Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən amansız psixi eksperimentlər
Ən amansız psixi eksperimentlər
Göndərən: ismayilova ulker
Şərhlər: 11
Baxılıb: 770
Səs ver:
Canlı varlıqlar üzərində keçirilən eksperomentlər elmi fantastikanın ən çox sevilən mövzularından biridir. Eyni zamanda bu cür təcrübələr tam rəsmi olaraq da aparılıb. Təcrübədən keçirilənlər fiziki ağrı hiss etməsələr də, şübhəsiz ki, onların psixikasına müəyyən zərər dəyib. Və elə hadisələr olub ki, son nəticədə təcrübə qurbanları ciddi əziyyət çəkiblər.

Üç ağılsız "İsa peyğəmbər”
1959-cu ildə amerikalı sosial psixoloq Milton Rokiç Miçiqan ştatınında bir ruhi xəstəliklər xəstəxanasına özlərini İsa peyğəmbər güman edən üç pasient yığıb. Onlar iki ilə yaxın bir vaxt ərzində bir yerdə yaşamalı olublar. Rokiç hesab edirdi ki, bu vaxt müddətində xəstələr özlərinin Tanrının Oğlu iddiasında yeganə adam olmadıqlarını müəyyən edərək öz maniyalarından əl çəkəcəklər. Amma tədqiqatçı səhvə yol verib. Üçlük özlərindən kimin daha müqəddəs olduqları barədə mübahisə etməyi davam etdiriblər. Bir dəfə Rokiç "İsa”lardan birinin qalanlarının ona təzim etməsini tələb etdiyini eşidib. Buna onun yoldaşı belə cavab verib: "Mən sənə təzim etmyəcəyəm, çünki sən yaramzasan! Yaxşısı budur ki, öz həyatını yaşayasan, ayıl, axı hər şey göz qabağındadır”. Bir sözlə, müalicə alınmayıb...

Tənhanıqla əlaqədar keçirilən test
1962-ci ildə 23 yaşlı fransalı geoloq Mişel Sifr insanın təcrid olunmuş vəziyyətdə nə qədər qalacağını yoxlamaq qərarına gəlib. O, bu məqsədlə yeraltı buzlağın içində yüzmetrlik dərinlikdə yerləşən Alp mağarasına enib. Sifr özü ilə nə saat, nə də hansısa işıq mənbəyi götürməyib. Mağara qaranlıq, temperatur sıfıra yaxın, rütubətlilik isə 98 faiz səviyyəsində olub. Gənc geoloq orada çadır quraraq 63 gün qalıb. Təəssüf ki, təchizat soyuq və rütubətdən mühafizə etməyib.

Günlərin birində Sifrdə ağıl zəifliyi kimi bir şey aşkar edilib. O oxumağa və tvist rəqsi etməyə başlayıb. Amma sonra qeyri-adi hərəkətlər keçib. Sifr daim radio rabitəsi vasitəsi ilə köməkçiləri ilə əlaqə saxlayıb. Onu buz əsirliyindən sentyabrın 14-də”azad ediblər”, lakin Sifr hesab edib ki, həmin gün 20 avqustdur. Sifrin beyni vaxt hissiyyatını itirsə də, onun orqanizmi 24 saatlıq dövr üzrə gündəlik yuxu və oyanma rejiminə tabe olub.

Heyvanları uzaqdan idarəetmə.
Yel Universitetinin fiziologiya professoru Xose Delqado, necə deyərlər, "stimosiver”- pasientin ruhi durumunu idarə etmək üçün onun başına implantasiya edilə bilən kiçik çip kəşf edib. Ancaq alim eksperimentləri insanlarla keçirməzdən əvvəl, öz kəşfini heyvanlar üzərində sınaqdan keçirmək qərarına gəlib. O, implantat vasitəsilə pişik və meymunları müəyyən hərəkətləri yerinə yetirməyə- məsələn, oynamaq, yatmaq, cütləşmək və dalaşmağa məcbur edib.

Delqado sonra çipləri İspaniyada korrida yarışlarında iştirak etmiş bir neçə öküzə implantasiya edib. O, implantatlarla idarə edərək heyvanları ayaqlarını qaldırmağa, başların döndərməyə, həmçinin dövrə vurmağa və böyürməyə məcbur edib. Alim 1965-ci ildə qəzəbli xasiyyəti ilə məşhur olan Lüçero ləqəbli döyüş öküzü ilə arenaya çıxaraq hamının qabağında öz uğurunu nümayiş etdirib. Acıqlanmış öküz tədqiqatçıya hücum etmək istəyəndə o, düyməni basıb və heyvan donaraq yerində qalıb, növbəti dəfə düyməni basdıqda isə arena boyunca dövrə vurmağa başlayıb.

Qıza çevrilmiş oğlan
1965-ci ildə Kanadanın Vinnipeq şəhərindən olan səkkizaylıq Brüs Reymeri sünnət ediblər və bu zaman onun cinsiyyət üzvünü zədələyiblər. Körpənin valideynləri məsləhət üçün Baltimordakı (ABŞ) Con Hopkins Universitetindən olan psixoloq Con Maniyə müraciət ediblər və o, uşağın... cinsini dəyişməyi məsləhət görüb. Beləliklə, Brüs Brendaya çevrilib. Eyni zamanda cinsi identifikasiyanın fiziologiya və tərbiyəyə heç bir təsir göstərmədiyini sübut etməyə çalışan Con Mani uşaq üzərində daim müşahidələr aparıb və bu barədə elmi jurnallarda məqalələr dərc edib. "Tam aydındır ki, uşaq özünü fəal kiçik qızcığaz kimi aparır və davranışı onun oğlan əkiz qardaşından kəskin şəkildə fərqlənir”- o yazırdı.
Buna baxmayaraq, doğmaları və müəllimləri məktəbdə Brendada qıza xas olmayan oğlan davranışının cizgilərini qeyd ediblər. Brenda yeniyetmə yaşına çatan vaxt ona hormonlar verməyə başlayıblar. Güman edilirdi ki, qız üzərində onda qadın cinsiyyət üzvlərinin formalaşması üçün yeni cərrahiyyə əməliyyatı keçirəcəklər. Amma Brenda bu ideyadan qəti şəkildə imtina edib və psixoloqun yanına getməyi dayandırıb.

Brenda üç dəfə intihara cəhd edərək yenidən oğlan olmaq qərarına gəlib. O, adını dəyişdirərək Devid olub, saçlarını qısa kəsdirib və kişi geyimləri geyinib. 1997-ci ildə kişi cinsiyyət üzvlərinin bərpa olunması üçün Devid üzərində bir sıra cərrahiyyə əməliyyatları keçiriblər. O, sonralar bir qadınla evlənib və öz arvadının üç oğlunu övladlığa götürüb. Ancaq hər şey kədərlə başa çatıb: 2004-cü ildə Brüs-Brenda-Devid arvadından ayrılıb və həyatı ilə vidalaşıb... Buna görə də hətta psixikaya ən xoş niyyətlərlə edilən müdaxilənin nəticəsi barədə əvvəlcədən danışmaq düzgün deyildir.


Şərhlər: 11
Baxılıb: 770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
anormalni eksperment
9 mart 2015 22:31
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
Sitat: Svetoklana
Belə ekspermentlərin aparılması qetiyyen düzgün deyil...

mencede
5 fevral 2015 22:21
# 10
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
ayan97
Qeribede hegigetenee
5 fevral 2015 19:54
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Ayti86
Axirinci frazada yazilana uzuldum. Valideyinler bele bir sehfe nece yol verib?! Bele eksperiment aparmaq olar hec?!
5 fevral 2015 16:50
# 8
~~ `Home is, wherever YOU are my Love `~~
Madina
Lazimsiz bir seylerdir
5 fevral 2015 13:02
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
emis
etim irpelendi
5 fevral 2015 12:29
# 6
Tomris Müslümova
ne qeribedi...
5 fevral 2015 12:24
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
AYKA-ISI
bele weyler hec duzgun deyil
5 fevral 2015 10:47
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Bele ekspermentler aparmasi bele duzgun deyil insanlarin psixologiyasina tesir gosterir
5 fevral 2015 10:31
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Həqiqətən amansızlıqdı ..
5 fevral 2015 10:26
# 2
lili)
dehsetdieee vallah aqilsiz deyirem men
5 fevral 2015 08:36
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz