Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Gecikmək" bəlası, sizin də başınızda var?!
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1204
Səs ver:
"GECİKMƏK" bəlası, sizin də başınızda var?!

Gecikdiyimə görə nələri itirmişəm???


Onlar üçün gecikmək artıq vərdiş halını alıb...
İnsanlar daim harasa tələsir. Bəziləri tələsdiyi ünvana vaxtında çatır, bəzilərisə gecikir. Mütəxəssislər bildirir ki, ilk baxışdan təyin olunan yerə vaxtında çatmaq çətin görünməsə də, bəziləri üçün bu problemdir.

Elə adamlar var ki, onlar üçün gecikmək artıq vərdiş halını alıb. Onlar nə qədər çalışsalar da hər yerə gecikirlər. Lakin bu yaxşı xüsusiyyət deyil. Belə ki, kimisə gözləmək hörmətsizlik əlaməti sayılır. Xüsusi ilə də bu hal daimə təkrarlanırsa, gözləyən şəxsdə şüuraltı olaraq gözlədənə qarşı xoşa gəlməzlər hisslər yaradır. Həmin adamla görüş onda üzücü, əziyyət verici hisslər yaradır və tədricən o, bu görüşdən yayınmağa başlayır. Artıq görüşə həvəslə və sevinə-sevinə getmir. Bəzən bu sevən cütlüklərin ayrılmasına da səbəb olur. Bu səbəb isə hər iki tərəf üçün gizli də qala bilər.

Yaxşı olar ki, təyin olunan yerə gecikməmək üçün vaxtı düzgün planlaşdırasız. Bunun üçün vaxtınızı hissələrə bölün. Misal üçün, əgər siz işə getməyə hazırlaşırsızsa, oyanmaq, idman etmək, yuyunmaq, geyinmək, səhər yeməyini yemək, evdən çıxmaq və başqa yerinə yetirməli olduğunuz məsələlərə görə nə qədər vaxtın tələb olunduğunu öyrənin. Buna uyğun olaraq vaxtınızı planlaşdırın. Lazım gəlsə bunun üçün zəngli saatı da qura bilərsiz.

Gecikməmək üçün yola sərf olunan vaxtı hesablayın. Həmin vaxta 10-15 dəqiqə də əlavə edin. Bunun sayəsində siz gecikməyəcəksiniz, həm də yolda müxtəlif hadisələr baş verə bilər. Əlavə 15 dəqiqə sizi həmişə xilas edəcək. Misal üçün, yolda qonşunuzu və ya çoxdan görmədiyiniz uşaqlıq dostunuzu görə bilərsiniz. Ona dərhal deməyəcəksiniz ki, mən tələsirəm, sonra danışarıq. Həmin 15 dəqiqəni ona, və ya başqa bir gözlənilməz hadisəyə sərf edə bilərsiniz.

Nəzərə alın ki, bəzi yerlərə getmək istəmədiyimiz üçün gecikirik. Misal üçün, çox adam həkimə getmək istəmir. Bunun üçün ya gecikir, ya da ora getməyi başqa günə planlaşdırır. Bu cür etməmək üçün sizi maraqlandıran və ya əyləndirən bir məşğuliyyət fikriləşə bilərsiz. Oxumağı sevənlər özü ilə maraqlı kitab götürüb vaxtından yarım saat tez qəbula gəlib gözləyərkən kitab oxuya bilərlər. Əlavə yarım saatı yaxınlıqdakı kafedə və ya parkda da keçirtmək olar.

Bir məsləhətim də odur ki, dostlarınızdan gecikdiyiniz təqdirdə sizinlə amansız olmalarını xahiş edin: "Onlara deyin ki, sizi gözləməsinlər. Bu cəza sizi gecikməkdən xilas edə bilər. Bəzən hətta sizi səbrlə gözləyən bir nəfər sizdə gecikməyin vərdiş halına çevrilməsinə səbəb ola bilər”.

Gecikməyi tərgizmək üçün nəzərə alın ki, gecikməyin nadir hallarda bizə xeyri dəyir: "Hər adamın yəqin ki, gecikdiyi məqamları olub. Əgər siz çox tezt-tez gecikirsinizsə, bunun sizin üçün necə nəticələndiyini xatırlayın. Nə qədər də çətin olsa, "gecikdiyimə görə nələri itirmişəm?” sualına ətraflı düşünərək cavab verməyə çalışın”.

Vüsalə Ələkbərova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


Şərhlər:
Baxılıb: 1204
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz