Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların təhsili və ruhi istiqaməti
Uşaqların təhsili və ruhi istiqaməti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1139
Səs ver:
Uşaq təhsili
Hər uşaq ayrı bir dünyadır. Uşaq tərbiyə etmək isə ən müqəddəs, ən böyük, ən çətin və ömür boyu davam etdirilməsi lazım olan ən əhəmiyyətli sənətdir. Gələcək baxımından düşünüldüyündə bu mövzunun əhəmiyyəti hər keçən gün çox daha yaxşı aydın olmaqdadır. Daha doğulacaq uşaq ana bətnində ikən ana-ataların ağıllarında bir çox sual işarəsi meydana gələr.
Qızmı oğlanmı olacaq? Sağlam doğulub böyüyəcəkmi? Ailəmizdə və gündəlik həyatımızda necə bir dəyişiklik olacaq? İrəlidə necə bir insan olacaq? Təhsil müvəffəqiyyəti yaxşı olacaqmı? Necə bir peşə sahibi olacaq? Həyatda müvəffəqiyyətli olacaqmı? və buna bənzər yüzlərlə sual ilə uşağı gözləməyə başlayırlar.
 
Bütün bu sualların və bəzi bilinməyənlərlə yanaşı uşaqların psixoloji inkişafını və şəxsiyyət inkişafını doğru istiqamətləndirmək ana-ataların ən əhəmiyyətli vəzifələrindən biridir. Bu vəzifənin tam və əskiksiz olaraq yerinə yetirilməsi  isə hər baxımdan çox əhəmiyyətli və bir çox istiqamətdən çətindir. Hər nə qədər doğuşdan və genetik olaraq alınan xüsusiyyətlər olmasına baxmayaraq, hər uşağın ayrı bir fiziki quruluşu, şəxsiyyət xüsusiyyəti, davranış modeli, psixososial xüsusiyyətləri, anlayışı, romantik quruluşu, zəka tutumu və ruhi inkişafı var. Bütün bu xüsusiyyətlər, ailə mühiti və davamlı dəyişən ətraf şərtləri ilə təsirlənincə ortaya bir çox istiqaməti ilə ana -atadan fərqli bir biyopsixososyal( biloji,psixoloji və sosioloji birləşməsi) quruluş ortaya çıxmaqdadır.
 
Uşaqları anlamaq
Uşaqların ümumiyyətlə davranış xüsusiyyətlərini tam olaraq anlamaq və onların ruh dünyalarına enmək onların psixososial inkişafını istiqamətləndirmək baxımından çox əhəmiyyətli bir nöqtədir. Ana-ataların uşaqların ruh dünyalarına enmədən istiqamətləndirmə və təhsil səyləri, çox zaman hədəfinə çatmaz. Ana-atalar hərgün birlikdə olduqları, gündəlik fəaliyyətləri birlikdə yerinə yetirdikləri uşaqlarını bəzən tam olaraq tanıya bilməməkdə və onların psixososial inkişafını düzgün istiqamətdə yönləndirəməməkdədir. Bəzi ana-atalar , uşaqlarının yalnız fiziki qulluqlarına istiqamətli qidalanma, sığınma, sağlamlıq problemlərinə diqqət edirlər, lakin onların hadisələr qarşısındakı düşüncələrini, reaksiyalarını, şərhlərini, kədərlərini, sevinclərini, ruhi istiqamətlərini lazım olduğu qədər hesaba qatmazlar.
Şəxsi görüşmə ilə xəbərləşdiyimiz Amerikalı təcili yardım müdaxilələrində iştirak edən bir tibb mənsubu bu şikayətlənmələri dilə gətirərək narahatlıqlarını belə ifadə etdi: '' təcili tibb müdaxilələri edərkən hadisələrdən uşaqların təsirləndiyini və bəzi psixoloji problemlərin meydana gəldiyini görürəm, ana-atalara və ya baxıcıya verilən uşaqların çətinliklərindən bəhs etdiyimiz zaman isə  onların mənə cavabı, onlar uşaqdır nə olacaq ki?- şəklində olur. Mən buna dözə bilmirəm və çox kədərlənirəm,axı uşaqlarında ruh dünyası var''. Həqiqətən də bəzi zamalar gündəlik hadisələr və inkişafların arasında uşaqların hadisələr qarşındakı ruhi reaksiyası ən son ağla gələn şeydir.

Uşağa ayrılan vaxt
Hər ana-ata uşaqlarının inkişafı və onların ruhi istiqamətləri ilə çox maraqlandıqlarını söyləyər amma, öz-özlərinə oturub "Uşağıma bugün nə qədər vaxt ayırdım? '' deyə soruşduqlarında , özlərininin cavabından razı qalan çox az valideyin olar.
 Amerikalı bir professordan aldığımız bir məlumata görə ABŞ-da edilən statistikalarda, bir atanın uşağını gündəlik görmə müddəti 7 saniyə olaraq qeyd edilmişdir. Yəni eyni evin altında yaşayan bir-birindən tamam ayrı, ayrı dünyalarda yaşayan insanlar. Yaxşı bəs bu cür vəziyyət hansı nəticələrə gətirib çıxarar? Yəni ana-ataların uşaqlarının ruhi istiqaməti və psixososial inkişafı ilə əlaqədar əskiklikləri hansı nəticələri doğurur? Bunun cavabını düşündüyümdə hər biri ayrı bir '' gələcək'' olan uşaqlar ilə əlaqədar çox pessimist düşüncələr ağılıma gəlməkdədir. Bu səbəblə bu mövzunu irəli bir tarixdə, ayrı bir başlıq altında araşdırmaq istəyirəm.
 
Hətta 2000-ci illərdə  ruhi inkişafı istiqamətləndirmə və mövcud ruhi problemlər bir yanda qalsın, dünyada milyonlarla uşaq pis baxılmaqdan, sadə sağlamlıq problemlərindən, qəzalardan, epidemiya xəstəliklərdən, ana-ata diqqətsizliyilə bağlı səbəblərdən həyatını itirir.


Şərhlər:
Baxılıb: 1139
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz