Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şayiələrin psixologiyası
Şayiələrin psixologiyası
Göndərən: Wiyinka
Şərhlər: 10
Baxılıb: 577
Səs ver:
Sözün qılıncdan iti olması hamımıza yaxşı məlumdur. Lakin sözlərin şayiə formasında yaranması isə, nəinki, qılıncı, bəlkə də, dünyada kəşf olunmamış ən iti ülgücü belə əvəz edə bilər və bu şayiə, sözün əsl mənasında, insanın "27 qatından” keçir. Əlbəttə, bunun nə demək olduğunu şayiələrdən əzab çəkmiş şəxslər daha asanlıqla anlaya bilərlər.

Şayiə nədir?
Çoxları üçün şayiə qeybət və ya adi söz-söhbət kimi başa düşülür. Digərləri üçün şayiələr gizli xəbərlərin tezliklə kütləvi şəkildə yayılması deməkdir. Bəziləri üçünsə, şayiələr kiməsə qarşı mübarizə aparmağın ən asan, ən real yolu kimi qəbul edilir.

Sonuncular daha çox diqqəti cəlb edir. Bu baxımdan, kiməsə qarşı mübarizə aparmaq, həmin şəxsin karyerasını zəiflətmək üçün şayiələr amili əsas vasitəyə çevrilir. Əsasən, siyasi rəqiblər şayiələrin tezliklə yayılma kompleksindən və yüksək səviyyəli nəticələrindən bəhrələnməyə çalışırlar. Şübhəsiz, bu işdə bəzi kütləvi təbliğat vasitələrindən və jurnalistlərdən də istifadə olunur.

Şayiələr psixoloji təsirlər kimi
Ümumiyyətlə, ictimai təcrübə göstərir ki, şayiələrin doğru və yalanlığından asılı olmayaraq, onlar çox güclü psixoloji təsirlərə malik olurlar. Şayiənin tam yalan olması isə sadəcə olaraq şayiə subyekti üçün "psixoloji dəhşət” sayıla bilər. Yalan şayiələr sarsıdıcı stress yaradaraq, insanın əsəb sisteminin gərginləşməsinə, onun sosial fəaliyyət dinamikasının pozulmasına səbəb olur. Çünki şayiələr artıq kütləviləşəcək qarşısı alınmaz informasiyalardır. Deməli, şayiələr dağıdıcı və sarsıdıcı gücə malikdirlər.

Burada bir problem həmişə mövcud olub. Bu da şayiələri yayan və yaxud yaydıran subyektlə bağlıdır. Əksər hallarda şayiələrin kim tərəfindən və haradan yayılmasını müəyyənləşdirmək çox çətin olur. Bu, çox vaxt şayiədən əzab çəkən şəxs üçün də sirr olaraq qalır.

Özünü qoru!
Sən də günlərin birində şayiə subyektinə çevrilə və yaxud mətbuatda hansısa jurnalistin təxribatına məruz qala bilərsən. Görəsən, bu halda yaranmış vəziyyətdən "sağ çıxmaq” üçün nə etməlisən?

İctimai təcrübə göstərir ki, şayiə böhranından qurtulmaq üçün üç formalı şəraitə uyğun davranış növü seçmək gərəkdir. Aşağıda onları sizə təqdim edirik:

I- Şayiələrə qarşı mübarizə aparmağın qeyri-ciddi və qeyri-mümkün olduğunu anlayıb sona qədər sus.

II- Əgər şayiənin yarandığı ilk anlarda həmin informasiyanın yalan olduğunu sübuta yetirmək iqtidarındasansa, real həlledici gücə maliksənsə, fürsətdən, imkanlardan maksimum istifadə et. Şayiənin tezliklə qarşısını al. Amma unutma, bu çox mürəkkəb və incə ictimai təbliğat məsələsidir.

III- Şayiənin psixoloji və mənəvi təsirlərini daxilində boğmağa çalış, psixoloji təsir və stresslər dairəsindən tezliklə çıx. Əks halda, zəifləyib, ünsiyyətdə və davranışda daha da kobud səhvlər edərsən.


Şərhlər: 10
Baxılıb: 577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Sitat: vipbetul
eger senin dalinca danishirlarsa demeli sen guclusen onlari seni ozlerinden guclu kimi yuxarida gorurler qoy danishsinlar onlar ozleride bilmeden seni tanidirlar boygudurler gozlerde fikirlerde,bununla beraberde gunah qazanirlar


Bu yazinizi cox beyendim...
Hemise dediyim sozlerden biri.Arxamdan bos bosuna dasinlara tek sozum:Sen danisdiqca teriflediyinden xeberin yox...Sen danismaqinda ol!!!
10 mart 2015 01:58
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
eger senin dalinca danishirlarsa demeli sen guclusen onlari seni ozlerinden guclu kimi yuxarida gorurler qoy danishsinlar onlar ozleride bilmeden seni tanidirlar boygudurler gozlerde fikirlerde,bununla beraberde gunah qazanirlar
10 mart 2015 00:37
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
sayielere de onlari yaradanlara da nifret edirem
1 mart 2015 17:14
# 8
qanadli melek
Bezi insanlar dogrusunu yanliwini arawdirmadan sayelere inanir
28 fevral 2015 12:21
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
xeyalperest
Mence şiyelere gore ne qeder insan ezab cekir ne qederide olur.kimi neye başqasinkn heyati hec catmir tewekkur
28 fevral 2015 11:28
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Şayiələr fərqi yoxdu məhşur vəya sıravi insan haqqında da ola bilər, qeyd olunduğu kimi psixoloji təsir gücü çoxdu və insanı hövsələdən çıxarır, birinci variant isə daha məqsədə uyğundu...
28 fevral 2015 09:32
# 5
BARBI
Bezen ele saiyeler var hec inanmiram dilden dile dolanir ve insanlarda ona inanir
28 fevral 2015 09:28
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
ne qeder var bele insanlar dehset derecede hec vaxt danismaram demerem bilmediyim bir sey haqqinda
28 fevral 2015 09:24
# 3
ayan97
Heyatda nifret edirem yalannan kimin haqqinda hecne bilmeden yallannan sayeler cixarmag.. Her kesin basina gelir, eminemki....
28 fevral 2015 09:02
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
aziz a
cox pis bir seydi,haqqinda olmayan bir seyin yayilmasi.Bu adeten taninmis insanlarin heyatinda daha cox bas verir.her iki halda pis bir veziyyetdi.
28 fevral 2015 08:53
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz