Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tükənmişlik sindromu niyə yaranır?
Tükənmişlik sindromu niyə yaranır?
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 1375
Səs ver:
Tükənmisən, artıq davam edə bilmirsən? Bu haldan necə qurtulmalı?
Bir fikri 10 dəqiqədən çox analiz ediriksə, deməli, problem var.

Elə olur ki, insan son nöqtəyə çatdığını hiss edir, tükənir. Nəsə eləmək, yerindən qalxmaq belə istəmir. Özünü məcbur etdikdə, çox şeyi itirəcəyinin fərqinə vardıqca belə, durğunluq və onu halsız edən məyusluqdan qurtula bilmir. "Tükənmişəm, artıq yorulmuşam” deyir. Bəs çıxış yolu varmı?

Mütəxəssislərin fikrincə, bu hala dırnaqarası baxmaq, "keçib gedər demək” düzgün deyil. Tükənmişlik sindromu arxasınca xəstəlik, şəxsi və işgüzar həyatda itkilər gətirir. Ona görə ki, insanın normal olmağa, problemləri həll etməyə, fəaliyyət göstərməyə belə heyi qalmır.

Tükənmişlik sindromu niyə yaranır?
Regional Psixologiya Mərkəzinin rəhbəri Murad İsayevin sözlərinə görə, tükənmişlik sindromu zamanı insan həyatdan zövq ala bilmir, günlər onun üçün mənasız keçir: "Adətən ağır psixoloji travmalardan sonra özümüzü belə hiss edirik. Tükənmək mübarizə aparmaqdan yorulmaqdır. İnsan nə üçünsə çapalayır, əziyyət çəkir, amma səylərinin yaxşı nəticə vermədiyini görəndə depressiv vəziyyətə düşür”.

M.İsayev bildirib ki, problemi vaxtında həll etmədikdə beyində qalır və müəyyən müddət keçəndən sonra fəsadlar verir: "Bu səbəbdən də "Zamana burax, hər şey düzələcək” demək düzgün deyil. İnsan daim yarımçıq qalan məsələni düşünür. Onda nevroz və psixi xəstəliklər formalaşmağa başlayır. Hal-hazırda cəmiyyətdə nevrozlu insanlar var. Nevroz beyində gedən proseslərin bədəndə sinir sistemindəki çıxışıdır. Nevrozun nəticəsi kimi insanda hətta ürək tutmaları, baş ağrıları, əlin, qolun tutulması da müşahidə oluna bilər. Lakin nevroza səbəb olan yarımçıq qalan məsələnin üstünə vaxtında düşsəydi, problemi həll edəcək və rahat olacaqdı”.

Bakı əhalisi çox olan şəhərdir. Burada, təbii ki, nəqliyyatda, ictimai yerlərdə insanlar bir-biri ilə kobud rəftar edirlər. Bunların da hamısı damcı-damcı toplanır, aqressiya, şiddətə meyl yaradır. Aqressiya da yaxın insanlara, ailə üzvlərinə yönəlir və ailədaxili konfliktlərə səbəb olur. Stəkana axırıncı daş düşür və daşır. Daşmasına qədər onu boşaltmaq lazımdır. Mütləq daxili enerjini boşaltmaq lazımdır. Ona görə tükənmişlik sindromuna girməzdən əvvəl hər gün insan fikirlərinə nəzər salmalıdır. Əgər bir fikri beynimizdə gün ərzində 10 dəqiqədən çox analiz ediriksə, deməli, ortada problem var.

Fikir insanı məhv edir
Tükənmişlik sindromu zamanı insan hiss edir ki, həqiqətən də gücü çatmır. Beyni yorulub. Eyni problemi o qədər təhlil edib düşünüb ki, artıq həlli yollarını tapmır.

Psixoloq deyir ki, insana zülm edən travmatik fikir varsa, vaxtında kökünü tapıb çıxartmalıdır. Əks halda o böyüyəcək və beyində şaxələnməyə başlayacaq. Zaman keçdikcə şaxələr artacaq. Bunu bir hava şarı kimi təsəvvür edin. Hava şarına hava verdikcə böyüyür. İçi boşdur, amma həcmi artır. Həcm genişlənir və beyinə artıq başqa heç bir şey düşünməyə imkan vermir. Hava şarı tamamilə beyni tutur. İnsanı xroniki yorğunluğa, motivasiyasızlığa da salır.

Tükənmişlik sindromu ilə mübarizə aparmaq üçün birinci növbədə iradə lazımdır. İradə sayəsində fikirlərə nəzarət etmək mümkündür. Fikirləri idarə etməyin ən gözəl yolu bədəni aktiv saxlamaqdır. Əgər bir insanın bədəni fiziki aktivdirsə, özünü fikir çəkməklə az yorur. Söhbət qab-qaşıq yumaq, işə getməkdən getmir. İnsan gün ərzində heç, olmasa, bir saat təmiz havada gəzməli, yarım saat qaçmalı, həftədə iki-üç dəfə idman etməli, aerobika və ya trenajor zalına getməlidir. Əks halda onda neqativ kütləvi enerji yığılacaq. O neqativ kütləvi enerji də bir müddətdən sonra çıxmaq istəyəcək. Neqativ enerjinin çıxmaq üçün ən gözəl yolu fikirdir. Çünki enerjini ya bədən yandırmalıdır, ya da ki beyin. Biz bədənimizi passiv saxladığımıza görə beynimiz yandırır. Beynimizə də bir problem lazımdır. Problem də ki, ətrafda doludur. Problemi fikirləşərək daha da özümüzə qapanmağa başlayırıq. Bir müddət sonra fikri idarə edə bilmir və əsiri oluruq.

Daim həyatdan narazı olanlar da var...
Tükənmişlik sindromu xəstəliklərə aparan bir yoldur. İnsan ani olaraq bu vəziyyətə düşür. Həyatdan bezir və bu hal davam etdikcə hansısa bir xəstəliyə tutulur.

Tükənmişlik sindromu zamanla və ya müalicə olunmaqla keçir. Lakin elə adamlar var ki, əksər hallarda məyus görünürlər, həyat onlara mənasız və rəngsiz gəlir. Hər nə olsa da həyatdan həmişə narazı qalırlar. Belə adamlar psixopatik tipdir. Onlar tez-tez pessimistliyə qapılırlar. Bu cür xasiyyət 18 yaşda formalaşır və ömrün axırına qədər davam edir. Amma həyatdan küskünlük 23-24 yaşda yaranıbsa, bunun səbəbi var. Səbəbi tapıb problemi həll etmək olar.

Həyatdan küskünlük və həssaslıq adətən yeniyetməlik dövründə müşahidə olunur. Tükənmişlik sindromu xanımlarda menopauza (klimaks), kişilərdə isə cinsi fəallığın yaranma dövründə daha çox rast gəlinir. Kişilər bu dövrdə şəxsiyyətlərini təsdiqləyə bilmirlərsa, onlarda natamamlıq kompleksi yaranır. Qadınlarda isə fizioloji probemlər özünü göstərir. Klimaks dövründə estrogen sintezində müəyyən axsamalar baş verdiyi üçün orqanizm həssas olur. Əsasən 45 yaşdan yuxarı qadınlar bu mərhələni keçirlər. Bu dövrdə qadınlarda tükənmişlik sindromu, ya da əsəbilik müşahidə olunur.

Tükənmişlik sindromu ilə necə mübarizə aparmalı?
Psixologiyada hər zaman deyilir ki, bir problem varsa, onun üstünə get. Tükənmişlik sindromunda insan özünə qapanır və heç nəyə həvəsi olmursa, bunların əksinə getməlidir. Daha çox adam içində olmalı, fiziki aktivliyə özünü məcbur etməlidir. Misal üçün, rəqs etməli, idmana yazılmalıdır. Onda tədricən görəcək ki, yaşamağa həvəs də yaranır. Özünü güclü hiss etməyə başlayacaq, əhvalı da normal olacaq.

Psixoloq izah edir ki, orqanizmdə müəyyən xoşbəxtlik hormonları var ki, ruh düşkünlüyünə qapılanda neqativ fikirlərin təsirindən hormonlar azalır. Amma insan hərəkət etdikcə hormonlar artmağa başlayır.

Qeyd edək ki, tükənmişlik sindromundan qurtulmaq üçün axına qarşı üzmək bacarığı tələb olunur. İstəmədikdə, bezdikdə belə gərək davam edəsən, özünü məcbur edəsən. Bu sindrom insanı tədricən öldürən zəhərə bənzəyir. Zəhərin zərərsizləşdirilməsi isə yalnız sizin özünüzə qarşı çıxa bilməyinizdir. "Bezmişəm və istəmirəm” fikirləriniz "Buna baxmayaraq etməliyəm”lə əvəz olunmalıdır.


Şərhlər: 18
Baxılıb: 1375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
uzaq olsun heyatdan tecrid olmaqdi
9 mart 2015 02:23
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
dehset bizden uzaq olsun
28 yanvar 2015 19:38
# 17
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Wappuw
Insan ozu- ozunun her weydir
9 yanvar 2015 02:58
# 16
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
talis balasi
Allah uzah etsin
8 yanvar 2015 23:32
# 15
ece uslu
ehhh problem ustden problem gelir doqurdanda artiq tukenmiwem
ne vaxt qurtaracaq bu problemlerrrrrrrrrrrrrrrr............
8 yanvar 2015 22:56
# 14
My sun
Ehhhh bu heyatda hec kim hec kime hecne etmir,ne edirikse ozumuz ozumuze edirik.Bow-bow duwuncelerle,xeyallarla arzularla oz beynimizi yeyirik.
8 yanvar 2015 20:11
# 13
Bağışla gözlərim,mən sevdim sən ağladın.
lili)
birde deyimki reks etmekle idmanla deyil problem nedirse misal evde nese narahatciliq varsa onu hell etmekle duzelir sonrada cix gez alis veris etmekle duzelendi bir az vaxt lazimdi
8 yanvar 2015 11:30
# 12
Fialka
Olur hərdən ama qeyd edildiyi kimi axına qarşı üzürəm ,bezmişəm demirəm olanla razılaşıram..
8 yanvar 2015 11:13
# 11
Gulu-Qezi
mende beleyem(((
8 yanvar 2015 10:36
# 10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
emis
Sitat: Humka1
Men de bu veziyyetde idim.Cox sag olun.

mende tesekkurler ozumuz ozumuze komey olmaliyiq

Sitat: Humka1
Men de bu veziyyetde idim.Cox sag olun.

mende tesekkurler ozumuz ozumuze komey olmaliyiq
8 yanvar 2015 10:23
# 9
AYKA-ISI
Sitat: arzum-aysum
Ufffff mende de var deyesen. 18 Ozumu o qeder yorgun hiss edirem. Dincelmeye gezmeye , ureyim isteyen qeder yatmaga cox ehtiyacim var. En esasi icimi didib parcalayan bezi subheleri, fikirleri beynimden atmaga. Heqiqeten tukenmisem artiq
ozum de hiss edirem ki bezi noqtede nevrozam off bezi noqtede psix kzgn

baci mende aynen boyleyim ne edeceyimi bilmirem
8 yanvar 2015 10:08
# 8
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
xeyalperest
Herden olur dersderden bezirem ureyim sixilir.ders etmek istirem ama elebil kimse qoymur etmeye nem twk
8 yanvar 2015 09:31
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
efsane..
demek olar ki dusmemisem hemise pis fikirleri beynimden atiram bacardigim qeder de etrafimdakilara bunu meslehet bilirem
8 yanvar 2015 09:07
# 6
arzum-aysum
Ufffff mende de var deyesen. 18 Ozumu o qeder yorgun hiss edirem. Dincelmeye gezmeye , ureyim isteyen qeder yatmaga cox ehtiyacim var. En esasi icimi didib parcalayan bezi subheleri, fikirleri beynimden atmaga. Heqiqeten tukenmisem artiq
ozum de hiss edirem ki bezi noqtede nevrozam off bezi noqtede psix kzgn
8 yanvar 2015 09:00
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Bu ele problemdir ki insanlar intihar da edirler bele zamanlarda hec vaxt tek qalmaq olmaz
8 yanvar 2015 08:40
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
10 il bundan evvel mende yasamisam tukenmislik sendromu ozum ozume komek olmusam doqurdanda insan ozune komek etmese hec kes ede bilmez
8 yanvar 2015 08:17
# 3
Miss_Oxatan
men bu sindromu hardasa oxuyanda,ewidende,Meyrem Uzerli duwur yadima nese)))Allah uzaq elesin,demekki,ciddi prablemdir.insan ozu ohdesinden gelmirse mutexessise muraciet etmelidir.yada ki,ozu ohdesinden gelmelidir,bunun ucun idman etmek,xususi eylenceli kurslar,wen ve optimist ehate dairesi lazimmiw.men bu sindromda olmuwam ne yalan deyim,ohdesinden de ozum gelmiwem.men umumiyyetle,ozum ozumu obnavit ede bilirem))))olmadi yeniden,olmadi yeniden))))heleki kendim kendimi yeniliyirem,ta harda qirilar qirilar da,heleki tormuz tutur)))
8 yanvar 2015 08:13
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Little girl
Men de bu veziyyetde idim.Cox sag olun.
8 yanvar 2015 08:10
# 1
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz