Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Göndərən: Miss_Oxatan
Şərhlər: 15
Baxılıb: 2629
Səs ver:
Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşıb. Yazının analizi müxtəlif metodlarla aparılsa da, burada qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, əgər şəxs yazarkən qələmi bərk basırsa, deməli, ünsiyyətcil adamdır. Belə insanlar məqsədyönlü, enerjili və zəhmətkeş olurlar. Əgər şəxsə yazdığının mövzusu maraqlıdırsa, o, emosiyaların təsiri altında qələmi bərk sıxaraq və basaraq yazacaq. Qələmi yüngülcə basanlar isə romantik olurlar.

L.Əhmədova qeyd edib ki, xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir: "Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarə edir. O, həm də nikbin ruhlu insandır. Xəttin aşağı istiqamətdə yazılması isə pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədir. "Dalğayabənzər" xətlər isə avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur. Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır".
Xətdə boşluqların solda buraxılması müəllifin ehtiyatlı, hətta xırdaçı olmasını büruzə verir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır. Sahələrin çox geniş olması alicənablığa, pafosa, dəbdəbəyə işarədir.
Psixoloq bildirib ki, xətdə hərflərin ölçüsü də vacibdir. Böyük hərflərlə (3 mm-dən böyük) yazanlar asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan və lider olurlar. Orta ölçülü hərflərlə (təxminən 3 mm) yazanlar daha çoxdur. Belə insanların heç bir gizli işi olmur. Onlar heç nəyi sirr saxlaya bilmirlər. Hər şeylə bölüşməyə ehtiyac duyurlar. Balaca hərflər (2 mm-dən az) - böyük səbrə, ehtiyata, məqsədyönlü insanlara xasdır.
Bütün hərflər birləşibsə, belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər bəzi hərflər birləşməyibsə, şəxsdə obrazlı düşüncə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.
Müsahibimizin dediyinə görə, hərflərin azacıq sola meylli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar. Hərflərin sola meylli olması sahibinin öz fikrinin düzgünlüyünə inanmasını, digərlərinin fikirlərinin isə səhv saymasını göstərir.
Psixoloq bildirib ki, hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu, şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir. Hərflərin sağa meylliliyi konkret məqsəd və sabitlikdən danışır. Şaquli hərflər isə fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.
Hərflərini yumru yazanlar yumşaq xasiyyətli olur, münasibətlərdə güzəştə gedirlər. Onlarla münasibət qurmaq çox asandır. Lakin belə insanlar qarşılarına qoyduqları məqsədə çətin çatırlar. İti hərflərlə yazanlar eqoist olurlar. Hərfləri yastı yazanların intellekti aşağı səviyyədə olur. Belə adamlar instinktləri nəzərə alaraq hərəkət edirlər. Hərfləri bir-birindən aralı yazanlarsa reallıqdan uzaq adamlar olur, öz aləmində yaşayırlar. Elə də adamlar olur ki, onlar hərfləri müxtəlif səmtlərdə yazırlar. Müxtəlif səmtlər şəxsin vahid məqsədinin olmamasını göstərir. Belə adamların əhvalı dəyişkən olur və heç nəyi bəyənmirlər.
L.Əhmədova deyir ki, xəttə görə xasiyyəti düzgün müəyyən etmək üçün müəyyən şərtləri gözləmək lazımdır: "Yazı ağ, standart formatda, xətlərsiz kağızda yazılmalıdır. Yazı diyircəkli qələmlə, yaxud da mürəkkəbli basma qələmlə yazılmalıdır. Yazı ən az 15-20 sətrdən ibarət olmalıdır. Yazı rəngli karandaş, flamastr və ya markerlə yazılmamalıdır. Yazının məzmunu vacib deyil. Yazı düz masa üzərində, oturaq vəziyyətdə yazılmalıdır. Yazanı məcburən yazdırmaq olmaz. Yazı yazılan otağın şəraiti də nəzərə alınmalıdır".


Şərhlər: 15
Baxılıb: 2629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nigarhesenli1
men romantikem?seliqeliyem?hele bilmirem baxaram elediyim islere gorum seliqeliyem?baxaram sevgilime ediklerim suprizlere gorum romantikem eliyerem qizlar sonra size he yox deyerem dancing
17 iyun 2015 21:05
# 15
vipbetul
maraqliydi inanmasamda
9 mart 2015 19:13
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ismayilova ulker
Men hec bilmirem amma yazdim baxdim deyasan sag terefe meyilli yaziram. Maraqli xeberdi tesekkurler canisko.
1 fevral 2015 17:28
# 13
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ayka
men her cure yaza bilirem
26 yanvar 2015 23:04
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Nazan
ne bilim men

ne bilim men
26 yanvar 2015 21:15
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
aynur2002
Xettim cox qeseng deyil

Sitat: emis
xettim tez tez deyisir herdefe eyni xetle yaza bilmirem

Men de de eledi
26 yanvar 2015 18:19
# 10
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
emis
xettim tez tez deyisir herdefe eyni xetle yaza bilmirem
26 yanvar 2015 15:48
# 9
Aydan Habili
Maraqli
26 yanvar 2015 13:13
# 8
Gulu-Qezi
inanmirM
26 yanvar 2015 12:42
# 7
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Qlamurr
Çox gözəl xəttim var,sadəcə tələsib-tələsməməyimdən asılı olaraq xəttim dəyişə bilər,ancaq qələmi basaraq,düz xətlə yazıram,demək ki,ünsiyyətciləm,səliqəli,adekvat,imkanlarımdan istifadə etməyi bacaran biriyəm....tşk canım...maraqlı xəbər oldu...
26 yanvar 2015 12:25
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
FISTIK
men qeweng yazirameeee amma herif sefim olur23
26 yanvar 2015 11:59
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Fialka
əgər şəxs yazarkən qələmi bərk basırsa, deməli, ünsiyyətcil adamdır. Belə insanlar məqsədyönlü, enerjili və zəhmətkeş olurlar. Əgər şəxsə yazdığının mövzusu maraqlıdırsa, o, emosiyaların təsiri altında qələmi bərk sıxaraq və basaraq yazacaq.
xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik biridir-dogru qeyd edilib həmişə möhkəm basaraq qələmi yazmışam,xəttimdə düzünə səliqəlidi ancaq istəyəndə dəyişib başqa cürdə yazıram..
26 yanvar 2015 10:48
# 4
BARBI
men xirda ve seliqesiz yaziram hemde 5 cur yaziram telesende basqa cur bos vaxtim olanda basqa cur bu o demekdir menim xasiyyetimm qarisiqdir
26 yanvar 2015 09:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
men qelemi berk basiram hemde seliqeli yaziram
26 yanvar 2015 08:11
# 2
rəmsə
Mən yazanda hərflər sağa meyilli olur,deməkki konkret məqsədli və sabitəm.
26 yanvar 2015 08:06
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz