Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanı daha güclü edən psixoloji məsləhətlər
İnsanı daha güclü edən psixoloji məsləhətlər
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2207
Səs ver:
Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.

Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə "səfeh", "eybəcər", "bacarıqsız", "bəxtigətirməyən", "yönsüz" və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmış olasınız.

Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.

Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

"Mən"inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, "əyilir", amma "sınmır". "Mən"inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçərsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, "necə yaşamaq lazımdır fikri" ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.


Şərhlər: 9
Baxılıb: 2207
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cooox gozel sozlerdi insani ozune inamini artiran psixalagiyadi
20 mart 2015 02:12
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulunnn
Duz sozlerdi
19 mart 2015 17:03
# 8
Catwoman666
indi bilirem ki bu oxuduqlarimiz ele burda dda qqalacaq. goresen bu oxuduqlarimizdan nese netice cixardiq yoxsa ele oxumaq ve serh yazmaq xatirine oxuduq? burda yazilan cumlelerle raziyam. oz fikrimi de bildirim.: insan hadiselere hansi terefden baxirsa ele de olur. yaxwi dduwunen yaxwi pis duwunen pis. yeni hadiselerin neticesini oz xeyrimize deyisdirmek gucumuz de var. bawimiza gelenler hamisi bize heyatdan nese oyredir. her defe suallarin cavabini tapiriq. bunu yadda saxlayiriq. amma heyat da ele agillidir ki bir suali ikinci defe dde vermir. bezen de bir wey defelerle bawimiza gelir amma biz goresen kecmiwdekinden ders goturub gelen manieleri def ede bileceyikmi? eger kecmiwdeki aci xatirleri her defe yada salsaq bu bedbextlik burulganindan xilas ola bilmeyeceyik. amma bu da aci heqiqetdir ki kecmisimiz her zaman bizimledir. o getmir itmir batmir yaddan cixmir... kecmisin kolgesi her zaman bizi izleyir. izleyir ki biz yada salaq. unutmayaq. kecmisizimi unutsaq gelecekde hemin sehvleri tekrar tekrar edecik. kecmisinizi unutmaga calismayin ona gore de. mubarize aparmagi oyrenin. hec vaxt da ozunuzu "kucumsemeyin". menim bawqasindan neyim eeskikdir. men de bunu bacara bilerem deyin. guclu reqipbe cevrilin. o zaman ugur sizinledir. en esasi meglubiyyetinizle de bariwin. unutmayin ki her zaman qelebe calmaq olmaz. mueyyen yerlerde udizacaqsan ki yene qalib olandan bu qalibiyyetin dadini cixara bilesiz....
19 mart 2015 12:28
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
angel H-va
cox xowuma geldi bu meslehetler cox tewekkur edirem

cox xowuma geldi bu meslehetler cox tewekkur edirem
19 mart 2015 11:22
# 6
Melissa
cox gozel meslehetlerdi tskrler .
19 mart 2015 11:12
# 5
neri
men haqsiz yere gunahlandiranda cox ezab cekirem boguluram sanku.bir sey varki men oz ozumu cilovlamagi ozumu sakitlesdirmeyi bacariram neqedr cetin animda olsa.esla uduzmagla pozitivliyimi itirmurem ve burda yazilankimi eksune dahda ugur elde etmekcun calisram.
19 mart 2015 10:23
# 4
Sert
Nergizz
bunlarin hamisi aglimdan kecib yeni yaxwi cehetlerde,pislerde,ama bir xasiyetim var,gozel deyilem,ama evden cixanda ozumu herkesden gozel gorurem,ozumden asli deyil hemiwe bele fikrlewrem,
19 mart 2015 10:05
# 3
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Her zaman hec kesi ozumnnen ustun tutmuram her zaman ozume deyer verirem
19 mart 2015 09:51
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Qeyd olunan bir çox şey xarakterimdə var, insanın öz güvəni olmalı və nə istədiyini bilməlidir. Və ən əsası reallıqları görüb ona arxa çevirib öz xəyal dünyası ilə baxmamalıdır ətrafa belə ancaq uduzmaq olar ...
19 mart 2015 09:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz