Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənəvi uyğunsuzluğun psixoloji əzabları
Mənəvi uyğunsuzluğun psixoloji əzabları
Göndərən: Wiyinka
Şərhlər: 7
Baxılıb: 1088
Səs ver:
"Mənəvi uyğunsuzluq”, "xasiyyətin tutmaması”, "sözün düz gəlməməsi” və sairə kimi kəlamları demək olar ki, biz hər gün müxtəlif yerlərdə eşidirik. Bu kəlamları ümumiləşdirərək, ona "mənəvi uyğunsuzluq” kimi yanaşa bilərik. Bu, daha ümumi və məntiqi anlamdır.

Gəlin, görək, tez-tez insanların şikayətləndiyi mənəvi uyğunsuzluq hallarının kökündə nə durur? Ümumiyyətlə, bu cür hallara qarşı mübarizə aparmağa dəyərmi?

SOSİAL ƏSASLAR
Mənəvi uyğunsuzluq halları ilk növbədə sosial problemlər yaratmaqla nəzərləri cəlb edirlər. İşdə, ailədə, ictimai yerlərdə bunu açıq-aydın hiss etmək mümkündür. Şübhəsiz, mənəvi uyğunlaşma mühüm sosial məsələləri həll etməyə imkan verir. Bu baxımdan, mənəvi uyğunlaşma ictimai münasibətləri qurmaqda? Bir-birlərini anlamaqda insanlara kömək edən əsas amil sayıla bilər.

Bu problem həmişə olduğu kimi, ən çox ər-arvad münasibətlərində hiss olunur. Bunu adətən xarakterin tutmaması kimi də qiymətləndirirlər. Qərbdə mənəvi uyğunsuzluq halları tezliklə boşanmanı yaradan əsas səbəblərdən sayılır. Ona görə də, həmin ölkələrdə boşanmanın sayı Azərbaycana, digər şərq ölkələrinə nisbətdə həmişə çox olur. Lakin bizdə, əksər şərq ölkələrində boşanmanın miqdarının az olması, heç də o demək deyildir ki, bütün ailələrimizdə mənəvi uyğunlaşma yüksək səviyyədədir. Sadəcə olaraq, adət-ənənələr, mentalitet, milli-məişət psixologiyası və dözüm mənəvi uyğunsuzluğa görə boşanmaların sayını kəskin şəkildə aşağı salır. Əgər bizim milli mentalitetimizə yad olan adətlər ölkəmizə ayaq açarsa bizdə də boşanmanın sayı və əxlaqsızlıqlar artar.

PSİXOLOJİ AMİLLƏR
Təbiidir ki, mənəvi uyğunsuzluq birbaşa fərdi psixologiya ilə əlaqədardır və onun yaranmasında psixoloji problemlər mühüm həlledici rol oynayır. Nəticədə, mənəvi uyğunsuzluq həm də, stresslər və psixoloji problemlər yaradır. İnsan özünü pis hiss edir, digər şəxslərlə ünsiyyət qurmaqda çətinliklərlə üzləşir. Bunun nəticəsində də getdikcə anlaşılmaz fəaliyyətsizlik, əhval pozğunluqları yaranır. Bu baxımdan, bizi, tez-tez iş yerini dəyişən qəribə xasiyyətli şəxslər daha dərindən anlayarlar. Bu tipli insanlar tez-tez iş yerlərini dəyişir, dost-tanışlarla olan münasibətləri ardıcıl və səmimi olmur. Onlar əsasən mənəvi və psixoloji cəhətdən özlərinə ən yaxın insanlara uyğunlaşa bilərlər.

Psixoloji baxımdan da, mənəvi uyğunsuzluqlardan ən çox əzab çəkənlər. məhz, ərlər və arvadlar olur. Mənəvi uyğunsuzluq halları tez bir vaxtda ailə daxilində hiss olunur. Bu da ya ərin, ya da arvadın tez bir zamanda psixoloji narahatçılıq keçirməsinə səbəb olur, ailədaxili münaqişələr, söz-söhbətlər baş alıb gedir. Çox təəssüf ki, psixologiya elmi və ictimai elmlər sistemi bu cür problemlərin qarşısında əksər hallarda aciz olur, çünki artıq formalaşmış insan psixologiyalarını və xarakterini köklü şəkildə dəyişmək qeyri-mümkün olur.

NƏ ETMƏLİ?
Hər hansı bir şəraitdə-işdə, ictimai yerlərdə, ailədə, istirahət yerlərində və sairədə mənəvi uyğunsuzluq halları sizi narahat edirsə, özünüzü itirməyin, səbr edin. Bəlkə də bu, ilkin uyğunlaşma reaksiyası ola bilər. Əgər siz ümumiyyətlə, bu insanlara, mühitə müəyyən müddət keçdikdən sonra da uyğunlaşa bilmirsinizsə, tezliklə oralardan uzaqlaşın.

Çalışın psixologiyanızı, xarakterinizi yeniyetməlikdən elə formalaşdırın ki, tez-tez mənəvi uyğunsuzluq halları sizə əzab verməsin. Şübhəsiz, bu, ilk növbədə ailədən, valideynlərdən və oradakı tərbiyə mühitindən də asılı olur. Amma nə etməli, müxtəlif xasiyyətli insanlarla hər cür şəraitdə dil tapmaq, cəmiyyətdə müxtəlif yaşamaq xüsusiyyətlərini mənimsəmək hər bir şəxsə lazım olan mühüm xarakterik xüsusiyyətlərdir.

Hörmətli ər-arvadlar, əgər sizin hər hansınızı mənəvi uyğunsuzluq halları, xarakterin tutmaması narahat edirsə, deməli, ilk növbədə bu, taleh məsələsidir. Səbr etməli, dil tapmalı, kompromisə getməli və dözməli. Ailəni, uşaqları, əsl-nəcabəti qorumaq və xəyanətə yol verməmək üçün yalnız və yalnız qarşılıqlı əlaqə nöqtəsini tapmaq lazımdır. Yaxınlarınızın, psixoloqların köməyindən də istifadə edə bilərsiniz. Şübhəsiz, bu, sizin xarakterinizin möhkəmliyindən və iradənizdən asılı olacaq. Hər halda, burada digər sanballı, ağıllı alternativ yollar tapmaq çətin olur. Sizə bu işlərdə uğurlar!


Şərhlər: 7
Baxılıb: 1088
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bunlari aileli xanimlar oxuyub diqqet etseler daha yaxsi olar
10 mart 2015 00:46
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
menevi uygunlawmasi olamayan insanlar yola getmirler men belelerinden uzaq olmaga caliwiram
2 mart 2015 23:56
# 6
Ayselina
Təşəkkür edirəm belə gözəl məlumatlara görə bizi maarifləndirdiyiniz üçün..xəbərdə qeyd olunduğu kimi o demək deyil ki Şərq ölkələrində hər şey yüksək səviyyədədir, heç bir problem yoxdur. .təbiki hər bir ailədə söz, söhbət, intriqa baş verir..Şərq qadını hər zaman kübarlığı, güzəştə getməyi ilə və nəhayət əsl xanımlığı ilə qərb qadınlarından fərqlənir. .ailədaxilindən başqa fərdin məktəb həyatı var, universitet həyatı və iş həyatı başlayır..bu 3 mərhələdə fərd çoxlu sayda fərdlərlə qarşılaşır...bunların hamısı ilə dil tapmaq yola getmək asan məsələ deyil..belə bir şeyi ilk öncə bilmək lazımdır ki, hər kəs səni sevmək məcburiyyətində deyil, və əksinə sən hər kəsi sevmək məcburiyyətində deyilsən..sadəcə bir şeyi unutmamalıyıq əgər qrupda və ya iş kollektivində bir insani sevmirsənsə onu biruzə vermək heç də doğru deyil, sözün yaxşı mənasında yola vermək lazımdır..təşəkkür edirəm.
2 mart 2015 11:33
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
guler19
Doğrudur bütün mənfi fikirlər,psixloji amiller ruhi düşkünlük, intihara meyillilik, ümumilikdə insanlığın düçar olduğu bütün bu bəlalar, bədbəxtliklər Allahdan uzaqlaşdıqda, ona olan inamı itirdikdə baş verir. En esası sebr etmek lazimdir. eger bele halları sevmirsizse yazida deyildiyi kimi sessizcə uzaqlaşmaq lazımdır. Belə işlərde mende her kese uğurlar arzu edirem inşALLAH ohdesinden layiqince gəlmək olar belə halların
2 mart 2015 11:10
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Menevi uygunlasmasi olmayan insanlar hec vaxt yola gede bilmez gerek insanlarin xarakterleri bir birine zidd olmasin
2 mart 2015 10:22
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Mənəvi uyğunlaşma insanda öz özlüyündə olur əlbətdə uyğunsuzluqlarda olur ancaq qeyd olunduğu kimi mentalitet , adət ənənələrə görə məcburi mənəvi uyğunsuzluğu uyğun edirlər belə olan halda ailədə bir çox problemlər yaşanır...
2 mart 2015 09:12
# 2
xeyalperest
Men ailede bilmirem ama sinifde ya kursda ele biri olarsa yeni qizda xasiyet uygunlaşmamasi o insandan az sohbet etmeye calişiram cunki bilemki dava duşu biler tewekkur
2 mart 2015 09:06
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz