Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın kişi münasibətlərində EMPATİYA hissi - Bunu bilməyiniz vacibdir
Qadın kişi münasibətlərində EMPATİYA hissi - Bunu bilməyiniz vacibdir
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1705
Səs ver:
Son zamanlar dünyada baş verən dəyişikliklər, texnikanın sürətlə inkişafı informasiya bolluğu insanların sosium daxilində bir-birlərini anlamasında çətinlik törədir. Qeyd etmək istərdik ki, yalnız empatiyanın formalaşması, lazımi səviyyədə mövcudluğu bu cür situasiyalarda insanlara yardımçı olur. Empatiya insanın başqasının hiss və həyacanına keçirtdiyi hisslərə emosional cavabdır. Empatiya müxtəlif formalarda təzahür edir. Xüsusilə başqasının dərdinə, hiss və həyacanına şərik olmaq, şəvqət göstərmək, halına acımaq, keçirdiyi hissləri başa düşmək kimi təzahür edir. Empatiya halında olmaq emosional məna çalarlarını qoruyaraq başqasının daxili aləmini qəbul etməkdir. Elə bil ki, sən başqası olursan. Bu halda başqa insanın sevincini, kədərini, ağrı acısını, onları necə yaşadığını daha dərindən qavrayırsan. Mütləq " elə bil ki” çalarını qorumaq şərti ilə. Elə bil ki, sən sevinirsən, sən kədərlənirsən. Əgər "elə bil ki "hissiyatı itərsə o zaman identifikasiya halı baş verər. Empatiya özümüzü qarşımızdakı bir və ya bir neçə insanın yerinə, mövqeyinə qoyub, onların keçirdikləri hisslərə və düşündükləri fikirlərə yaxınlaşmaq və özümüzlə müqayisə etməkdir. Empatiya sözü yunan dilindəki (empateya) "fiziki asılılıq”, "meyl " sözündəndir. Bu da (en) "içində " (patos) hissiyyat sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilində Einfuhlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir . Empatiyanın əksi aleksitimiyadır.

Empatiya həmçinin mimiki reaksiyaların, davranışların və jestlərin köməyi ilə başqasının emosional durumunu anlamaq bacarığıdır. Empatiyanın da həddi var. Artıq dərəcədə empatiya cəmiyyətdə, dünyada balansı poza və insanlar arasında çox daha fərqli vəziyyətlər yarada bilər.

Tarixən qadın və kişi şəxsiyyət keyfiyyətlərinin fərqləndirilməsi əsasında formalaşmış gender münasibətləri modeli gender streotiplərinin meydana çıxmasına səbəb olmuşdur. Platonun əsərlərində qadınların kişilərdən fərqləndirilməsi aşağıdakı kimi müəyyənləşdirilmişdir. "Öz təbiətinə görə həm qadın, həm də kişi istənilən işdə iştirak edə bilər, lakin qadınlar hər cəhətdən kişilərdən zəifdilər. Aristotelin təsvirlərində güc, aktivlik, hərəkət kişi təbiətindən törəyirdi. Qadın isə passivlik əks etdirirdi. Hippokrat bu doktrinanı dəstəkləyərək zəif (qadın) və güclü (kişi) mənbələri ayırırdı. Hegel də hesab edirdi ki, iki cins müxtəlif olmalıdır. Biri aktiv digəri passiv. Onun fikrincə passivlik qadınların payına düşür. Gender psixologiyası insanların cinsi mədəniyyətindən asılı olaraq sosial davranışını determinə edən gender identikliyinin xarakteristikasını öyrənən psixologiya sahəsidir. Bu sahədəki tədqiqatlarda əsas diqqət kişi və qadın cinsinə mənsub insanların şəxsiyyət keyfiyyətinin müqayisəli tədqiqinə yönəldilir. Gender rolları önəmli davranış modelləri olduğundan bu modelin güclü qatları qadın psixologiyasının problemləri ilə şərtlənir. Bu problemin çevrəsində empatiya diqqəti xüsusilə cəlb edir. Qadın kişi münasibətlərində də empatiyanın rolu çox vacibdir. Qadınlar və kişilər arasındakı dünyanı dərketmə və hadisələrə yanaşma tərzi fərqlidir. Bu fərqin də kökündə onların beyinlərinin sağ və sol yarımkürələrinin qarşılıqlı əlaqəsi durur. Psixoloji təcrübələrlə də sübut olunmuşdur ki, qadınlar beyinlərində daha çox seçim yaradırlar. Kişilər ya hə, ya da yox deyə yanaşırlar. Odur ki, empatiya və qarşılıqlı ünsiyyət sayəsində qadın -kişi münasibətlərində də sağlamlıq təmin oluna bilər. Bu heç də bütün problemlərin həlli demək deyil. Çünkü bəzi insanların münasibətlərində dəyişiklik yaratmaq üçün gərək onların genləri dəyişdirilsin.

Görəsən həqiqətənmi də qadınlar kişilərdən daha empatikdirlər? Bəzi müəlliflər bunun sosial normalardan qaynaqlandığını ehtimal edirlər. Empatiyanı və başqalarının emosional vəziyyətini daha dərin anlamanı ən çox kimdən gözləyirik – qadınlardan yoxsa kişilərdən ? Əksəriyyət insanlar tamamilə əminliklə qadınların kişilərə nisbətən daha empatik olmalarını söyləyirlər. Bir çox tədqiqatçılar isə bu fikirlə razılaşmırlar.

Ümumiyyətlə, kişilər empatik təsir bağışlamaq istəmirlər. Çünki bu onların gender rollarına uyğun deyil. Qayğı, nəvaziş, kiminsə halına acımaq, dərdə şərik olmaq qadınların gender rollarına daxildir. Həmçinin kişilər də qadınlar kimi başqalarının hisslərinə həmrəy ola bilir və daxilən mütəəssir ola bilir. Lakin onlar çalışır ki, ətrafdakılar bunu hiss etməsinlər. Çünki kişilər genderdə onlara ayrılan ənənəvi rollara qarşı çıxmağı özlərinə yaraşdırmırlar. Fikrimizcə kişilərin qadınlara nisbətən daha az empatik olmaları təəccüblü deyil. İlk növbədə sosiallaşma təcrübəsi kişilərdə öz hisslərini dəf etmək qabiliyyətini inkişaf etdirir. Kişi və qadınlarda empatik hisslərin formalaşmasının kökü hələ uşaq ikən böyüyüb boya başa çatdığı ailə mühitində formalaşır. Qızlar üçün olan ənənəvi oyuncaqları müzakirə etmiş olsaq görərik ki, qız oyuncaqları (məsələn: gəlincik, ilk tibbi yardım çantası, mətbəx üçün qab-qacaq dəsti və s. empatiya ekspressiyasını aşılayır. Oğlan oyuncaqları (maşın, robot, əsgərlər, müxtəlif silahlar) isə əksinə bu hissləri inkişaf etdirmir. Artıq uşaq ikən oğlanlara mübarizələrə, yarışlara qatılmaq, qarşıya çıxan maneəni qol gücünə olsa belə dəf edib məqsədə irəliləmək kimi keyfiyyətlər aşılanılır. Bundan əlavə daha bir faktor bundan ibarətdir ki, oğlanlar hər zaman elə vəziyyətlərlə üzləşirlər ki, onlar qüvvələrini, hakimiyyətlərini, müstəqilliklərini sübut etməli olurlar. Bu kimi keyfiyyətlər də empatiya hissləri ilə uzlaşa bilməz. Blok bir qrup oğlan və qızların inkişafında 40 il ərzində müşahidə aparmışdır. Bu dövr ərzində o aşkar etmişdir ki, valideynlər qız və oğlan övladlarının tərbiyə edilməsi zamanı çox fərqli davranırlar. Əksər hallarda qız övladlarını tərbiyə edərkən ona ətrafdakılarla yaxşı münasibətdə olmaq, onlara qayğı və nəvaziş göstərmək kimi xüsusiyyətlər tövsiyə edirlər. Oğul tərbiyəsində isə onlar müstəqil, emosiyalarına hakim ola bilən şəxs kimi olmağı daha üstün sayırlar. Bəlkə də kişilər buna görə də qadınlara nisbətən empatiya sahəsində daha az təcrübəyə malikdirlər. Nəticədə də başqalarının emosional narahatlığına lazımı reaksiya verə bilmirlər.

Tavris də qadın və kişi empatiyasının arasında fərqin gender rolları ilə əlaqədar olmasını bu şəkildə əsaslandırır. Uşağa baxmaq kimi qadın məşğuliyyətləri onlarda empatik hisslərin olmasını tələb edir. O, tənha qalmış kişilərin həyatının müşahidəsini nümunə gətirir. Belə ki, tək qalmış atalar öz uşaqlarının qeydinə qalmaq məcburiyyətindədilər (məsələn: evli olarkən onlar bununla məşğul olmaq istəmirdilər). Məsələn: belə kişilərdə qayğı və təəssüf hissi aşkar olundu. Amma onlar öncədən qayğıkeş olduqları üçün deyil, məhz şəraitdən asılı olaraq uşaqlara baxaraq qayğıkeş insana çevrildiklərinə görə balalarına qulluq edirlər. Bu halda deyə bilərik ki, sosial rol empatiya hisslərini oyadır. Hərçənd ki, bu növ sosial rol əksər hallarda yalnız qadınlara məxsusdur.

Bu gün cəmiyyətimizdə baş verənləri müşahidə etdikdə diqqətlə izlədikdə bu problemin, yəni empatiyanınn aşağı səviyyədə olduğunu çox aydın görürük. Əsas o faktorlardan biri isə gənc nəsillə köhnə nəslin arasında olan anlaşılmazlıqlardı. Nəsillərarası münasibətlərdə empatiyanın rolu çox böyükdür. Cinslərarası, sağlam insanlarla sağlam olmayan insanlar arasındakı, sosial təbəqələrarası empatiya və s. Siyahını uzatmaq olar.Empatiyanın əsas şərti isə bizim bir birimizi maksimum dərəcədə obyektivlik çərçivəsində dinləməyimiz və fikrimizi çatdırmağımızdır. Yəni empatiya prosesinin sağlam formada reallaşması üçün bizim ünsiyyət qurmaq bacarıqlarımız doğru olmalıdır. Digər önəmli məqam isə stereotiplərdir. Stereotiplərdən azad olub dünyaya maskimum dərəcədə obyektiv prizmadan baxdıqda empatiya avtomatik refleks olaraq gerçəkləşir. Bu həmişə mümkündürmü? Xeyr əlbəttə. Buna baxmayaraq yenə də insan buna əlindən gəldiyi qədər can atmalıdır.

Gender psixologiyasında perspektiv tədqiqatlar kimi kişi və qadınların psixoloji xarakteristikaları və davranış xüsusiyyətindəki fərqlərin axtarılmasına yönəlmiş tədqiqatlar qəbul olunmalıdır. Gender psixologiyasında empatiya konsepsiyası müasir dövrdə sürətlə inkişaf edən psixologiya elminə daha zəngin tövhə verə biləcək tədqiqatlarla zənginləşməlidir.

Gülər Məmmədova
Psixologiya və Konsulatsiya Mərkəzinin Psixoloqu


Şərhlər:
Baxılıb: 1705
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz