Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Psixologiya elmi haqqında
Psixologiya elmi haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1943
Səs ver:
Psixologiyanın predmeti və vəzifələri.
Psixika haqqında anlayış.
Psixi hadisələrin təsnifi.
Psixikanın təkamülü.
Psixologiya elminin inkişaf mərhələləri.
Azərbaycanda psixoloji fikrin inkişafı.
1-ci sual. Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır.
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl ıv əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Traktatın adına diqqət edin: o, psixologiya deyil, "ruh haqqında" adlanır. Bu təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma - yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Empirik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbaycanda psixologiya termini XIX əsrin sonu - XX əsrin əvvəllərində rus psixoloqlarınıın vasitəsilə işlənməyə başlanmışdır.
Psixologiya sözü iki yunan sözünün - "psyuxe" - ruh, ruhi aləm, "loqos" - bilik, öyrənmək, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir, "psixika haqqında elm" deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir.
Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir.
Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.

2-ci sual. Qədimdən psixika haqqında iki təlim - materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur.
Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir.
İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.
Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.
Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır.
Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.

3-cü sual. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:

Psixi proseslər.
Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).
Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir.
Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin sasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.
"Proses", "hal" və "xassə" nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir.
Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr - istər psixi xassələr, istərsə də psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir.
Müasir psixologiyada proses sözü əslində geniş və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir.
Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur.
Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır.
Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir.
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir.

4-cü sual. Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir.
Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur.
Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir.
Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır.
Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər:
fototropzim - canlı orqanizmin işığın təsiri ilə hətəkətə etmə meyli;

termotropizm - işığın təsiri ilə hərəkətetmə meyli;

xemotropizm -müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli;

topotropizm - mexaniki qıcıqlandırıcıların təsirilə hərəkət etmə meyli və s.
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır.
Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.
İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır.
Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış - vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir.
Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.

5-ci sual. Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki birinci mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika)haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Kimi ilk psixologiya - asosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) ikinci mərhələlərin başa çatdığını qəbul edir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var.
Psixologiya elminin inkişafının üçüncü mərhələsi Almaniyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır.Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.

6-cı sual. Bütün dünyada olduğu kimi Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiya və ya "güzəran psixologiyası" da adlandırırdılar. Onlar yazırlar: "Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir."
Onlar daha sonra yazırlar: "Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir - güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur."
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan bilikləri ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində lakonik dildə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında ondan bəhs olunmasın, münasibət bildirilməsin. Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada "Kitabi-Dədə Qorqud" dastanı, Nizami, Tusi, Nəsimi, Fizuli, Axundov, S.Ə.Şirvani, Sabir, C.Məmmədquluzadə və digər mütəffəkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Məlumdur ki, XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etmişdir. Onlardan ən başlıcası isə ondan ibarətdir ki, həmin dövrdə eksperimental üsullar psixologiya elminə nüfuz edirdi.

Azərbaycanda elmi psixologiya XIX əsrin sonu - XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Hal-hazırda professor B.H.Əliyevin təşəbbüsü və rəhbərliyi altında Bakı Dövlət Universitetinin nəzdində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Müasir dövrdə Azərbaycan psixoloqları psixologiyanın müxtəlif sahələrini əhatə edən problemləri tədqiq etməklə məşğuldurlar. Bu baxımdan AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin hüquq və məhkəmə psixologiyası sahəsində apardığı tədqiqatlar, professor Ə.S.Bayramovun etnik psixologiya sahəsində apardığı tədqiqatlar, professor Ə.Ə.Əlizadənin və professor M.Həmzəyevin pedaqoji psixologiya sahəsində apardığı tədqiqatlar, professor Ə.T.Baxşəliyevin Azərbaycanda psixoloji fikrin inkişafı ilə bağlı apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir.


Şərhlər:
Baxılıb: 1943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz