Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qərar verə bilmirsiniz?
Qərar verə bilmirsiniz?
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 1389
Səs ver:
Belə bir söz var: Hara gedəcəyini bilmirsənsə, getdiyin yolun elə də bir əhəmiyyəti yoxdur. Həyatımızı aldığımız qərarlar müəyyənləşdirir. Düzgün və yerində alınmış qərarlar həyatımızı müsbət yöndə dəyişdirirsə, düzgün qəbul etmədiyimiz qərarlar bizi məyus edir. Lakin bundan daha pisi var - qərarsızlıq. Qərarsızlıq ən pis qərardan belə daha məyus edici bir haldır.
İnsanlar fərqlidir. Bəzilərimiz ən ciddi, mürəkkəb məsələlər barədə qısa zaman ərzində qərar qəbul edə bilsək də, bir çoxlarımız son dərəcə sadə, xırda məsələlər barədə günlərlə, hətta aylarla düşünə bilir. İnsanların bir çoxu gündəlik həyatında ən primitiv mövzularda belə qərarsızlıq göstərir. Məsələn, "bu gün nə geyinim?”, "bu gün nə yeyim?”, "bu gün hansı kitabı oxuyum?” və digər sadə mövzularda qərarsızlıq göstərən insanlarla yəqin ki, rastlaşmısınız.
Qərarsız bir insanla qarşılaşdığınız zaman və ya özünüzdə davamlı olaraq qərarsızlıq hallarını müşahidə etdiyinizdə ANALIZ etməyə çalışın, bu gerçək bir qərarsızlıqdırmı, yoxsa qərarsızlıq adı altında pərdələnən başqa problemlər mövcuddur? Bəzən hər hansı bir işi yerinə yetirmək üzrə olduğumuz zaman tənbəllik, laqeydlik, ərincəklik, məsuliyyətsizlik bizə mane olur, bəziləri bunu qərarsızlıq adlandırır.
 
Qərarsızlıq yaradan səbəblər
Adətən insanlarda qərarsızlıq mənbəyi kimi əsas faktor şəxsiyyətin quruluşu olur. Qeyri-adekvat özünüqiymətləndirmə, xırdaçılıq, hər hansı bir detala uzun müddət ilişib qalmaq, nəyin önəmli, nəyin önəmsiz olduğunu ayıra bilməmək, məsuliyyəti qarşısındakının üzərinə atmaq, yox sözünü deyə bilməmək, bilgisizlik, hər hansı xoş olmayan bir durumla bağlı qərar vermək məcburiyyəti insanda davamlı olaraq qərarsızlığın yaranmasına səbəb olan əsas faktorlardandır.
 
Özgüvən
Aydındır ki, qərarlı bir insan olmaq üçün ilk öncə özgüvəni tam bir insan olmaq vacibdir. Məlumdur ki, özgüvən səviyyəsi yüksək olan insanlar daha asan qərar qəbul etmə bacarığına malikdirlər. Fəqət, bu özgüvən adekvat, sağlam bir özgüvən olmalıdır. Sağlam bir özgüvənə sahib olan insanlar bilgi sahibi olmadıqları bir mövzuyla qarşılaşdıqları zaman başqasıyla məsləhətləşməkdən çəkinmirlər. Həmçinin sağlam bir özgüvənə sahib insanlar aldıqları qərar sonradan mənfi nəticələri doğurduğunda belə asanlıqla yanlış qərar verdiklərini qəbul edir və səhvləri üzərində düşünüb düzgün nəticə çıxartmağı bacarırlar.
Qeyri-adekvat, şişirdilmiş özgüvənə sahib insanlar isə çox asanlıqla və sürətlə qərar qəbul etsələr də bilgi sahibi olmadıqları bir mövzu haqda başqasından məsləhət almağa gərək duymurlar, onlar qəbul etdikləri qərarın ən doğru qərar olduğunu düşünürlər.
 
Utancaqlıq
Çəkingən və utancaq insanların qərarsız olmalarının əsas səbəbi verdikləri qərar üzündən başqalarının gözündə dəyərdən düşəcəklərini və qınanılacağını düşünməkləridir. Qəbul etdikləri qərarın bəyənilməyəcəyini, müzakirə obyektinə çevriləcəyini düşünürlər. Bu tip insanlar üçün verdikləri qərarı açıqlamaq, izah etmək də bir o qədər çətin prosesdir. Bu səbəbdən də hətta öz daxilində qərarlı olsalar belə qərarsız kimi görünməyi tərcih edirlər.   
 
Mükəmməlliyətçilik
Mükəmməlliyətçi insanlar nə edirlərsə etsinlər, hansı qərarı qəbul edirlər etsinlər daim ən mükəmmələ çata bilmədikləri barədə düşüncələr onları narahat edir. Hər işlərində, hətta uğurlarında belə əksik bir detal tapmağa meyillidirlər. Kiçik nüanslar barədə uzun-uzadı düşünməkdən konkret bir qərar verməkdə çətinlik çəkirlər. Ən yaxşısını, ən mükəmməlini etməyə çalışdıqları üçün qərar vermək mövzusunda ləngdirlər.
 
Qorxu
Qərar vermək mövcud variantlar içərisindən birini seçməkdir. Bəzən, yerinə görə risk almaqdır. Bu üzdən bir çox insanı qorxu hissi bürüyür. Səhv addım atmaq, uduzmaq qorxusu olan insanlar daim bu haqda düşünür və konkret bir sonuca varmaqda əziyyət çəkirlər.
 
Məsuliyyətdən qaçmaq
Məsuliyyəti öz üzərinə götürmək istəməyən insanlar verməli olduğu qərarları başqasına yükləyərək bu yükdən azad olmağa çalışırlar.
Diqqətli olun! Əgər davamlı olaraq özünüzdə qərarsızlıq halları müşahidə edirsinizsə, ola bilsin ki, həyatınızda yolunda getməyən bir şeylər var. Qərarsızlığın xroniki hal almasına "Abulia” deyilir. Bu nöqtədən sonra artıq qərarsızlıq sizin yaşam tərzinizə çevriləcək və ən sadə, ən primitiv mövzular qarşısında belə aciz qalacaqsınız.
Yuxarıda sadaladıqlarımızla yanaşı, qərarsızlıq :
Bəzi əməliyyatlardan sonra
İflic və ya beyinə qansızma hallardından sonra
Demans xəstəliyi zamanı
Bəzi beyin zədələnmələri zamanı da yarana bilər.
Bir nüansa da diqqət yetirmək vacibdir. Bəzi ailələrdə valideynlər uşaqlarını əvvəlcə döyür, sonradan isə peşmançılıq hissi keçirdərək onlarla xoş davranır. Bu düzgün bir addım deyil. Bu halda uşaq valideynlərinin davranışlarındakı qərarsızlığı görür və özünə götürür. Uşağınıza qarşı göstərdiyiniz laqeydlik və aşırı ciddilik, sərt sima da onun gələcəkdə qərarsız biri kimi yetişməsinə səbəb ola bilər.
 
İnsanlarda mövcud olan qərarsızlıq hallarını 3 cür qruplaşdırmaq olar:
İki müsbətin qarşıdurması: Eyni anda, eyni şiddətlə istədiyimiz iki variantdan birini seçmək məcburiyyətində qaldığımız zamandır.Məsələn, eyni anda iki paltarı da bəyənmişiksə və ikisini də almaq istəyiriksə, ancaq bunlardan yalnız birinə pulumuz çatırsa.
Müsbət-mənfi qarşıdurması: Bu zaman həm xoşagələn, həm də xoşagəlməyən iki situasiyanı birdən yaşayırsınız. Məsələn, ailə qurmaq ərəfəsində evliliyin gətirəcəyi məsuliyyətdən qorxmaq və ya şirniyyat yemək istəyən birinin kökəlməkdən qorxması buna misal ola bilər.
Mənfi-mənfi qarşıdurması: Eyni anda iki istəmədiyimiz variantdan birini seçmək məcburiyyətində qaldığımız vəziyyətdir. Məsələn, dərsə getmək istəməyən və eyni zamanda evdə də oturmaq istəməyən şagirdin vəziyyəti.
Sosial psixoloqlar davamlı olaraq qərarsızlıq yaşayan insanlara aşağıdakıları tövsiyə edirlər:
Araşdırın: qərar verməli olduğunuz mövzuda nə qədər bilgi toplasanız, bir o qədər də asan qərar verərsiniz.
Mövzuları ayırd edin: Hansı mövzuda qısa zaman ərzində qərar verməli olduğunuzu, hansılarda isə daha çox zamana malik olduğunuzu dəqiqləşdirin.
Uzaqgörən olmağa çalışın: Verəcəyiniz qərarların nəticələrini az da olsa müəyyən etməyə çalışın.
Narahatçılıq keçirməyin: Hər hansı bir qərar qəbulu zamanı narahatçılıq keçirmək normaldır, ancaq bunu çox şişirtməməyə çalışın.
Paylaşın: Beyninizi məşğul edən mövzu barədə güvəndiyiniz birinə danışın.
Mütəxəssisdən soruşun: qərarsız qaldığınız mövzu barəsində bilən birindən məsləhət almaq ən effektiv üsuldur.
Qətiyyətli olun: Qəbul etdiyiniz qərara hər nə olursa olsun əməl etməyə çalışın. Bu insanın özünə hörmət etdiyinin göstəricisidir.
 
Kənaraçıxma: Beynimizdə dopamine adlı bir maddə var. Qərarlılığımız və qərarsızlığımızın müəyyən dərəcədə bu maddədən asılı olduğu son eksperimentlər nəticəsində bəlli oldu. Kofein, şokolad qəbulu zamanı beyində bu maddənin miqdarı artır. "Sarı mənimçün qırmızıdan daha dəyərlidir” deyə düşünməyimizin səbəbi məhz dopamin maddəsidir. Onun sayəsində fərqli şeylərə baxıb, nəyin bizim üçün daha əhəmiyyətli, nəyin daha az əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilirik. Maraqlıdır ki, qeyd etdiyimiz prosesin əsasında insanın öz əvvəlki, şəxsi təcrübələrinə əsaslanması durur.
 
Aytən Eminova


Şərhlər: 16
Baxılıb: 1389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ozume ozguvenim tamdi sukur ona gored hec bir qerarimdan donmurem ne olursa olsun
9 mart 2015 02:00
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
menimcun cetindi 09
28 yanvar 2015 19:37
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
qerar vererken cetinlik cekmirem ve qerarim deyiwilmez olur
10 yanvar 2015 20:35
# 14
Wappuw
Qerar vermekde bezen cetinlik cekirem
10 yanvar 2015 17:02
# 13
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
uliçka
Heç nəyə qərar verə bilmirəm. özüdə toya yaxındır mebel seçimləri saç düzmü gəlinlik çox qərarsızam çooox
10 yanvar 2015 16:56
# 12
Həyat kino kimidir,ən marağlı anında bitir
my_angel
Men çox qerarsızam qerar vermekde çox çetinlik çekirem
10 yanvar 2015 15:38
# 11
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Barbie Girl
meni kimi qerarsiz insan yer kuresinde yoxdur 27
10 yanvar 2015 15:36
# 10
Kapıldım karanlığa gidiyorum...
Sona varıyorum sanki adım-adım...
Qlamurr
Yaşım az olanda qərarsızlıq vardı,ancaq indi elə yaşımdayam ki,hər vacib məsələdə düzgün qərar verirəm,sonu pis olsada peşmançılıq çəkmirəm,mənimçün nəyin yaxşı,nəyin pis olacağını yalnız mın bilirəm...Qərarlı olmaq birinci şərtdi.....
10 yanvar 2015 12:36
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
demek olarki bunlarin hamsi mende var en coxda qerarsizliq
10 yanvar 2015 12:28
# 8
Little girl
Men de qerarsizam.
10 yanvar 2015 11:16
# 7
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Gunesh
Qerarsizliq yoxdu mende vacib movzularda.. Giyimde ise herden olur... Tşk
10 yanvar 2015 11:11
# 6
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
BARBI
Cox gozel movzuya toxunmusuz qerarsizliq cox pis seydir . Hemise insanmusteqil qerar qebul etmeyi bacarmalidir.Hemise cox qerarli olmusam verdiyim qerarinda arxasinda durmusam sonu pisde yaxsida olsa
10 yanvar 2015 10:50
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Fərqi yoxdu verdiyin qərar necədi əsas o qərarın arxasında dura bilməkdi ki,bunu da hər adam bacarmır:\
10 yanvar 2015 10:13
# 4
Turkan Abbasova
Esas odurki verdiyimiz qerarlar bizi pisyollara ser islere suruklemesin.geyimdi kitabdi sac duzumudu bunlar xirda seylerdi rebbim bizi heyatimizi deyisecek sehv qerarlardan qorusun
10 yanvar 2015 09:03
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Luna-90
Ola biler
10 yanvar 2015 08:42
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
AYKA-ISI
maraqli movzuydu ble hallar mendede cox olur

maraqli movzuydu bele hallar mendede cox olur
10 yanvar 2015 08:25
# 1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz