Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə psixologiyası nədir?
Ailə psixologiyası nədir?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 2628
Səs ver:
Qadınlar.biz Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun ailə psixologiyası ilə bağlı məqaləsini təqdim edir.

Bir məmləkətin yüksəlməsi bir ailənin söhbətindən asılıdır. - Çarlz Dikkens

Həyat sürətlə axır. Ətrafında çox şeylər dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey həyatda xoşbəxt olmaq istəyin oldu. Xoşbəxtlik də ailədən başlayır. İndinin özündə belə əldə edə bilmədiyin bir çox şeyləri ya ata evinlə, ya da ki, hazırki ailənlə bağlayırsan. Bu nəyin göstəricisidi? Şübhəsiz ki, ailənin yaşamımızda nə dərəcədə böyük təsir gücünə malik olmasının. Nəzərə almaq lazımdı ki, müasir dövrdə ailələr əvvəlki ailə modellərindən bir çox parametrlərinə görə fərqlənir. Bu məqalədə məqsədimiz ailə psixologiyası və bunun yeni ailə quran çütlüklərə verə biləcəyi faydanı sizlərin diqqətinə çatdırmaqdı.

Öncə onu qeyd edim ki, hər bir fərd evlənmədən öncə hansısa bir ailədə tərbiyə alır, böyüyür. Fərq etməz bu, onun biloloji, yaxud da baxıcı ailəsi olsun. Ailə qurana qədər fərd həmin ailədə müəyyən dəyərlər sistemi qazanır. Hansı ki, bu dəyərlər sistemi sonradan onun həyata baxış tərzinə, insanlarla münasibətinə böyük təsir göstərir. Gələcəkdə qurulan ailənin nə dərəcədə dayanıqlı olması fərdin aldığı dəyərlər sistemindən, psixoloji travmalarla bir başa bağlıdı. Psixoloji travmaya səbəb olan faktorlar natamam ailədə böyümə (ata, yaxud da ananın müəyyən səbəblərdən üzündən olmaması, ayrılma, vəfat etmə) və s. ola bilər. İlk sevgidə yaşadığı uğursuz təcrübədən dolayı yaşanan travmatik hallar da sonradan qurulan ailədə səbəbsiz problemlərə yol aça bilər. Sual olunur. Bütün bunlardan sığortalanmaq üçün nə etmək lazımdı? Axı hər bir insanın bu həyatda ən böyük arzusu, bəlkə də tək istəyi hüzurlu bir ailəsinin olmasıdı.

İnsan birinci növbədə ailə qurma tələbinin, daha doğrusu, qurduğu münasibətin nə səbəbdən ciddiləşdirmək istəyinə aydınlıq gətirməlidi. Bir qism insanlar sevib ayrıldığı insanı unutmaq üçün, başqa bir qismi həyatında yenilik etmək üçün, bir başqaları isə ailə üzvlərindən kiminsə könlünü şad etmək və s. səbəblərdən ailə qurmağa qərar verir. Şübhəsiz ailə qurmaq bir mənalı şəkildə alqışlanmalıdı. Bir şərtlə ki, təməli möhkəm, sonu nümunə göstəriləcək olsun. Dolayısı ilə ailə hansısa travmatik olayı aradan qaldırmağa xidmət etməməlidi. Belə olduğu təqdirdə qurulan ailələrdə zaman keçdikcə problemlər yaranmağa başlayır ki, bu da son nəticədə həmin ailələrin dağılmasına səbəb olur. Ailə qurmadan öncə fərdin keçmiş olduğu həyat yolu da qurduğu ailəyə böyük təsirini göstərir. Biz burada natamam ailədə böyüyən insanların qurduqları ailələri nəzərdə tuturuq. Burada problem yaradan insan həmin ailədə böyüyən uşaqların öz doğmaca anaları olur. Kökündə yatan səbəb isə bəlli bir müddət övladlarının müstəqil olmaq istəklərini heç bir vəclə həzm edə bilməmələri dayanır. Bu da cütlüklər arasında ailə həyatının hələ ilkin mərhələsində problemlərə yol açır. Ailə psixoloqu belə hallarda yaşana biləcək problemlərdən sığortalanmaq üçün əvəzsiz bir köməkdi. Onun diqqət etdiyi məqamlardan biri tərəflərin hansı ailə modelində böyümələri, böyüdüyü ailənin peşə yönümü və s. hallardır. Pedaqoq ailəsində böyüyən fərd, həkim ailəsində böyüyən fərddən həm həyata baxış tərzi, həm də qarşı tərəfdən gözləntiləri baxımından çox fərqli olur. Fərqlər də münasibətlərin ilkin mərhələsində nəzərə alınmadığı təqdirdə sonradan problemlərə yol açır. Əslində diqqət ediləcək məqamlar çoxdu. Ailə psixoloqu bunların hər biri üzərində ailə quracaq insanlarla birgə dayanır, analizlər aparır, ortaq qənaətlərə gəlirlər. Bəzən biz qarşı tərəfin anasını "mama” çağırmamağından dolayı dağılan ailələrə şahid oluruq. Hansı ki, münasibətlərin ilkin mərhələsində diqqətə alınıb həll edilsəydi, yeni qurulan ailədə də xüsusi bir problemə yol açmazdı. Bütün bunlar ailə psixologiyasının kiçik bir hissəsini təşkil edir. Şübhəsiz ki, bunu bir məqaləyə sığışdırmaq çox çətindi. Ona görə də ailə psixologiyası ilə bağlı məqaləni silsilə şəklində çap etdirməyə qərar verdik. Əsas diqqət edəcəyimiz məqam ailənin əsasını təşkil edən 6 parametr, ailə qurmadan öncə hər bir fərdin yaşamış olduğu monada, diada, triada və s mərhələlər olacaq. Məqsəd yeni qurulan ailələrə, eləcə də ailə məsələlərində çətinlik yaşayan cütlüklərə psixoloji baxımdan dəstək olmaqdı. Bunun öhdəsindən nə dərəcədə gələ bilərik, buna Siz oxucalar qərar verəcək.

Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin rəhbəri, psixoloq


Şərhlər:
Baxılıb: 2628
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz