Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar kişilərdən daha çox intihara meyl edir
Qadınlar kişilərdən daha çox intihara meyl edir
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 20
Baxılıb: 1497
Səs ver:
Elnur Rüstəmov: "Azərbaycanda pisixoloqa 1 saata 25-30 AZN, müğənniyə yarım saata 5-10 min manat ödəyirlər”

"Gənc intihar etdi”, "Məktəbli canına qıydı”, "Ortayaşlı qadın özünü binadan atdı”, təssüflər olsun ki, son zamanlar bu sözləri daha tez –tez eşidirik.

Bəs görəsən insanları intihara sürükləyən nədir? Müasir zəmanədə, texnikanın inkişaf etdiyi bir dövrdə, insanların rahat yaşayışı üçün hər cür şərait olan bir vaxtda nə üçün insanlar canlarına qıyırlar? Bu suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovla görüşdük. Onun Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.

- İnsanları intihara sürükləyən hansı səbəblərdir?
- Bir insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir. Yəni insanların bir qismi hər hansı problemdən çıxış yolunu intiharda görür desək yanılmarıq. Həyatımız hər an biz istədiyimiz kimi irəliləmir. Enişli –yoxuşlu, xoşbəxt və ya bədbəxt anları da olur. Ancaq bəzi insanlar bu problemlərlə mübarizə aparmadan intihar yolunu seçirlər. Bu bir az da insanların tipajı ilə, onların genetik faktoru ilə bağlıdır. Elə nəsil var ki, burada zaman – zaman intihar etmiş insanlar olur. Və bu da həmin nəsildən olan insanlarda intihara meyllilik kimi risk faktorlarına səbəb olur. Uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişlərdən qurtulmaq istəyənlər də intihara təşəbbüs edirlər. Ən çox intihar edən insanlar isə depressiyada olan insanlardır. Depressiya birbaşa görünən xəstəlik deyil. Insan illərlə depressiyada ola bilər və bunun fərqinə varmaz. Bəzi insanlar isə intihardan silah kimi istifadə edir. Hər hansı problemin həlli üçün və ya diqqəti üzərinə çəkmək məqsədi ilə bu yola əl atırlar. Bu insanlar intiharla diqqəti çəkmək və ya müdafiə olunmaq istəyirlər. Buna imitasiya deyilir.

- İnsanların depressiyaya düşməsinə nə səbəb olur?
- İnsanlar bugün müxtəlif səbəblərdən depressiyaya düşə bilərlər. Hətta ayrı-ayrı şəhərlərdə, fərqli məqamlarda insanların depressiyaya düşmə səbəbləri müxtəlif olur. Bugün Azərbaycanda orta statistik depressiya halları diqqətsizlikdən, ilgisizlikdən irəli gəlir. Sevgidə uğursuzluq, ailə daxili konfliktlər də insanları depressiyaya sala bilər. Bu səbəblər Azərbaycan üçün mövcuddur. Çox nadir hallarda Avropada bu səbəbdən depressiyaya düşmək halları olur. Belə qənaətə gəlmək olur ki, Azərbaycanda insanlar tam fərqli səbəbdən, məsələn İngiltərədə isə fərqli səbəbdən depressiya yaşayır. Hər bir insan xoşbəxt olmaq istəyir. Insan xoşbəxt olmaq üçün bunu daxilində hiss etməlidir. Bunu hiss etmədikdə insanın əhvalı dəyişir, ruh düşkünlüyü yaranır, depressiyaya düşür. Depressiyanın da növləri var. Var monopolyar depressiya. Biz il ərzində bir iki dəfə depressiyaya düşə bilərik və asanlıqla bu vəziyyətdən çıxa bilirik. Ancaq elə depressiya var ki, biz bundan çıxa bilmirik. Hər hansı problemi insan həll edə bilmir, depressiyaya düşür və bu hal onda uzun müddət davam edir. Məsələn iki insan sevgilidir, bunlar arasında ayrılıq yaşanır. Ayrılıqdan sonra insan həyatın davam edə bilmir. Onun özünə gəlməsi zaman tələb edir. Və insan özünə gəldikdə artıq itirdiyi zamana görə heyfslənməyə başlayır.

Əsasən fəaliyyət göstərən, aktiv həyat tərzi yaşayan insanlarda depressiyaya düşmək halları müşahidə olunmur. Bu insanlarda işlə bağlı stress olur, ancaq onlar dinamik həyat tərzi yaşadıqları üçün depressiyadan uzaq olurlar. Insanlar depressiyaya düşdükdə bunun qarşısını almağa çalışmalıdırlar. Mütləq psixoloji dəstək alınmalıdır. Insan depressiyada olduğunu necə anlaya bilər? Bunun üçün müxtəlif testlər var. Bu testlərdən keçərək insan özünün depressiyada olduğunu anlaya bilər. Zanqın , Xamiltonun testlərindən istifadə edə bilərlər. Bu testlər vasitəsi ilə onlar hətta hansı dərəcədə depressiyada olduqlarını belə öyrənə bilərlər. Bizim insanlarda bu istiqamətdə maarifləndirmə olduqca zəifdir. Bizdə kiminsə depressiyada olduğunu gördükdə ilk sual bu olur: "nəyin çatmır?” Bu sualı verdikdə isə biz daha çox maddiyatı nəzərdə tuturuq. Depressiyada olmaq maddi problem yaşamaq deyil. Bu insanın daxili problemidir. Insan maddi cəhətdən tam təmin olunursa bu o demək deyil ki, o xoşbəxtdir. Bu mənəvi məsələdir. Çox təəssüflər olsun ki, bir qism insanlar özündən başqa hər kəsi xoşbəxt sanırlar. Həyatda hər kəsin özünə görə problemi var,elə bir insan yoxdur ki, onun problemi olmasın. Əslində problem bizi motivə edən bir varlıqdır. Biz önümüzə çıxan problemləri həll etdikcə ozümüzə olan güvənimiz daha da artır. Əsas insanların baxış bucağıdır. Problemə stimul kimi baxılarsa onun həlli də insane üçün daha asan olar.. Problemlər bizi gələcəyə götürə bilər. Elə insanlar da var ki, onlar problemsiz yaşaya bilmirlər. Bu da bir psixoloji problem kimi dəyərləndirilə bilər. Depressiyada olan insanların əksəriyyəti maddi təminatı normal olan insanlardır. Bu insanlarda mənəvi problemlər yaşanır ki, bu da onların həyatdan zövq almağına mane olur. Ola bilər ki, bu insanlara diqqət çox olsun. Amma onlar da bilirlər ki, bu diqqət nədən irəli gəlir. Adətən maddi cəhətdən imkanlı olan insanlara diqqət də çox olur. Sadəcə bu insanlar həyata tutacaq bir dəyər axtarırlar ki, bununla uzun müddət yaşaya bilsinlər. Insan xoşbəxtliyi öz içində hiss etməlidir. Ola bilər ki, o hansısa əşyanı əldə edər və xoşbəxt olar. Bu onun xoşbəxtliyi deyil. Daxildən gələn xoşbəxtlik tam fərqlidir. Insan yaşadığının fərqinə varır,insanlar üçün əhəmiyyətli olduğunu anlayır.

- Hansı yaş dövründə insanlar daha çox intihara meyl edirlər?
- İntihara cəhd müxtəlif yaş dövrlərində rast gəlinə bilər. Bu hal yeniyetmələrdə, orta yaşlı və ahıl yaşlı insanlarda müşahidə oluna bilər. Əsas odur ki, insan özü və ətrafındakıları bu situasiyada diqqətli olsunlar. Çox vaxt intihar edən insanın daxilində baş verənlərdən xəbərsiz olurlar, onun nə vəziyyətdə olduqlarının fərqinə varmırlar. Bu intihar ani bir anda baş vermir. Bu insanın daxilində uzun müddətə qərarlaşdırdığı bir prosesdir.

- Sosial problemlər intihara səbəb olurmu?
- Çox maraqlı sualdır. Bu haqda zaman- zaman fikirlər irəli sürülür ki, sosial problemlər intihara yol açır, əslində belə deyil. Sadəcə bizə belə bir fikri təlqin ediblər ki, sosial problemləri olan insanlar daha çox intihara meyl edirlər və biz də bunu qəbul etmişik. Analogiya aparsaq görərik ki, intihar inkişaf etmiş, sosial təminatı normal olan ölkələrdə daha çox baş verir. Intihar hallarının daha çox rast gəlindiyi yer Skandinaviya ölkələridir. Bu ölkələrdə həyat şəraiti yaxşıdır, demək olar ki, burdakı insanlar maddi problemlər o qədər də yaşamırlar. Burdan da belə nəticəyə gəlmək olar ki, intihar sosial problem deyil. Intihara cəhd edən insanlar psixoloji problemləri olan şəxslərdir. Ola bilsin ki, sosial problemlər qismən də olsa ona təkan versin. Məsələn indi abituriyentlər imtahana hazırlaşıblar. Valideyn övladından maksimum bal gözləyir və bunu da bütün qohum- əqrəbanın yanında hallandırır. Amma valideyn övladının içindən xəbərsizdir. Uşaq gözləntiləri doğrultmur və intihara cəhd edir. Bu sosial problem deyil.

Son zaman iki orta məktəb şagirdinin intihar etdiyini eşitdik. Axı bu sosial problemdən irəli gəlmir? Mən inanmıram o ailələrdə yemək və ya geyim problemi olsun. Bu alilərdə sadəcə övlad-valideyn münasibəti düzgün tənzim olunmayıb.

Daha bir ajiotaja səbəb olan intihar faktı Qarabağ qazisinin özünü övladlarının gözü önündə yandırması oldu. Ən təhükəli hal odur ki bizdə imitasiya var. Bir insan bir hərəkəti edirsə şüuraltı olaraq digərləri də bunu etməyə cəhd edirlər. Əslində o məsələ xüsusi qabardılmalı deyildi. Şüuraltı olaraq digər qazilər də başladılar bunu təkrarlamağa. Bunun kütləyə təzahür etməsi böyük problemdir. Insanlar düşünmürlər ki, bunu edirəm ölə bilərəm. Onlar məqsədlərinə nail olmaq üçün intihar etməyi qarşılarına məqsəd qoyurlar. Zaur Həsənov istəsəydi öz hüquqlarını bərpa edə bilərdi. Bütün hallarda yandırmaq, öldürmək çıxış yolu deyil. O insanın maddi problemi həll olundu. Bəs həmin ailədə atasızlıq sindromunu kim bərpa edəcək. O uşaqlara verilən travma necə olacaq?

Bugün bizim insanların bir problemi də fərd olaraq özlərini kapitala çevirə bilməməsidir. Bu böyük bir problemdir. Adi bir usta özünü kapitala çevirə bilirsə onun hər cəhətdən maddi vəziyyəti normal ola bilər. Bu istiqamətdə insanlarımız maarifləndirilməlidir. Insanlar öz peşələrini düzgün təqdim etsələr inanın ki, heç bir kəs maddi problem yaşamaz.

- Depressiyada olan kişilər daha çox intihara cəhd edirlər, nəinki qadınlar. Belə demək olar ki, qadınlar daha güclü iradəyə sahibdirlər?
- Ümumiyyətlə qadınlar kişilərdən daha çox intihara cəhd edirlər. Sadəcə onlar kişilərə nisbətən qəti şəkildə bunu etmirlər. Kişilər isə intiharı real həyata keçirir. Qadın dörd dəfə intihara cəhd edirsə, kişi bir dəfə dəqiqləşdirir və istəyinə nail olur.

- İnsanlar depressiyadan qorunmaq üçün nə etməlidirlər?
- İnsanlar bu sahədə maarifləndirdikcə onların intihara qarşı immunitetin qaldırmış olarıq. Insanlarımız bugün müasir texnikanın inkişaf etdiyi bir dövrdə yaşayır. Onları həyata bağlayan məfhumlar zaman- zaman dəyişir. Düşünürəm ki, biz insanları maarifləndirsək bu problemin də həllini tapmış olarıq. Sırf psixoloji istiqamətdə yaxşı olardı ki, mütəmadi olaraq seminarlar keçirilsin, broşurlar paylansın. Əgər insanların problemi varsa onlar mütləq psixoloji dəstək almalıdırılar. Yaxşı olardı ki, bu mütəxəssislər tərəfindən həyata keçirilsin. Əfsuslar olsun ki, bu situasiyalarda insanlar təyinata xas olmayan sahələrə müraciət edirlər. Əgər insan depressiyadadırsa onu ekstrasense, falçıya cin çıxarmaya yox, psixoloq yanına aparmaq lazımdır. Insanlarımız bu istiqamətdə maarifləndirmək lazımdır. Maarifləndirmə kor koranə şəkildə deyil, müəyyən bir layihə çərçivəsində həyata keçirilməlidir. Yaxşı olardı ki, xarici ölkələrdə olduğu kimi, biz də də ailə psixoloqları fəaliyyət göstərsin. Orta məktəblərdə bir psixoloq deyil, bir neçə psixoloq uşaqlarla psixoloji iş aparsın, onlar üçün xüsusi otaq ayrılsın. Bu işə məsuliyyətli yanaşmaq lazımdır. Məktəblərdə çox zaman praktikası olmayan psixoloq işləyir ki, bu da gözlənilən effekti vermir. Amma bizim dövlət və QHT lər də bu sahədə fəaliyyətsiz deyillər. Səhiyyə Nazırliyi bu sahədə yetərli addımlar atır. Lakin düşünürəm ki, bu addımları daha da genişləndirmək lazımdır. Maarifləndirmə aparıldığı təqdirdə problem qismən də olsa tənzimlənəcək. Bu istiqamətdə qanun qəbul olunsa daha yaxşı olar.

- Psixoloji problemləri olan elə insanlar var ki, sadəcə maddiyat üzündən müraciət edə bilmirlər. Düşünürsünüz ki, qiymətlər insanların büdcəsinə uyğundur?
- Mən deməzdim ki, bizdə qiymətlər bahadır. Psixoloq bir xəstəyə bir saat vaxt sərf edir. Bunun müqabilində də 25-30 AZN pul ödənilir. Ancaq elə insanlarımız var ki, hansısa məhşur müğənnini toya dəvət edib, ona yarım saata 5 min, 10 min pul ödəyirlər. Mənim fikrimcə bu qədər pulu ödəməyə imkanı olan insan psixoloq pulunu da rahat ödəyə bilər.

Bizdə çox insanlarar Azərbaycanda psixoloq yanına getmir. Xarici ölkələrdəki psixoloqlara üstünlük verirlər. Külli miqdarda pul tökürlər, nəticədə isə heç bir effekt əldə etmədən geri dönürlər. Bu insanlara anlamırlar ki, o ölkədə insanların psixoloji problemləri başqadır, burda tam başqadır. Olkələrdə olan psixoloji problemlər oranın adət ənənlərinə, mental dəyərlərinə əsasən formalaşır.

Bizim insanların bir xüsusiyyəti də falçılara, ekstrsenslərə çox inanmaları və bunun nəticəsində də onlara külli miqdarda pul xərcləmələridir. Hətta mənim yanıma elə insanlar gəlir ki, onlar hansısa problemi həll etmək üçün ekstrsenslərə xeyli pul ödəyib, heç bir nəticə əldə etməyib son ümid kimi bura gəliblər. Elə şeylər var ki insanlar ora rahatlıqla pul xərcləyirlər. düşünürlər ki, bir dəfə pul ödəyəciyik, bununla da problem həll olunacaq. Ancaq fikirləşmirlər ki, bu problem bir dəfəyə yaranmayıb ki, bir dəfəyə də həll oluna bilər.


Şərhlər: 20
Baxılıb: 1497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kishiler eseblerini bir seyden cixa bilirler qadinlarsa ichlerinde saxliyirlar hec kime hecne deye bilmirler ne olsa ozlerinde boqurlar sonda ise bezirler yorulurlar bu yola el atirlar tesufler olsunki,coox gunah emeldi
10 mart 2015 01:06
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
ALLAH HEC KESE GOSTERMESIN.SADECE o qeder cixilmaz veziyyet olurki..ne bilim..duz deyil yendee
8 mart 2015 18:01
# 19
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Nazan
lazim deyil cox tewekkur
8 mart 2015 14:55
# 18
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
sona
Aciz insanlar bu yolu sece biler. Allah gostermesin. Ama son zamanlar yaman artib
8 mart 2015 01:58
# 17
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
leyla_258
belke de elediiiiir.
8 mart 2015 00:20
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Ask Doktoru
Birden insan her seyden elini uzur ve intihara meyl edir mendede bele dusunceler olub ama sukur allaha bele bir sef etmemisem bele olanda her zaman allaha siginiram
7 mart 2015 23:55
# 15
Aliye
ece uslu
intihar en boyuk gunahdi
7 mart 2015 23:50
# 14
isveç.de
Çox böyük bir günahdır intihar etmək. Allah verən cana sən niyə qıyırsan qoy Allah özu alsın.
7 mart 2015 21:58
# 13
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
SENSİZ
allah uzaq etsin
7 mart 2015 21:32
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Luna-90
Uzaq olsun ancaq olanda olur insan fikirles sonra dusunursen intihar edenenin yeri o dunyada cehennemdi
7 mart 2015 21:20
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
adsiz-a
Allah qorusun,herden hele olur eseblewende,nehlet weytana
7 mart 2015 18:37
# 10
Aysel Tatli
arada biz insanlar nawukur oluruq dara cetinliye duwende heyatdan wikayetlenirik yawamaq istemirik o anda aglimiza ancaq ozumuzu oldurmek gelir insa hemin an depresiyyada olur ne edeceyini bilmir elnur muellimmin fikiri ile tam raziyamki toylara bahali mugenni getiririk amma ilde bir defe psixoloq yanina gede bilmirik gedilse bu qeder intihar olmaz insan psixoloqun meslehetlerinden ne qeder sakitlewir allahin verdiyi cani yalniz allah ala biler
7 mart 2015 17:09
# 9
Nergizz
mence qadin daha guclu olur neinki kiwiler,qadinlar ne ilese bawlarin qatr kiwiler iclerine atr,qadinlar aglamaqla ureklerin soyudur,kiwilerin bezisi aglamagi bacarmir,icine atr,sebirsiz olur kiwiler,qadinlar sebirli olur,deyrler hirsli bawda agil olmaz,kiwilerde tez ozlerinden cxdiqlari kimi,intharida tez edr fikirlewmeden,,ama heqiqeten cox gunahdi,ozunu oldurmuw olsanda ,ALAh in verdyi cani sen alirsan,,ALLAH heckimi bele etmeye sebeb salmasin,
7 mart 2015 16:58
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
guler19
məncə sidq ürəklə Allaha inanan insan heçvaxt intihar haqda düşünməz.çətinliyə düşəndə buna da şükür deyib həyatda gözəllik axtarar.sevinci yaxşı qarşılayırıqsa kədəri də qarşılamağı bacarmalıyıq.çətinliyə düşəndə düşünək ki,bəlkə bu sınaqdı?! çətinliyə dözsək,mütləq sevinclə mükafatlanacağıq,ən azı Allah qarşısında.
7 mart 2015 16:05
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Elbette qadinlar daha cox intihar edir depresiyaya dusur ya sevgilerini itirdikde meyus olduqda bu yollara dl atirlar o psixologiya tam basqadir hec kes anlamaz
7 mart 2015 15:26
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Mence qadinlar daha cox intihar edir. sebeb ? kisilerin nese basina gelende arag icir siqaret cekir qisqirir hirsini suyudur amma qadinlar ele deyil. Menim fikrimce…)
7 mart 2015 15:16
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Miss_Oxatan
Cemiyyetin boyuk problemlerinden biridir.insan heyata bir defe gelir,her kesin ne psixalogiyasi,ne duwunceleri,ne yawam terzi eyni deyil.taleler muxtelifdir.bele bir soz var,muellif deqiq yadimda deyil,deyir,dunyada butun xowbext insanlar eyni cur xowbextdir,bedbext insanlar ise heresi bir sebebden bedbextdir.yeni ki,xowbext olmaq ucun ya da xowbext hiss etmek ucun ya gerek hec olmasa heyatinin 80faiz her bir weyi yerbeyer olsun,ya da ki,hecneyi vecive alan olmuyasan.bunlarda ki,milyonda bir olar.ama bedbext insanlar heresi bir cur bedbext olur,kimisi valideynlerini itirir hercend ki,xowbext insanlarin da bir gun yawiyacagi hadisedir,kimisi ovladini itirir,kimisi sevgide 1 ve ya 1nece defe ugursuzluq yawiyir ve s.ve i.a.ama ortaq mexrecde derd ele derddir.her bir derde gore goz yawi axar,ve her kesden axan bu yaw gozlerinden suzuler.ona gore de,teselli tapmalisan,baxmalisan bawqasinin daha beter derdine,bir anliq derinden duwunub Allaha wukur etmelisen.men wexsen eynile burda yazilan kimi cooooox duwunmuwem intihari.hetta planlawdirmiwam ki,filan filan iwlerimi yoluna qoyum intihar edecem.mehz intihar edecem deye inadkarcasina o iwlerin hamisi etmiwem,yoluna qoymuwam,vaxt catanda ki he uje eledim de o iwleri intihar edim,getmiwem apteckaya yaxin dermanlari goturub suyu getirmiwem,kelmeyi wehadeti getirmek istiyende,qefil qefletden ayilmiwam.hetta ozumden qeyri ixtiyari ele deli kimi gulmuwem ki,ozume sen deli olmusan ay gic gice.sen intihar etmek ucun hemin o planlawdirib etdiyin iwleri menem menem deyen insanlar bacarmaz olselerde,ay gic sen onlari bacarmisansa elbette bu perioduda awa bilersen.imenno intihar edecem deye etdiklerimi retqi insan ederdi.sen deme o planlawdiraraq gorduyum iwler meni intihardan vaz kecdirecekmiw.hec kime gore deymez,bacardiqca agla,sizla goye cix yere duw,depresiyanin en derinini yawiyarken gordun dozmursen hekime get,imkanin yoxdursa anana,bacina,refiqene bowalt icini,bu da yoxdursa vereqlere ama Allahin verdiyi cana deymeye ixtiyarin yoxdur.
7 mart 2015 14:55
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Rahila
Ewitdiyim 90% intiharlar kiwiler terfinden edilib. Gadinlar yawadigu problemleri agliyarag yaxud kimese daniwarag yungullewdirir. Buda intihar hissini azaldir.En coxda oglanlarda yeniyetme vaxtlarinda tez tez rast gelinir. Kecid dovrunu atlaya bilmirler Kiwiler prablem boluwmeyi o gederde bacarmir. Kiwiler aglamaz diyib her derdi iclerine atirlar ve netice intihar.
7 mart 2015 14:53
# 3
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
Fialka
Doğru qeyd olunub ki, kişilər daha çox intihar edir nəinki qadınlar bununda bir çox səbəbləri var ancaq bilməlidirlər ki, həmişə intihar çıxış yolu deyil əksinə Allahın yaratdığı varlığı məhv edərək günah qazanmaqdır...insanlar psixoloji vəziyyətləri ilə bağlı psixoloqa müraciət etmirlər bu hal digər ölkələrə nisbətən ölkəmizdə daha aşağı səviyyədədi ...
7 mart 2015 14:26
# 2
Tomris Müslümova
hmmm ba xbu cox pis statistikadi..meyus oldum
7 mart 2015 14:21
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz