamırdılar. Ən azından problem indiki qədər kütləvi narahatlıq səviyyəsində özünü biruzə vermirdi. Bu gün artıq psixoloji problemlər kütləvi xarakter alıb. Bu, tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində müşahidə olunur. İnkişaf etmiş ölkələrdə isə psixi problemlərdə xüsusən artan bir temp müşahidə edilir. Bu da onu göstərir ki, dövlət nə qədər inkişaf edirsə, orada yaşayan insanların psixoloji problemi də inkişafa düz mütənasib olur. Dolayısı ilə inkişaf=psixoloji problem. Sizə nədən danışacaqdım. Həmin o inkişaf etmiş ölkələrin vətəndaşlarının qorxularından. Daha doğrusu, birindən; DƏLİ OLMAQ QORXUSUNDAN!
Deyəcəksiniz bu, haradan çıxdı? Öncəliklə onu qeyd edək ki, psixologiyada, konkret olaraq klinik psixologiyada belə bir xəstəlik var; Lissofobiya (yunancadan "lyssa” – quduzluq, "phobos” – qorxu). Dolayı ilə dəli olmaq qorxusu deməkdir. Bunun sinonimi kimi manifobiya terminindən də istifadə olunur. Yunanca "mania” – dəlilik, "phobos” – qorxu deməkdir.
Narahat olmağa dəyməz. Ən azından bu xəstəlik qədim yunanlardan üzü bəri mövcuddu. Yəni köhnədir. Təzəlikcə ortaya çıxmayıb. Sadəcə indi bundan əziyyət çəkən insanların sayı artıb. Artma səbəbi üzərində bir qədər dayanmaq istərdik. Öncə onu qeyd edək ki, bu xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır. Biz bunun üzərində heç dayanmacağıq. Bizim üçün maraqlı olan başqa məqamdı. Nəyə görə sağlam bir insan oturduğu yerdə birdən-birdən dəli olmaqdan qorxsun? Nədir buna təsir göstərən? Öncəliklə onu vurğulayaq ki, bu problemin baş verməsinə insanın həyat tərzi böyük təsir göstərir. Məsələ burasındadır ki, monoton həyat insanlarda bu problemi daha da aktuallaşdırır. Nəticədə zaman keçdikcə insan norma ilə patologiyanı fərqləndirə bilmir. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaqda çətinlik çəkir. İstər münasibətlərdə, istərsə də həyata baxış tərzində biz belə hallarla tez-tez raslaşırıq. Səbəb alternativlərin çoxluğudu. Fərdin ətrafla bağlı bir qorxusu yoxdu. Qorxduğu yalnız özüdü. Özündən qorxur. Orta statistik bir fərd həyatın bütün istiqamətləri üzrə hansısa bir informasiya əldə etmək istəyirsə, onu internetdən qısa bir zaman kəsiyində əldə edə bilər. Problem bu deyil. Problem hər şeyin adiləşməsidir. Nəticədə fərd nəyin doğru, nəyin yanlış olduğunu fərqləndirə bilmir. Qəbul etmədiyini bir müddət sonra qəbul etmək məcburiyyəti yaşayır. Dəyərlər 360 dərəcə dəyişir, transformasiyaya uğrayır. Nəticədə şəxsiyyətin transformasiyası da baş verir. Zaman sürətlə keçir. Bu gün ən asan iş vaxt öldürməkdi. Bunun üçün o qədər vasitələr var ki, fikirləşəndə adamın başına hava gəlir.
Yeri gəlmişkən, son zamanlar tez-tez belə bir deyimlə rastlaşırıq; "Deyəsən başıma hava gəlir”.

İllər öncə adını unutduğum şair də bunu təqribən belə ifadə edirdi;

Ana, mən belə deyildim,

Məni bu havalar korladı.


Şərhlər: 16
Baxılıb: 1117
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysel Tatli
Allah agilimi olene qeder bawimdan almasin arada mendede olur deyiremki bawima hava gelib
11 mart 2015 17:41
# 16
lili)
Allah aqlimizi elimizden almasin
11 mart 2015 09:06
# 15
Wappuw
Allahim bizi aglimizla imtahana cekme,,weirde cox tesirlidir
11 mart 2015 02:52
# 14
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
rəmsə
Hər bir dərdə dözən adam,
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.
Bu şeir çox təsirliydi tşk.
10 mart 2015 23:36
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
SENSİZ
arada mende deyirem deyesen basima hava gelib 126
10 mart 2015 21:50
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
roksi1995
ALLAH bizden uzaq etsin
10 mart 2015 19:50
# 11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Nazan
Allah aglimizi elimizden almasin Amin

Allah aglimizi elimizden almasin Amin
10 mart 2015 19:19
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
uliçka
Allah ağlımı almasın...Amin
10 mart 2015 18:30
# 9
Həyat kino kimidir,ən marağlı anında bitir
Tomris Müslümova
allah hec kimin aglini elinnen almasin!!
10 mart 2015 15:51
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Seir qeseng idi
10 mart 2015 15:46
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
leyla_258
diqqetli ol ozaman dddeeeeee
10 mart 2015 15:44
# 6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Sucan
Allah elemseni ki deli olaq
10 mart 2015 15:17
# 5
aziz a
Allah aglimizi elimizden almasin Amin.
10 mart 2015 14:37
# 4
Qelbim doludu !!!!
BARBI
Allah qorusun bele veziyyetlerden . Bu problemler hal hazirda heddinnen artiq coxdur .Bu da neden ireli gelir insanlar heyatinin menasini itirir pulu olur ama xosbextliyi olmur hec bir seyden zowq almirlar bu da insanin psixoloji veziyyetine tesir edir ya da ki insani intihara sowq edir
10 mart 2015 14:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu sindrom qeyd olunduğu kimi çox vaxt monoton həyat tərzi sürən insanlarda baş verir, düşünürəm ki, psixoloji vəziyyəti zəif olan insanlar bu sindiroma tez düşür və istər istəməz anormal hərəkətlərlə digərlərindən fərqlənir, özünə və ətrafdakılara həm fiziki həmdə mənəvi cəhətdən ziyan vururlar...Allah bütün xəstələrə kömək olsun
10 mart 2015 14:13
# 2
vipbetul
o sozu ozumcun ishletmemishemki diyesen bashima hava gelir,psixikamla baqli hec bir problemim yoxdu sukur
10 mart 2015 14:10
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz