Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətrafınıza diqqətlə baxın!
Ətrafınıza diqqətlə baxın!
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 1182
Səs ver:
Psixopatlığın əlamətləri
Dəli insanlar dəli olduqlarını heç vaxt qəbul etməzlər, bunu siz də bilirsiniz. Bəlkə ətrafınızdakı adamlardan hansısa psixopatdır və bundan xəbəriniz yoxdur, hə?

Ruhi pozğunluq dedikdə ilk ağıla gələn dəli, təcavüzkar davranışlar, sağa-sola sataşan tiplər olur. Psixoloji pozğunluq yaşayan insanlarda bu hal aydın görünsə də, çox hallarda o qədər də dəqiqi bilinməz.

Əgər bir insan dəli olduğunu bilmirsə, ətrafındakı insanlar, ya həkimlər bunu necə başa düşə bilər? Bir insanın psixopat olub-olmadığını anlamaq üçün həkim Rober Haren 20 kateqoriyanı "Psixopata nəzarət" siyahısına daxil edib. Əgər bu siyahıda olan halların çoxu sizdə rastlanırsa, bu o deməkdir ki, siz də psixopatsınız? Əlbəttə ki, yox. Çünki hər insan müəyyən zamanlarda özündən çıxa və bu cür hərəkətlər edə bilər. Əsl diqanoz insan zehninin qarmaqarışıqlığı və dəyişkənliyi göz önünə alınaraq mütəxəsisslər tərəfindən qoyulmalıdır.

Psixopat insanlar əksər hallarda gözəl danışan, sosial yerlərdə simpatik davranan tiplərdir. Bu cür psixopatlar hər zaman nə dediklərini bilərlər və növbə onlarda olmasa da, sözlərini deyərlər. İki nəfərlik münasibətlərini ölçüdə tutmağa çalışar və çox yaxın münasibətlər qurmazlar.

Möhtəşəmlik. Əgər hər zaman qürurlu, alçaldan davranışlar göstərirsinizsə, onda möhtəşəmsiniz kimi davranmağa çalışırsınız demək. Belə insanlar dünyanı özlərinə aid görər və hamıya yuxarıdan baxarlar. Hər şeyi edə biləcəklərini düşünərlər və heç nə onların standartlarına uyğun deyildir sanki.
Bu insanlar sakit dura bilməz, ya da geniş bir zaman kəsimində eyni şeyi edə bilməzlər. Riskli şeylər etməkdən xoşları gələr və məhz həyəcan qazanmaq üçün təhlükəli işlərin ardınca gedərlər. Sıxıcı insanlardan və işlərdən uzaq durarlar. Uzun müddət eyni sıxıcı işi görə bilməzlər.

Psixopatlar çox tez-tez yalan danışar. Kiçik şeylərdən hekayələr uydura bilirlər və gizli- gizli xəyanət etməyi də bacarırlar.

Hisslərinə və xoşbəxtliklərinə fikir vermədən hiylələr işlədər, yalanlar deyər və yollarına davam etmək üçün aldadarlar.

Psixopat insan yanlış nəsə etdiyində çox az hallarda günahkarlıq hissi, ya da vicdan əzabı çəkər. Qatı cinayətkarların çoxu elə psixopat olduğu üçün o cür qətillər törədib.

Onlar daş ürəkli olub insanlara acı sözlər deyərək, onları incidər və heç bir səbəb olmadan onlardan nifrət edərlər.

Psixopatlar davranışlarına nəzarət etməkdə çətinlik çəkərlər. Hər gün qarşılaşdığı hallara qarşı narahat olur və təhdid edilirmiş kimi hiss edər, əsəbi davranarlar.

Çox nadir hallarda gələcəkləri ilə bağlı plan qurarlar. Hərəkətlərinin nəticələrini ağıllarından belə keçirməzlər. Əvvəl edər, sonra düşünərlər.

Psixopat insanlar hər zaman məsuliyyətsiz olar və onlara tapşırılanları etməzlər.

Belə adamlar heç vaxt psixi pozğunluqları olduğunu qəbul etməzlər və öz səhvlərinə görə başqalarını günahlandırarlar. Hətta bəzən elə danışar, elə davranarlar ki, sağlam olduqlarına hamını inandırarlar.

Bu cür halda olan insanlar hər cəhətdən başqa insanlardan asılı yaşayar və bütün problemlərini, məsuliyyətlərini həmin insanların öhdəsinə buraxar.

Hər zaman tək gecəlik münasibətlər yaşayan psixopatlar məhz buna görə yüzlərlə insanla münasibət qurmağa meyllidirlər. Fiziki görünüş və hisslərini nəzərə almadan hər kəslə münasibət qurmağa hazırdılar. Eyni anda birdən çox cinsi yaxınlıq yaşaya bilər və bunu hamıya deməkdən çəkinməzlər.

Erkən yaşda görünən davranış pozğunluqları gələcəkdə psixopat probleminə yol aça bilər. 13 yaşından əvvəl yalan danışmaq, oğurlamaq, ya narkotik maddə istifadəsi kimi davranış pozğunluqları bunlara daxildir.

Psixopat insanların heç bir hədəfi olmaz. Hədəfi olsa da belə, mümkünsüz bir şeydir.

Bir psixopat üçün səhvlərini boynuna almaq çətindir. Nə etdiklərini bilməzlər və başqalarına etdiklərinin məsuliyyətini dərk etməzlər.

Bu insanlar çox hallarda qısa müddətli evliliklər yaşayırlar. Əgər evlilikləri onların standartlarına uyğun deyilsə, uşaqlarının, xanımının xoşbəxtliyinə baxmayaraq, yenə də boşanarlar.

Onlar çox hallarda uşaq və gənc yaşlarında da səhv hərəkətlər edərlər. Vandalizm, oğurluq kimi əməllərlə məşğul olarlar.

Həbs edilmiş psixopatlar, həbsdən şərtlə azad edilsə də, qarşısına qoyulan şərtlərə əməl etməyəcək və yenə həbsə geri qayıdacaq.

Həqiqi psixopatlar fərqli cildlərə girərək, fərqli cinayətlər törədə bilərlər və hər birində də bacarıqlı olarlar. Həbs edilmədikləri halda, bu etdiklərini tanışlarına fəxrlə danışarlar.


Şərhlər: 10
Baxılıb: 1182
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Allah qorusun.
14 noyabr 2015 17:25
# 10
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Nazan
tewekkurler
13 mart 2015 19:25
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Sucan
Bizden uzaq
12 mart 2015 19:10
# 8
GünƏşimƏ_AiD_
Riskli şeylər etməkdən xoşları gələr və məhz həyəcan qazanmaq üçün təhlükəli işlərin ardınca gedərlər. Sıxıcı insanlardan və işlərdən uzaq durarlar. Uzun müddət eyni sıxıcı işi görə bilməzlər.
bu mene vare..heden isyetirem gedim tek olum uzaq yerde..hec kes danismasin menlee...3 gun bele bes eder.herden mende deli olmaq isteyirem 128 sora YADIMA DUSURKI ONSUZDA DELIYEM 122
12 mart 2015 18:20
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
ele insanlar gizlinde chalisharlar bildikde ise dmeki tuzakdasan artiq gel indi ozunu qurtar olum caynaqinddan
12 mart 2015 15:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
roksi1995
ALLAH bizi elelerinden qorusun
12 mart 2015 14:16
# 5
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
tek umidim sen
Günümüzün aktual mövzularından biridir.Ətraflı yazılmış mövzuya görə təşəkkürlər. Maraqla oxudum...
12 mart 2015 14:13
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
emis
ele biri menim dayim..yaziq evlendi 1 ilden sorada bosandi qizin anasi gizletmisdi qizinin xesteliyini indi basina doyurku gerek qizimi mualice ederdim ama indi cox gecdi o qiza evlenmek olmazdi bele xesteler varki hekim yas heddi qoyur deyir meselen bu yasina kimi evlenmek olmaz buna da hekim deyibki 30 yasina kimi evlenmek olmaz bunlarda irsidi anasi telesdi kimede deyirsen inanmir gunahi bizde gorurler deyirlerki noldu o qiz 4 il instut oxudu hecne olmadi evlenen kimi oldu ta camaati inandirammirsanki evvelceden beleydi bu hayif o 2 qiza allah onlari qorusun onlara hecne olmasin
12 mart 2015 10:35
# 3
BARBI
Hamisi heqiqetdir hec de az deyil bele insanlar . Esas bela odurki valideyn bele seyleri etrafdan gizledir ve diqqete almir. Bezen ele hallar olur ki bele insanlari evlendirirler neticeside agir olur o insan ya heyat yoldasini ya da ki usagini oldurur. Ona gore bele seyleri gizletmey olmaz eger bir problem varsa mualice olunmalidir
12 mart 2015 09:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Təəssüflər olsun ki, günümüzdə psixoloji drumu yerində olmayan insanlar çoxdu, ancaq qeyd olunduğu kimi özlərinin psixopatlıqlarını ustalıqla gizlədə bilirlər...Allah qorusun bu cür insanlardan bizi amin.
12 mart 2015 08:48
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz