Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Psixoloq: "Bu yaş dönəmində uşaqları qətiyyən sünnət etdirmək olmaz!"
Psixoloq:
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 3079
Səs ver:
Azərbaycana Narınc Uşaq Psixologiya Mərkəzinin dəvəti ilə gələn klinik psixoloq, cinsi terapiya üzrə uzman mütəxəssis Sibel Dinç Çalışkan yenə də "Müsahibələr" rublikamızın qonağı oldu. Sibel xanımla uşaqların psixologiyası, uşaqlarda cinsi tərbiyə, cinsi maarifləndirmə nədir, bu uşağa kim tərəfindən verilməlidir və .s kimi mövzularda geniş bir söhbətimiz oldu. Dəqiq, anlaşıqlı cavabları və səmimi aurası üçün Sibel xanıma təşəkkür edirik!

- Uşaqlarda "Cinsi tərbiyə" nə deməkdir?
- Uşağın öz cinsiyyətini dərk etməsi, cinsinə uyğun davranması, öz bədənini tanıması, sevməsi, özünə və hər iki cinsdən olan insanlara hörmət edə bilməsi, insanların haqqlarına qarşı həssas olması, ən önəmlisi də cinsəlliklə bağlı olan mövzulardan qorxmaması, çəkinməməsi, bu mövzuda olan suallarını valideynlərinə rahatlıqla verə bilməsidir.

- Bəs cinsi tərbiyə nə üçün lazımdır?
- İlk öncə qeyd etmək istərdim ki, maariflənmək hər zaman cahillikdən daha yaxşıdır. Biz uşaqlarımızın cinsiyyətlə bağlı suallarına cavab, bu mövzularda bilgi vermədiyimi zaman uşaq bunu başqa yollarla öyrənməyə çalışacaq. Ətrafdan müşahidə etməklə, öz bədəni ilə təcrübələr aparmaqla və yaxudda bizim razı olmayacağımız insanlardan öyrənməklə. Məsələn, bu hansısa bir qonşunun uşağı da ola bilər, və ya yolda tanışdığı öz yaşındakı hər hansı biri də. Əlbətdəki bunlarda arzu olunmayan hallardır. Bu məsələnin ata-ana, ya da məktəbin öhdəliyində olmasını tövsiyyə edərdik. Bunun üçün də ilk öncə valideynləri və məktəbi marrifləndirmək lazımdır. Biz cinsəlliklə bağlı lazım olan məlumatları lazım olan şəkildə övladımıza vermədiyimiz təqdirdə, o bu haqda başqa mənbələrədən bilgi əldə etməyə çalışacaq, hansı ki bu məlumatlarda ya yalnış ola bilir, ya da uşaq onu düzgün anlamaya bilir. Bunun nəticəsində də uşaqlarda gələcəkdə böyük narahatlıqlara yol açacaq travmalar formalaşa bilir.

- Uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?
- Əslində biz ata və ana olaraq ilk dəfə uşağımızın cinsiyyətini öyrəndiyimiz andan cinsi tərbiyə başlayır. Biz o andan etibarən beynimizdə qeyri- ixtiyari uşağımızın cinsi rolunu müəyyənləşdirməyə başlayırıq. Məsələn, qızımız olacaqsa çəhrayı tonlarda olan paltarlar, otaq aksessuarları, oğlumuz olacaqsa göy-mavi rənglərdən ibarət paltarlar və aksessuarlar seçirik. Yəni, əgər uşaq qız olacaqsa, çəhrayi geyinəcək, gəlinciklərlə oynayacq, yox əgər oğlan olarsa mavi geyinəcək, topla, maşınla və s oynayacaq kimi. Döl hələ 3 aylıqkən biz, şüuraltı olaraq bu mesajlari veririk övladlarımıza. Uşaq özü də böyüdükcə artıq zehni də inkişaf etməyə başlayır, qadın və kişi deyə iki ayrı cinsiyyətin olduğunun fərqinə varır. Fərqlilikləri hiss edir. Bununla bağlı suallar verir. Və yaxudda öz bədənini tanımaq üçün suallar verir. Bu nöqteyi nəzərdən ilk dəfə 2 yaşından başlayaraq cinsi tərbiyəyə strat veririk. 2-3 yaş bu baxımdan önəmli bir yaşdır.

- Uşağa cinsəlliklə bağlı məlumatlar verərkən nələrə diqət etməliyik. Valideynlər nəyi necə başa salmalıdır uşaqlara?!
- Burada ilk öncə uşağın yaşı çox önəmlidir. 3 yaşında bir uşaqla danışdığımız dillə, 5-8-10 yaşında bir uşaqla danışdığımız dil əlbətdəki fərqli olacaqdır. Uşağımızın yaşına uyğun, anlaya biləcəyi bir dillə, anlaya biləcəyi bir şəkildə açıqlama verməliyik. Uşaqların ilk cinsəl oyunları və ya fərqliliklərin fərqinə varması oyuncaqlara oynarkən yaranır. Odur ki onlarla danışarkən də oyuncaqlar və oyun dilindən istifadə etmək daha məsədəuyğundur. Bu haqda danışarkən dürüst, açıqsözlü, dəqiq və qayğıkeş davranmaq lazımdır. Onu suallarına görə ayıblamaq, qışqırmaq, sərt reaksiya vermək qətiyyən olmaz. Bu onda ciddi psixoloji travmalara yol aça bilər. Ona görə də quracağımız ilk cümlə çox önəmlidir. Məsələn belə bir giriş edə bilərsiniz, mən də sənin yaşında olanda bunlarla maraqlanmışdım, anamdam soruşmuşdum və ya sinfinizdəki digər uşaqlarda yəqin ki bu haqda maraqlanırlar və s. Belə davrandığınız zaman uşaq öz-özündə fikirləşəcək ki, bu yəqin ki normal bir şeydir, yəqin normal, adi bir mövzudur ki anam hirslənmədi, qışqırmadı, mənimlə rahat danışdı. Onun üçün gizli və qaranlıq qalan mövzular və suallar onu daha çox cəzb edir və fikrində ilişib alır. Odur ki, suallarını, maraq dairəsini mümükün olduğu qədər anlayabiləcəyi formada işıqlandırmaq, cavablamaq lazımdır.

- Valideynlərə nə məsləhət bilərdiniz, özlərini necə aparsınlar bu suallar qarşısında?
- Ümumiyyətlə, uşaqla bu mövzuları danışarkən bədən dilimiz, göz kontaktımız da qurduğumuz cümlələr qədər önəmlidir. Məsələn deyək ki, mən normalda danışarkən jestlərdən (el-qol hereketleri) çox istifadə edən biriyəm, ancaq uşaq cinsiyyət haqqında sual verən zaman qolllarımı gərgin bir şəkildə sinəmdə çarpazlaşdırar və gözümü ondan qaçırmağa çalişarsam uşaq fikirləşər ki, anam qəribələşdi demək ki, bu anayla danışılacaq mövzu deyil və yaxud da bu pis mövzudur, ayibdir!

- Uşaqlar cinsiyyətlər arasındakı fərqi nə zaman anlamağa başlayır? Niyə qızların və oğlanların bədənləri bir-birindən fərqlidir? Valideynlər bu fərqliliyi uşağa necə başa salsınlar?
- Uşaqlar təxminən 2-3 yaşlarında öz cinsiyyətlərini dərk etməyə başlayırlar. Əgə evdə qarşı cinsdən bacı-qardaş və ya tez-tez oynadığı balaca qonşu uşağı varsa ( əks cinsdən), bu fərqlilikləri daha tez kəşf edib, anlaya bilirlər. Tək uşaqlarda bu proses daha ləng gedə bilir. Valideynlər hər zaman uyğun bir dillə uşaqlarına bu şesaji verməlidirlər: " Qızlar qız olaraq doğular,qız kimi də böyüyər, oğlanlarda oğlan kimi doğular və oğlan kimi də böyüyər. Sonradan dəyişikliyə uğramazlar ( yəni,qız dönüb oğlan, oğlan dönüb qız olmaz). Çünki uşaqlarda belə bir düşüncə olur ki, bütün uşaqlar oğlan olaraq dünyaya gəlir, bəzilərinin hansısa səbələr,səhvlər üzündən pipisi kəsilir və ya qopub düşür. Əsasən də oğlan uşaqlarında bu fikirlər hədsiz narahatverici səviyyədə ola bilir. Çünki 3-5 yaş,fallik dönəm də oğlan uşaqların ən böyük dərdi pipiləri olur, ona bir şey olacaq deyə dəli olurlar. Ona görə də bu yaş dövründə uşaqları qətiyyən sünnət etdirmək olmaz! Qız uşaqları da mən nə etdim ki, nə günah işlədim ki pipimi kəsdilər, məndə niyə ondan yoxdur, deyə düşünə bilərlər.

- Qız uşaqları ilə anaları, oğlan uşaqları ilə atalarımı danışmalıdır? Və yaxud da hər iki valideyn birlikdəmi danışmalıdır? Uşaq cinsi tərbiyəni kimdən almalıdır?
- Uşaq kimdən soruşursa o da cavab verməlidir! Yuxarıda da qeyd etdiyimiz kimi, bu mövzulara nə qədər təbii yanaşıb, rahat reaksiya versək uşaq da bunu eyni dərəcədə rahat bir şəkildə dərk edər.

- Mən hardan gəldim, necə oldu ki, yarandım? Uşaqlar bu suallarla valideynlərə tez-tez müraciət edirlər və bizim də klassik cavablarımız olur hər zaman – leyləklər kimi. Bəs əslində valideynlər bu sualı necə cavablandırmalıdır?!
- "Uşaqların analarının qarnında özləri üçün ayrılmış bir otağı var. O otaqda uşaq özü yatır, böyüyür, oynayır. Uşağın otağınabir qapı açılır, ana yemək yedikcə bu yeməklər qapıdan keçib uşağın otağına daxil olur. Uşaq da yemək yeyib güclənir, tək başına dünyada yaşayabiləcək qədər böyüdükdə , həkim onu çıxarır " dediyimizdə, bu uşağı daha çox qane edir, nəinki "səni leyləklər gətirdi” demək. Bu yaş dönəmində uşaqlar hələ səbəb-nəticə əlaqəsini dərk edə bilmirlər deyə, bu haqda daha dərin sualalr verməyəcəklər narahat olmayın.

- Bəs uşaq bu barədə heç sual vermirsə necə?
- Ilk öncə uşağı diqqətlə müşahidə etmək lazımdır ki, görəsən bu haqda bilgiləri başqa birindən alırmı, özü kimisə izləyib, müşahidə edirmi?! Uşağın dostlarını, oynadığı uşaqları, evdəki dayəsini və s. nəzarətdə saxlamaq lazımdır. Bunu öyrənməyin ən yaxşı yolu, uşaq oynayarkən, Tv izləyərkən müəyyən suallar verməkdir.Məsələn, TV izləyərkən göstərilən hər hansı səhnə barəsində, sən bunu bilirsənmi, səncə bu niyə belə oldu, kimi suallar verib bilgi səviyyəsini ölçə bilərik. Əgər bilmirsə də, uyğun dillə lazımi açıqlamaları etmək lazımdır. Bu bilgini vermək ona görə önəmlidir ki, uşaq özünü ətrafdakı təhlükələrdən, istənməyən toxunuşlardan, istismardan qoruya bilsin. Uşağa məhrəmiyyət duyğusunu aşılamaq lazımdır. Məsələn, uşaq 1-2 yaşına qədər ana və ya ata ilə hamam tualetə gedə bilər, amma bundan sonra artıq çimərkən şüuraltı olaraq bəzi mesajlar vermək lazımdır. Məsələn, Sən artıq böyümüsən və yaxud da tam çılpaq şəkildə uşağın qarşısında durmamalıyıq, ona məhrəm yerlərini və onu qorumaq gərəkdiyini öyrətmək lazımdır.

- "Uşağım bəzən vücudunun bəlli hissələrinə toxunur, bunu narahat olduğu üçünmü, marağındanmı edir?! Bu vəziyyətdə nə etməliyəm ?" Bu da valideynlərin sıx qarşılaşdığı vəziyyətlərdəndir, bu halda valideyn uşağa necə davranmalıdır?
- İlk öncə uşağın fizioloji və ya bioloji cəhətdən narahatçılığı olub-olmadığını öyrənməliyik. Biz bu şikayətlərlə gələn valideynlərə uşağı öncə həkim müayinəsindən keçirtməyi məsləhət görürük. Çünki, buna sidik yolu infeksiyaları, bağırsaq qurdları, ayaqlar arasında allergik reaksiyalar və ya sünnət olunmamış uşaqlarda qaşıntılar və s. səbəb ola bilir. Əgər heç bir problem yoxdursa, o zaman valideyn diqqət etməlidir uşaq evdə çox diqqətsiz qalmasın, özünü tək başına, yalnız hiss etməsin! Bu yaşda olan uşaqlarda diqqət çox da davamlı olmur, yəni ki, oyuncaqları ilə müəyyən bir müddət başını qatır, daha sonra diqqət görmədikdə, uzun muddət tək qaldıqda öz bədəni ilə oynamağa yönəlir.

Bu yaxınlarda bu şikayətlə bir ana müraciət etmişdi, ona bir günlərini bizə təsvir etmələrini istədik. Ana deyir, " işdən çixib uşağı baxçadan götürüb evə gəlirəm evə gəldikdən sora mən mətbəxə, uşaq da otağına gedir mən yeməyi hazırlayıb süfrəni düzəldib təmizlik isləri görürəm bu arada uşaq hələ də otağında olur, sonra ata evə gəlir yemək yeyirik. Uşaq bir tək yemək üçün otağından çıxır. Sonra biz TV izləyirik, uşaq yenş otağina qaydir. Amma bir şeyi bilmek lazımdır ki, bu qədər uzun müddət uşağın özü ilə tək qalması meslehet deyil. Anaya məsləhət bildik ki, mətbəxdə yemək hazırlayarken uşağı da yanına gətirsin və xırda işlərdə ona kömək etməsinə icazə versin həm onunla vaxt keçirmiş olar, həm də bu müddetde uşağa çox şey öyrədə bilər, eyni zamanda uşaqla söhbət edib gününün necə keçdiyini anlaya bilər. Birdə bu tip davranışlar gördüyünüz zaman qətiyyən uşağı azarlamaq özünü pis, günahakar və dəyərsiz hiss etməsinə yol açacaq sözlər söyləməmək lazımdır. Diqqətini başqa bir şeyə yönəltməklə də qarşısını ala bilərsiniz .

- Qız uşaqlarının oğlan kimi davranmas, oğlan kimi geyinməsinə, yeriməsinə, oğlan uşaqlarının isə əksinə qız paltarlarına, makiyaj ləvazimatlarına maraq göstərməsinə, qız kimi hərəkət etməsinə nə səbəb ola bilər? Uşaqlarda cinsi kimlik hansı kriteriyalarla formalaşır? Homoseksuallıq genetik keçən bir xüsusiyyətdirmi, yoxsa ailə tərbiyəsinin nəticəsidirmi?
- Qeyd edim ki, buna həm genetik, bioloji, həm də tərbiyə faktoru səbəb ola bilir. Biz araşdırırıq əgər genetikdirsə bu zaman heç bir müdaxilə etmirik uşağa, sadəcə valideynləri məlumatlandırmaq,onları hazırlamaq lazım gəlir. Yox əgər genetik deyilsə, o zaman səbəb olabiləcək faktorları analız edirik. Məslən, ola bilər ki, oğlan kimi davranan qız uşağının evində özündən böyük, ailəsi tərəfindən fəxr edilən, bacarıqlı, çalışqan,ağıllı bir qardaşı var. Uşaq valideynlərinin qardaşına olan diqqətini, sevgisi görür və şüuraltı olaraq qardaşı kimi olmağa, ona bəzəməyə, qardaşı kimi danışmağa, onun kimi geyinməyə can atır. Oğlan uşaqlarında da bunun əksi proses ola bilir. Dediyimiz kimi səbəblər çox ola bilər. Ona görə də ən önəmli olan, ailəni tanımaq, ailə daxili münasibətləri və ailə modelini düzgün analiz edə bilməkdir. Onu da qeyd edim ki, əgər 2-3 yaşlarında olan uşağı makiyaj ləvazimatlarına, anasının geyiminə, əşyalarına maraq göstərirsə bu heç də o demək deyil ki, uşaq homoseksuallığa meyllidir. Nəzərə almaq lazımdır ki, uşağın ən çox meylli olduğu, ən çox vaxt keçirdiyi insan anasıdır və makiyaj ləvazimatları, ananın əşyaları da onun üçün kifayət qədər maraqlı , rəngarəng və diqqətçəkicidir. Siz bunun əksi olan proseslə, yəni qız uşaqlarının atasının əşyalarına maraq göstərməsinə nadir hallarda rast gələ bilərsiniz, çünki bu onlar üçün maraqsızdır. Belə bir hadisə olduqda uşağı təhqir etmək və qışqırmaq lazım deyil. Sadəcə evdə ata statusunu bir qədər qabartmaq, ata ilə uşağın birlikdə maraqlı vaxt keçirməsini təmin etmək lazımdır. O zaman problem də öz-özünə aradan qalxmış olacaq.

- Son olaraq valideynlərə nə tövsiyyə edərdiniz?
- Uşaqlarını sevsinlər, onlara hörmətlə yanaşsınlar. Suallarına kifayət qədər ciddi yanaşıb, səmimi və həqiqətəuyğun şəkildə cavablandırsınlar. Çünki, biz uşaqlar üçün hər şeyi ideallaşdırdığımız zaman, uşaq reallıqlarla qarşılaşdıqda xəyal qırıqlığına uğraya bilir. Odur ki, reallığı təhrif etmədən yaşının izn verdiyi dillə onunla hər şeyi paylaşa bilərsiniz.

Fəridə Qasımova


Şərhlər:
Baxılıb: 3079
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz