Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başqaları kimi olmamaq üçün mütləq oxuyun
Başqaları kimi olmamaq üçün mütləq oxuyun
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1521
Səs ver:
Əgər digərlərindən fərqlənmək istəyirsinizsə, o zaman pafoslu vizit kartlarını, məkana uyğun olmayan geyimləri, uzun-uzadı nitqləri unudun.

Sizə fərqlənməyin 5 asan yolunu təqdim edirik:

Müşahidəyə "yox”, hərəkətə "hə”!
Düzgün geyim qaydaları haqqında mühazirə oxuyursunuz?! Ən zövqlü geyinən, ən diqqət çəkən obrazlardan nümunə gətirməyə ehtiyac yoxdur. Mühazirələr az yadda qalır. Mövzu imkan verirsə, mühazirə deməkdənsə özünüz həmin addımı atın.

Qeyri-adilik edin!
Bir dairə çəkin və dairənin daxilinə sizə lazım olanları yazın. Təəssüf, nəticədə çəkdiyiniz dairə başqalarından fərqlənməyəcək. Çünki hamı kimi siz də dairənin içinə ev, maşın, yaxşı iş və təhsil kimi arzularınızı yazmısınız. Bir dəfə də arzularınızın siyahısına məsələn, avto-stopla başqa şəhərə getmək istədiyinizi yazın. Məqsədiniz yaxşı nəticə əldə etmək yox, təcrübə qazanmaq olsun. Unutmayın, ən yaxşı nəticələr dəfələrlə edilmiş səhvlərdən sonra yaranır.

Dəlilikdən qorxmaq lazım deyil!
Elə indi, məqaləni oxuyandan sonra bir anlıq düşünün. Sonuncu dəfə nə vaxt qeyri-adi anlar yaşamısınız? Sizə nə zövq verib? Sonuncu dəfə nəyə ürəkdən sevinib, təəccüblənmisiniz? Ola bilər ki, heç nə yadınıza düşməsin. Ola da bilər ki, bu an lap çoxdan olub. Məhz həyatımızda olmayan dəliliklərə görə biz sürətlə qocalırıq.

Yaxşılıq edin, az danışın!
Hər gün kiçik də olsa, yaxşılıq edin. Az danışmaqdan isə narahat olmağa dəyməz. Nə qədər az danışırsınızsa, o qədər kənardakıların yadında qalırsınız.

Passivlik və qorxaqlığa qalib gəlin!
Təəssüf, bu gün səhv etməkdən qorxmayan insan nadir tapıntıdır. Araşdırmalar göstərir ki, insanların 89%-i səhv etməkdən qorxur, buna görə addım belə atmır, passivləşirlər. Unutmayaq, səhv etdikcə təcrübə qazanır, növbəti mərhələdə daha cəsarətli oluruq.


Şərhlər: 15
Baxılıb: 1521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
maraqli xeberdi hec vaxt basqasi olmaga ne de basqa kimi olmaga calismamisam here ozu olmalidir mendede biraz qorxaqliq var cesaretsizlik ama yeri gelende bacariram.. calisam burda yazilanlara emel edim tesekkurler bacis
7 aprel 2015 21:46
# 15
FISTIK
Təşəkkür maraqli xeberidi. bunlari bezisin elemeyi bacarmiram .)
7 aprel 2015 00:43
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
EsmaNur
tesekkür
6 aprel 2015 22:28
# 13
Qlamurr
Düzdü lazımlı tövsiyələrdi,ancaq insan özü kimi olsa bu daha gözəldi,nəinki süniləşmək.Ancaq bəzi nüanslar həqiqətəndə lazımlıdı.təşəkkür
6 aprel 2015 18:54
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melek5
Maraqli fikirler idi
Passivlik və qorxaqlığa qalib gəlin!
düzdü biraz qorxaxlığım var amma passivliyə girdimse cixmağıda tez bacarıram
6 aprel 2015 17:59
# 11
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
vipbetul
yaxsi tekliflerdi
6 aprel 2015 14:41
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Mən elə mənəm mən olaraqda qalacam..Bunlar boşdu
6 aprel 2015 13:37
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ruzgargulum
Maraqlı xəbərdi mən heç vaxt başımdan böyük işlər görməmişəm çalışmışam çalışıram az danışım çox dinləyim kiməsə nəsə etməyi sevirəm isdəyirəm hamıya yaxşılıq edim.Passiv olmamışam ancaq iş hərəkət yoldaşımda mənim kimi ürəyi açıq insandı.Hər sözü götürən insanam men mesel üşün bir işi yaxşı eləməmişəmsə mənə deyirlər ki bunu belə elə edirəm da demirəm mən özüm bilərəm özüm kimi xeyr sadəcə hər sözə məsləhətə qulaq asıram özüm üçün faydalanmaq yararlanmaq üçün.Təşəkkürlər maraqlı xəbər üçün.
6 aprel 2015 13:25
# 8
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
qanadli melek
Hami ozluyunde ozunu ferqi bilir
6 aprel 2015 13:14
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Catwoman666
hec vaxt basqalari kimi olmagi sevmemisem ve her zaman ozum kimi olmusam her zaman secilmisem. Men oldugum yerde tekce mn secilen ola bilerem
6 aprel 2015 13:07
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Maraqlıdı , insan artıq fərqli biri olmaq istəyib hansısa məsləhətlərə əməl edirsə artıq o fərqli birisi deyildir həqiqətən yalnız üzdə elə görünər, sadəcə özün olsan heç kəsi yamsılamadan necə varsa elə kompleksiz daha yaxşıdı nəinki başqa cür ...))
6 aprel 2015 12:11
# 5
Melissa
men zaten hAmidan ferglenirem
6 aprel 2015 10:45
# 4
Miss_Oxatan
Men cilgin tebietliyem herden ele hereket edirem ki,her kes deyir buna baxe 30a catir ele bil uwaqdi.cunki deyenler ele bilir ki,ere getdin qiriwib oturmalisan,ancaq men hec deyiwmemiwem.ancaq burda yazilanlardan biri mende yoxdur,hetta o cumle meni duwundurdu 3defe oxudum ki,beynime hekk eliyim.bir wey edende meqsediniz yaxwi netice elde etmek yox,tecrube olsun.teessuf men neye elimi atsam hansi iwe bawlasam beynime yerlewdirirem ne olur olsun daha yaxwi olmalidir.bu barede duwunmeme deyer.maraqli ve stimul veren movzu idi,paylawim ucun tewekkurler:)
6 aprel 2015 10:38
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Cox maraqli movzudur men her seyde qeyri adiliyi xoslayiram ister geyim istersede basqa bir sey . Bir de cilginliq ve delilik etmek xoslayiram bele heyecanlar insani genc saxlayir
6 aprel 2015 09:12
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
neri
men sexsen aileliyem ve ozumu herzaman usagkimi hiss etmisem ve heckimde qinamir meni sukur.ve belede olacam heckumin dusuncesiyle yasayan deyilem duzdu cizdanda cixan deyilem bu kimse ne deyer yox... sadece ozume sigisdirmaram.ama olenedek insallah bele qalacam.usagkimi.ozumu bele sevirem cunku men her acita qalib gelmeyi bacariram aciz ve zeif deyilem sukur rebbime.
6 aprel 2015 08:31
# 1
Sert
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz