Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəmiyyətimizi tənqidə və sözə qarşı dözümsüz edən səbəblər
Cəmiyyətimizi tənqidə və sözə qarşı dözümsüz edən səbəblər
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1148
Səs ver:
Elnur Rüstəmov: "Əgər bir insanda dünya görüşü geniş olarsa, həmin şəxsin proses və hadisələrə də yanaşma tərzi də müxtəlif olacaq”

İnsanın psixi sağlamlığı vacib amillərdən hesab edilsə də təssüflər olsun ki, Azərbaycan cəmiyyətində psixoloji baxımdan problemli insanların sayı günü-gündən artmaqdadır. Bunun nəticəsidir ki, insanlarımız adi bir sözdən və ya hərəkətdən əsəbləşərək qeyri-adekvat münasibət sərgiləyirlər. Araşdırmalara görə, intihar edən şəxslərin bir çoxu məhz ən kiçik bir hadisə və ona deyilən tənqidə qarşı dözümsüzlük nümayiş etdirərək belə bir addım atırlar.

Bəs cəmiyyətimizi tənqidə və sözə qarşı bu qədər dözümsüz edən səbəb nədir?

Mövzu ilə bağlı AzadXeber.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, son zamanlar tez-tez eşitdiyimiz hadisələrdən biri də insanların boş və mənasız şeylər üstündə intihar etmələridir. Buna misal kimi 2 gün öncə Masallıda toy məclisində "çıtma çalmaq” üstündə özünü intihar edən gənci göstərmək olar:

"Ümumiyyətlə hər bir insanın yaşamış olduğu dəyərlər sistemi var. Həmin dəyərlər insan üçün çox doğma olur. O, sistem bir gün dağılır. Bu halda insan depressiyaya düşür və hər şeydən ümidini kəsir. Nəticədə çıxış yolu axtarır və bunu yanlış olaraq özünə intihar etməkdə görür. Ona görə də, insan birinci növbədə dünya görüşünü genişləndirməlidir. Əgər bir insanda dünya görüşü geniş olarsa, həmin şəxsin proses və hadisələrə də yanaşma tərzi də müxtəlif olacaq. Belə olan halda isə, intihar artıq arxa plana keçəcək”.

Elnur bəy təəssüflə qeyd etdi ki, bir qism insanların konkret bağlandığı məqam və dəyərlər var: "Onlar həyatını tamamilə anasının, sevgisinin və ya hər hansı mülkü obyektinin üzərində quran şəxslərdir. Bu dəyərlər əllərindən çıxan kimi depressiyaya düşür və çıxış yolunu da intiharda görürlər. Bütün bunlar onu göstərir ki, insanı həyata tutan çox şeylər olmalıdır. Həyatlarında rəngarənglik nə qədər çox olarsa, bir o qədər də intihar riski azalar.”

Müsahib əlavə olaraq onu da qeyd etdi ki, bu cür hadisələrin qarşısını almaq üçün müəyyən qədər maarifləndirmə işləri aparılmalıdır: "Düzdür, bu gün maarifləndirmə işləri aparılır. Ancaq bu sistemli şəkildə təşkil edilsəydi daha yaxşı olardı. Bunun üçün, həm uşaq bağçalarında, həm də orta məktəblərdə geniş işlərin görülməsinə ehtiyac var. Bu gün bağçalarda müəyyən qədər fəaliyyət göstərən psixoloqlar var. Amma, fikrimcə ən əsası kadr hazırlığına daha çox diqqət ayırmaq lazımdır. Ən acınacaqlı hal isə, bir çox insanların psixoloqa getməklə bağlı kompleks yaşamasıdır. Düşünürlər ki, birdən mənə dəli deyərlər.”

Psixoloqun sözlərinə görə, bəzən uşağına görə onlara üz tutan valideynlərə diqqət edəndə, övladındakı problemlərin çoxunun məhz valideyndən qaynaqlandığı məlum olur: ”Bir az söhbət etdikdən sonra isə, valideyn özü etiraf edir ki, gərək çoxdan gələrdim. Kiminsə sözünə qınağına qulaq asmazdım. Bu da, insanların təfəkküründə psixoloqun bir dəli həkimi kimi formalaşdığını göstərir. Buna görə düşünürəm ki, uşaq bağçası və orta məktəblərdə psixoloqa və psixoloji dərslərə ehtiyac çoxdur.”


Şərhlər:
Baxılıb: 1148
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz