Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtlik insanın içində olmalıdır
Xoşbəxtlik insanın içində olmalıdır
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1448
Səs ver:
Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir.

Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları onların səhhətinə də ciddi təsir göstərir. Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynov "Zaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, insanlarda tez-tez yorğunluq, halsızlıq, ruh düşkünlüyü kimi hallar müşahidə olunur: "Bu gün insanların yaşadıqları psixoloji gərginlik onların səhhətində də ciddi problemlərə yol açır. Belə halları daha çox insanların sosial həyatı, ailədaxili problemləri ilə əlaqələndiririk. Məsələn, insanların çoxunun bankda krediti var, amma televiziyalarda zəngin həyat nümunələri göstərilir. Başqalarının rahat yaşayışını görən insan öz halından şikayətlənməyə başlayır və nəticədə hər şeyə pessimist yanaşır. Bu da beyində ifraz olunan "serotonin” (xoşbəxtlik) hormonunun miqdarının azalma ilə nəticələnir ki, insanlarda depressiv halların yaşanmasına, pis yuxular görməyə gətirib çıxarır. Müraciət edən bir çox xəstələrdə müayinə zamanı problemin psixoloji haldan qaynaqlandığını müşahidə edirik. Bunları korreksiya etdikdən sonra xəstə tamamilə sağlam olur”.

Mövzu ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov "Zaman-Azərbaycan”a müsahibəsində insanların düşüncəsinin onların həyatında mühüm rol oynadığını bildirdi: "Biz yaxşı olarıqsa, cəmiyyət də yaxşı olacaq. İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.

Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir. Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisi özünü həyatın axışına buraxır. Bu cür insanlar həyatda məqsədsiz olur, özlərinə layiq bildikləri yerdə deyil, başqalarının onlara uyğun gördükləri yerdə olurlar. Ən yaxşı halda isə heç bir cəhd göstərmədən olduqları yerdən şikayətlənirlər. Əlbəttə, şikayətlənmək həyatımızın əsas prioritetlərindəndir. Hər an, hər vəziyyətdə və baş verən hər şeydən şikayətlənmək, bizim xasiyyətlərimizdən biridir.

Yayın istisindən şikayətlənib, qışın tez gəlməsini arzulayırıq. Qışda isə soyuqdan, yağan yağışın, qarın həyat şəraitini pozmasından narazı oluruq. Biz bununla da kifayətlənmirik. Həyatda haqqımızın başqası tərəfindən tapdalandığını düşünürük. Bəlkə də, az deyil ətrafınızda dost xəyanətinə uğradığını deyən, müəllimi tərəfindən qiyməti kəsilən, sevdikləri tərəfindən tərk edilənlər... Şikayətçiyik biz; hər kəsdən, hər şeydən. Evdə uşaqların səs-küyündən və ya həyat yoldaşımızdan. Qabağımıza qoyulan yeməyin çox isti, çayın soyuq olmasından şikayətçiyik. İşdə müdirdən, çox işləyib az qazanmaqdan şikayətçiyik. Və bütün bunlardan sonra "biz nə üçün uğur qazana bilmirik?” deyə şikayətlənirik. Cavab tapmaq o qədər də çətin deyil əslində, səbəb, bəlkə də, bütün vaxtımızı şikayətlənməyə sərf etməyimizdir.

Məşhurlardan birinin belə bir deyimi var: "Qaranlıqdan şikayət etmək əvəzinə, bir şam yandır”. Bəli, mövcud vəziyyət bizi qane etmirsə, qarşımızda iki yol var: ya onu dəyişdirmək üçün əlimizdən gələni etməliyik, ya da şikayət etməyi bir kənara qoyub, həmin vəziyyəti olduğu kimi qəbul etməliyik. Məsələn, yaşadığınız şəhərin çirkli olmağı sizi narahat edirsə, çarə şikayət etmək deyil. Çarə "təmizləmək”dir. Burada təmizlik deyərkən, məqsədim əlinizə süpürgə alıb, küçəni süpürməyə başlayın, demək deyil. Yəni bu cür düşüncələri təmizləyin. Buna, əvvəlcə, özünüz yerə zibil atmamaq və ətrafınızdakı insanlara bunun yanlış bir hərəkət olduğunu öyrətməklə başlaya bilərsiniz.

Ətrafda bəzən elə insanlara rast gəlirik ki, özü yaratdığı problemlərə görə başqalarını təqsirləndirir. Bu, bir az da istifadə etdiyi mobil telefonun qiyməti aylıq gəlirindən dəfələrlə yüksək olan bir insanın maddi sıxıntılardan şikayətlənməsinə bənzəyir...

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov "Zaman-Azərbaycan”a müsahibəsində bunun birbaşa insanların düşüncəsi ilə bağlı olduğunu bildirdi: "İnsanların hər şeydən şikayət etməsi onların düşüncəsi ilə əlaqədar bir haldır. Buna psixologiyada "kobinitiv” yanaşma deyilir. Bu cür düşüncə isə ətrafa olan münasibəti müəyyən edir. Belə hallara daha çox sosial şəbəkələrdə rast gəlirik. Bəzən görürsən ki, kimisə tənqid edirlər, bəyənmirlər, hətta çox vaxt təhqirə də keçirlər. Bu cür hallar özləri ilə bacarmayan, özlərini yeniləyə bilməyən insanlarda müşahidə olunur. Zaman keçdikcə isə bu aqressiya işə, ailəyə və ətrafda olan hər kəsə yönəlir. Yaxşı olar ki, həmin insanlar özlərini düzəltsinlər. Hər şeydən şikayətlənməklə cəmiyyəti dəyişmək mümkün deyil. Lakin hər kəs özünü düzəldə bilər. Biz yaxşı olarıqsa, cəmiyyət də yaxşı olacaq. Şikayətlənmək mövcud vəziyyəti dəyişmir. Əksinə, insanın prosesə normal yanaşmasına əngəl törədir. Nə dərəcədə doğrudur ki, sən işlədiyin müəssisədən maaş alasan və orada işləməyə davam etdiyin halda şikayətlənəsən, oranı bəyənməyəsən? Əgər işindən razı deyilsənsə, öz üzərində işlə, bacarıqlarını inkişaf etdir və daha yaxşı bir işə gir. Səni yetişdirən, təcrübə qazandıran yeri və ya insanları pisləmək isə heç bir etikaya, əxlaqa sığmır”. Psixoloq onu da qeyd etdi ki, ərtafda baş verən hadisələrə narazı nəzərlərlə baxmaq insanın həyatına, yaşantısına ciddi mənada təsir edir: "İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.

Bəli, seçim öz əlimizdədir. Ucsuz-bucaqsız dənizdə yelkənsiz bir qayıq olub özümüzü küləyə təslim etməkmi, yoxsa küləyə qarşı avar çəkməkmi?


Şərhlər: 13
Baxılıb: 1448
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
xosbextlik herkesin icinde ozunde olmalidir
21 mart 2015 00:04
# 13
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
vipbetul
o qeder gozel yazilibki bunun usdune ne deyesen,insan ozu-ozunu xosbextde ede biler bedbextde teki isdesin teki o cur dushunsun veziyyeti o cur olsun,her seye ramen gerek her zaman gulek dik dureaq eyilmeyek heyatin zerbelerinde ezilmeyek
16 mart 2015 18:56
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Xosbext olmaq ucun bir cox arzularin yerine yetmesi vacibdi, amma bu o demek deyilki,xosbext olmagimi ucun sebebimiz yoxdu, xeyr !!! Var....Sadece insan daima yenilik axtarisinda oldugu ucun, dayana bilmir, bir arzusu yerine yetende ,digeri dogulur, yani arzudan arzu dogulur.......Amma xosbext olmaq ucun esasimiz coxdu, bunu unutmayaq....
16 mart 2015 18:21
# 11
Qelbim doludu !!!!
emis
Bəli, seçim öz əlimizdədir. Ucsuz-bucaqsız dənizdə yelkənsiz bir qayıq olub özümüzü küləyə təslim etməkmi, yoxsa küləyə qarşı avar çəkməkmi?
kuleye qarsi avar cekmek
16 mart 2015 17:38
# 10
tek umidim sen
Bəli, seçim öz əlimizdədir. Ucsuz-bucaqsız dənizdə yelkənsiz bir qayıq olub özümüzü küləyə təslim etməkmi, yoxsa küləyə qarşı avar çəkməkmi?
Tebii ki kulye qarsi avar cekmek 02
16 mart 2015 14:11
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
insanin ozunde olmadisa hecne heckim onu xosbext ede bilmiyecek.gelek insan biraz bedbin olmuya her seye yaxsi terefinnen baxa.
16 mart 2015 13:46
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
leyla_258
elbetdeki,xosbextlik haminin icinde olmalidir...
16 mart 2015 13:33
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
guler19
Əslində xoşbəxlik üçün o qədər də böyük şeylərə ehtiyac yoxdur.Elə insanlar var günəşin doğması,bəzən bir də bir bülbülün oxuması xoşbəxt olmaqı kifayətdir.Xoşbəxlik həm də insanın dünyaya hansı pəncərədən baxmasından asılıdır.Çünki gözəl bir şeyə hamı gözəl deyə bilər.Əsas məsələ gözəl olmayan şeylərdə gözəlliyi görməkdir.
Həyata həmişə bədbin baxan bir insanı heç bir şeylə razı salmaq olmaz.O,saraylarda da yaşasa,fərqi yoxdur.Həyata nikbin baxan bir insan isə zindan da olsa,xoşbəxtdir. Her insanın heyatinda cətinlikler olur onəmli olan basini dik tutub ALLAHı urəklə çağırıb ondan kömək isteməkdi. Axirda insan istediyi xoşbəxtçiliyə çatacaq. Əgər ürəyinde ALLAH sevgisi varsa bu elə özü böyük xoşbəxtçilikdi
16 mart 2015 13:00
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
SEVGI DENIZIM
yazilarla raziyam dogru yazilib
16 mart 2015 12:58
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aynur2002
Insan pis bir hadise olduqda cox derd keder cekmemelidir.Bele insanlar-yeni heyata hemise gulumseyen insnalar xosbext olurlar.
16 mart 2015 12:30
# 4
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Luna-90
Xeyr xosbextlik yasadigin heyatdadi islerin duz gedirse senden xosbexti yoxdu isin alinmirsa insan icinde nece xosbext ola biler.
16 mart 2015 11:38
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.
Çox gözəl məqalədi düşünürəm ki, pessimistlər oxusalar bu məqaləni hardasa müsbətə doğru bir addım atmış olarlar və sonuncu suala cavab- əlbətdə küləyə qarşı avar çəkmək, yoxsa bu həyat dözülməz olar...
16 mart 2015 09:39
# 2
BARBI
Xosbextlik her bir insanin icinde var ama etrafdaki insanlar hadiseler imkan vermir ki biz xosbext olaq
16 mart 2015 09:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz