Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Homoseksualizm və lesbiyankalıq nədən yaranır?
Homoseksualizm və lesbiyankalıq nədən yaranır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2540
Səs ver:
 Kütləvi informasiya vastələrində, şou biznesdə olan eynicinsli münasibətlərin təlqin olunması da eynicinsli əlaqələrə rəvac verir

Homoseksualizmin kökləri hələ psixoloq Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olub. Onun nəzəriyyəsinə görə homoseksualizmin yaranma səbəbi ailədən gəlir, əgər ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər.

Qadın homoseksualizmi isə  təbiətdə baş verməyən haldır və  yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da  bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər. Yəni psixi sfera artıq öz işini görərək baş verenləri şüuraltına ötürmüş olur. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olub ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş verib. Onun üçun bu dəhşətli travma olub və nəticədə psixi sfera bu hadisənin tam aradan qaldırıb. Belə faciəvi təcrübə, qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarıb, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilir.
Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas və təcrubi tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm: müasir pediatrlar son yarım əsrdə aparılan  statistik təhlillərə əsaslanaraq nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya su çiçəyi xəstəliyinə yoluxarsa, onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür. Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi hormonu olan testestoronun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır.
Öz cinsinə maraq hələ uşaqlıqda özünü biruzə verə bilər. Öz həmcinslərinə meyillilik  erkən - uşaqlıqda  başlayarsa, seksopatoloqlar bunu erkən və ya "nüvə” homoseksualizmi  adlandırır. Bu zaman 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında  yalnız oğlanlar olur. İllər kecdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə çox az zamanda bilərəkdən  səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü  isə  gec yaranan  və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini  ancaq 25- 35 yaşa qədər olan qadınlar cəlb edir. Yetkin yaşda cinsi orientasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansisa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orientasiyaya həm də erkən yaşda olarkən  baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər.

Uşağın tərbiyəsi zamanı valideynlərin diqqət edəcəyi və yol verilməz məqamlar nədən ibarətdir?
İlk növbədə son dövrlər aktual olan uşağın unikallığı faktorundan qacmaq lazımdır. Yəni bir çox analar  uşağın bu və ya hansısa istedadını aşkarlayanda onu başqalarından daha fərqlı, daha üstun olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Beləliklə, analar ilk növbədə öz uşaqlarının ətraf mühitini  dəyişməyə çalışıb, onların əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar. Çünki onlarıın fikrincə, böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə  belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində  çox zaman uğursuz  nəticələrə gətirib çıxarır. Ona görədə uşağınızın  necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın.
Əsas diqqətinizi ailədə olan  sevgiyə verin. Bu ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan  sevgini görub, hiss etsin. Beləliklə, övladınızın qız və ya oğlan olmasından, istedadlı  və ya istedadsız olmasından aslı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun biruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu əsasən  bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri ənənəvi  seksual hisslərin yaranmasına bilavastə təsir edir.
Məlumdur ki, Ümumdunya Səhiyyə Təşkilatı homoseksualizmı xəstəlik kimi qəbul etmir. Lakın hələ də bəzi tədqiqatçı psixiatrlar hesab edir ki, "nüvəli”, yəni gen mənşəli homoseksualizm cinsi azlıqların  yalnız 3-10 faizini təşkil edir. Geridə qalan böyük faizi isə sosial və tərbiyə pozğunluğundan yaranan problemlər səbəbindən əmələ gəlir. Bir çox valdeyinlər üçün uşaqlarının qeyri-ənənəvi cinsi oreintasiyaya məxsus olmaları haqqında xəbər dəhşətli zərbə olur və məsələnin kökünü, müalicəsini axtarmaq üçün onlar müxtəlif yollara əl atırlar. Çox təəsüff ki, belə axtarışlar çox vaxt  uğursuzluqla nəticələnir. Beləki valdeyinlərin ilk üz tutduğu kütləvi informasiya vasitələrindəki məlumatlar kifayət qədər dəqiq və həqiqətə uyğun olmur. Eyni zamanda müasir dövürdə  artıq homoseksuallığın genetik əsaslara dayanan  norma olması faktı da geniş vüsət alır. Yəni artıq bir çox inkişaf etmiş dövlətlərdə  belə xüsusiyətləri özündə daşıyan şəxslərin özlərini əskik hiss etmələrinə qarşı çıxaraq onların homoseksuallığı rahat qəbul etmələrini və bununla qürur duymalarını təlqin edirlər. Beləliklə "dərdli homoseksualı” homoseksuallıq və ya transseksuallıq bəlasından xilas etmək əvəzinə, ona  homofobiadan( homoseksualizmə neqativ yanaşma) əziyyət çəkməmək üçün psixiatr axtarışına başlayırlar. Yeri gəlmişkən, "nüvəli” (genetik) xüsusiyyətləri daşıyan homoseksuallar heç vaxt homofobiadan əziyyət çəkmir.
Onda belə bir sual ortaya çıxır - Nəyin nticəsində oğlan uşaqlarında  öz cinslərinə maraq oyanır? Genetik cəhətdən belə xüsusiyətləri daşımayan fərdlərdə bunun aşağıdakı səbəbləri ola bilər:

     - İlk seksual təcrübə - zorlama faktı;
    - Ailədə uşaqların cinsinə görə ayrı-seçkiliyə məruz qalması;
    - Cinsi əlqə ilə bağlı olan psixoloji travmalar. Məsələn, uşağın anasının başqa kişilərlə cinsi əlaqədə olmasını görməsi. Uşaqlar çox zaman belə hallarda bu faktı özlərinə qarşı zor kimi qəbul edərək qurban roluna girirlər;
    - Eyni cinsli seksual səhnələrlə bol olan pornoqrafik filmlərə böyük marağın olması. Əsasən də əgər uşaq belə səhnələrlə ilk dəfə tanış olarsa;
    - Ailədə sevilməyən və daima gülüş, kritika  mənbəyi olan uşaqlar;
    - Çox qorxaq, özündən tərəddüdlü uşaqlar, bu da zorakılığa meyilli şəxslərdə belə uşaqlara qarşı maraq oyadır;
    - Anası tərəfindən həddindən ziyadə qayğı ilə böyüyən yeganə oğlan və ya atası tərəfindən sevilməyən uşaqlarda;
    - Anası təərfindən qız kimi böyüdülən oğlanlarda. Əksər hallarda belə analar ancaq bacıların əhatəsində böyümüş və başqa tərbiyyə metodu görməmiş qadınlardan olur. Yəni, məni belə böyüdüblər, mən də belə tərbiyə verecəm prinsipi;
    - Öz nadir gözəlliyi və incəliyi ilə pedofilləri və homoseksualları cəlb eden  oğlan uşaqları;
    - Aşağı intellekt səviyyəsinə və ya xarici görünüşündə hər hansı qüsurları olan oğlan uşaqları;
    - Kütləvi informasiya vastələrində, şou biznesdə olan eynicinsli münasibətlərin təlqin olunması.

 Əlbəttə ki, hər zorlanmış oğlan  homoseksual olmur və ya hər özünə güvənməyən, zəif uşaq pedofilin qurbanı olmur. Lakin düzgün olmayan tərbiyənin, sosial problemlərin rolunu uşaqlada qeyri- ənənəvi seksual orientasiyaya marağın yaranmasında  danmaq olmaz. Uşaq üçün kiçik bir psixi travma artıq onlarda homoseksuaların cərgəsinə qoşulmaq həvəsini yarada bilər. Əsasən də bu seksual  zorakiliq faktı ola bilər ki, bir çox hallarda qorxmuş uşaqlar zorlama faktı barədə susmağa üstünlük verirlər. Əgər siz uşağınızda qəfildən dəyişiklik baş verərsə, çox  ağladığını, hər şeyi gizlətməyə çalışmağını hiss edərsəniz  daha diqqətli olun ki, vaxtında ona  kömək edə biləsiniz.
Marqlı fakdır ki, Qərb dövlətlərinin seksopatoloqlarının hesablamalarına görə ancaq 4 faiz kişilər bütün ömrü boyu homoseksual olaraq qalır, 25 faiz kişilər nə vaxtsa təsadüfi və gizli homoseksual hisslər yaşayır, 37 faiz kişilər nə vaxtsa homoseksual əhval-ruhiyədə olurlar.

Tarixə nəzər salsaq  görərik ki, homoseksualizm sosial hadisə kimi hələ qədim dövrlərdən mövcud olub. Qədim Romada və o dövrün şərq ölkələrində  homoseksualizm ciddi şəkildə tənqid olunsa da, Qədim Yunanıstanda homoseksualizm müqəddəslik  dərəcəsində sayılırdı. Spartada isə o təhsil sisteminin hissəsi sayılırdı.

Onları necə ayırd etmək olar?
Belə bir fikir mövcuddur ki, homoseksuallar qadınabənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də  var ki, onların  belə meyillərinin olması şübhə doğurmaz. Lakin əgər onları "normal kişilərlə” müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görnüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar.

Harda?
Homoseksualların böyük faizi yaradıcı sahələrə meyl göstərir.Amma bu demək deyil ki, homoseksuallara bir çox adminstartiv, iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə belə peşələrdə işləmək onlara nisbətən çətin olur. Onlara daha yaxın və komfortlu  peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir.

Həkim psixiatr D.İ.Rzayev


Şərhlər:
Baxılıb: 2540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz