Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əşyalara aludəçilik
Əşyalara aludəçilik
Şərhlər: 13
Baxılıb: 1092
Səs ver:
Əşyalar bizə hakim kəsilə, bizi idarə edə bilir
Malik olduğumuz əşyaların tədricən bizə sahib olmağa başladıqlarını heç fərq etdinizmi? Əvvəlcə həyatımıza sakitcə girir, sonra yavaş-yavaş bizə hakim olmağa və həyatımıza yol göstərməyə başlarlar. Bizim üçün böyük önəm daşıyan bu əşyalar, sevgilidən hədiyyə, atadan yadigar köhnə bir saat ola bilər. Nə olursa-olsun, onlara hər şeydən çox dəyər verərik.

NLP ustası Babək Bayramovun dediyinə görə, əşyalar biz özümüz də bilmədən bizə hakim kəsilə, bizi idarə edəbilir.
"Alacağımız yeni ayaqqabı sevdiyimiz şalvara uyğun olmalıdır, uşaqların məktəbi evə yaxın olmalıdır. Məzuniyyətə gedərkən çiçəkləri sulayacaq kimsə olmalıdır. Hər biri məsum görünən bu istəklərin, gözəgörünməz qəhrəmanları əşyalardır".

B.Bayramov bildirir ki, insan sahib olduğu obyektlərə dərin mənalar yükləyir. Zaman keçdikcə onlara bağlanır, həyatımızın sahibinə çeviririk. Həyatımızı idarə etmələrinə və qəbul etdiyimiz qərarlara təsir etmələrinə izn veririk. Onların hakimiyyəti altındakı həyata qədəm qoyduğumuzu ağlımıza belə gətirmirik.

Əşyalar, həyatımıza rəng qatan vasitələrdir. Yeni əşyalara sahib olduqca həyatda olduğumuzu daha yaxşı hiss edirik. "İş o yerə çatıb ki, əşyalar sosial statusun və həyat tərzinin göstəriciləri halına gəlib".

Sosial məsələlərin araşdırılması ilə məşğul olan E.Fromm sahiblik motivinin mənfi təsirlərini sadalamış və sahib olunan əşyaya bağlanmanın "mən o şeyə sahib olduğum üçün mənəm" anlayışına çevrildiyi üçün təhlükəli olduğunu bildirib. "İnsan həmişə yeni şeylərə sahib olduqca azadlığının artdığını düşünür. Bizim üçün mobil telefon ünsiyyət azadlığı, avtomobil isə səyahət azadlığıdır. Mobil telefonu evdə unutduğumuz zaman hansımız geri dönmərik? Nə qədər çox şeyə sahib olsaq, özümüzü o qədər inamlı hiss edirik. Ancaq sahib olduğumuz şeylər artdıqca, kürəyimizdə bir yük varmış kimi ağırlaşır, hərəkət sahəmiz məhdudlaşır və düşüncələrimizi onlarla məşğul etməkdən yaxa qurtara bilmirik".

Müsahibimiz hesab edir ki, böyük bir sərvət böyük bir köləlikdir. Nə qədər çox şeyə sahiblənsək, onları itirmək qorxusu da bir o qədər artır. "O qədər qorxarıq ki, onları qorumaq üçün evimizin hər kvadrat santimetrini kameraların nəzarətində saxlayır, özümüzü dəmir qəfəsə salarıq və hər şeyimizi sığortalamaq istəyərik. Sahib olduğumuz sərvəti təhlükələrdən qorumaq üçün böyük bir sərvət xərcləyərik".

Psixoloqların araşdırmalarına görə, müasir dünya bizləri olduqca tənbəlləşdirib. Belə ki, əvvəl qırılan şkafı, stolu, stulu təmir edirdiksə, yırtılan geyimi, palazı, xalçanı yamayırdıqsa, indi hər şeyin yenisini almağa üstünlük veririk. Bu davranışın altında yatan fərqli faktorlar da var. Bu faktorlar arasında psixoloji səbəblər daha çox ağırlıq təşkil edir. Çünki psixoloqlar əşyaların duyğuları maddiləşdirdiyini deyirlər. "Məsələn, çox gözəl keçən bir gündə geyindiyiniz paltarı hər zaman sevir, uğurlu geyim hesab edirsiniz. O geyimi təkrar-təkrar geyinmək, ona baxmaq, toxunmaq sizə zövq verir. Bunun tam əksi çox ağır keçirdiyiniz, xatırlamaq istəmədyiniz bir gündə geyindiyiniz paltarı uğursuz hesab edir, hətta atmaq istəyirsiniz" deyən B.Bayramov əşyalara aludə olmamağı məsləhət görür. Dediyinə görə, nə geyim, nə avtomobil, nə telefon həyatın mənası deyil. "Sevmədiyiniz geyimləri də istifadə edə bilərsiniz, avtomobilsiz də, telefonsuz da yaşamaq olur. İcazə veməyin ki, əşyalar sizə sahib çıxsın. Bu davranış problemlərdən qaçmaq yerinə onlarla döyüşməyi öyrədən üsullardan biridir. Düşüncənizin gücünü istifadə edərək onu başqa bir şeyə çevirə bilər və sizdə yaratdığı təsiri dəyişdirə bilərsiniz".


Şərhlər: 13
Baxılıb: 1092
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
etrlerim ve laklarim paltarlarim qalanin at
2 aprel 2015 09:38
# 13
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
emis
mendede bu sey ama baxir hansi esyaya birde ne qeder deyerli olduguna kimin verdiyine ama men normal derecede aludeciyem cox yox.men en cox oz esyalarimi paylasmagi sevmirem paltarimi kiminlese paylasa bilmirem ve s. ele insanlar uje xestelik tapiblar bele seyelrden.biride men tesekkurler
22 mart 2015 00:04
# 12
Nazan
boooooy men de var
21 mart 2015 23:34
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
vipbetul
axirdaki cumlede psixoloqlarin muasir heyat insanlari tenbellesdirir cumlesindeki butun yazilarla raziyam,meni eshya ozune alude etmiyib mende hec ele bir seyde yoxduki bir geyimmi olsun aksesuarmi olsun yaxuddaki nese bir eshyami olsun ferqi yoxdu hec bir seye baqli olmuram baqlanmiram,neceki heyata baqli biri deyilem
21 mart 2015 14:44
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Menimcun her bir esyam ezizdi.. amma buna aludecilik demezdim..
21 mart 2015 13:25
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
my_angel
Eşyalara aludeçilik bezen insan iradesinden asılı olmayaraq meydana çıxır.
21 mart 2015 12:41
# 8
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
GünƏşimƏ_AiD_
menim sirqalarma cox bagliyam.hec telefonuma o qeder bagli deyilem.
21 mart 2015 12:41
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Esyalar cansizdir amma onlarin insanlar uzerinde olan etkisi danilmazdir. Mene de eziz olan esyam var. Amma yox o eesya deyil hetta menim dostumdur. Bu da onu bir ddaha subut edir ki esyalarin insanlar uzerinde tesiri boyukdur
21 mart 2015 11:59
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
her wey ozumuzden asilidi
21 mart 2015 11:42
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
BARBI
Mende telefon nausnik aludecisiyem onsuz hec bir yere gede bilmerem sanki onlardan asiliyam
21 mart 2015 11:25
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Məndə 1-ci yerdə duran sepimdiirki onu boynumdan çıxartmıram 2-ci yerdə duran isə teıefonum və nauşnikimdi
21 mart 2015 09:50
# 3
İçimi görsən mənə aptek alarsan.
Miss_Oxatan
Bu movzu meni ozume gore hardasa silkeledi,belke de bu prosesler ele de ozumuzden asili deyil,wuuralti baw veren hal da ola biler.ancaq hardasa bu duwuncelere sahib cixmaliyiq,bu verdiwlerden ozumuz ozumuzu tecrid etmeliyik.heyatimizdaki ewyalari cox vaxt butlewdiririk,meselen omrumuzun hansisa dovrunde cekdirdiyimiz wekilleri,kiminse yadigar ewyalarini,o derece de ustun tuturuq ki,bir bawqa ona toxunsa,bilmeden ya bilerek sindirsa bizde qelb sindiraraq boyuk bir gunaha imza atmiw oluruq.menim insanlarda en cox beyenmediyim xususiyyet bu olub.ola biler menevi deyer deye bir wey var,eger bir ewyani bir insan sene verib deye onu kimse sindirsa sende onun qelbini sindirirsan ancaq bir weyi unudursanki o ewyani sene bir insan vermiwdise sindirdigin ureyi ise ALLAH verib.bendenin sene verdiyi ewyami daha cox menevi deyere sahibdir yoxsa ALLAHIN verdiyi qelbmi?
21 mart 2015 09:09
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Əlbətdəki qeyd olunan əşyalarsız yaşamaq olur ancaq çoxları artıq aludəçisidir bu istəmiyərəkdən də ola bilir bəzən..
21 mart 2015 09:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz