Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin toydan niyə qaçdı? - PSİXOLOJİ TƏHLİL
Gəlin toydan niyə qaçdı? - PSİXOLOJİ TƏHLİL
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1071
Səs ver:
Qadınlar.biz Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun məqaləsini təqdim edir.
Açığı, məni bu yazını yazmağa son zamanlar baş verən hadisələr vadar etdi. Lənkəranda qızın toy ərəfəsində evdən qaçması, Masallıda oğlanın gəlinsiz toy etməsi...

Coğrafi faktoru qabartmaq ola bilsin ki, bizi kimlərinsə qınağına tuş etsin. Ancaq bunu gözümüzə alıb da qeyd etmək istərdim ki, bəlli bölgədə tarixən kişi xaqanlığı daha qabarıq olub. (Əslində, biz bunu bütün Azərbaycana da şamil edə bilərik - E.R.) Yəni evdə söz sahibi daha çox kişilər olub. Hətta indinin özündə belə qız oğlanı görmədən onunla ailə qurmağa etiraz etmir. Çünki atası ondan əvvəl oğlanın atasına "həri”ni verib. (Diqqət edin, oğlana yox, məhz oğlanın atasına – E.R.)
Qızın da buna hər hansı bir etirazı ataya və bütün ailə üzvlərinə qarşı hörmətsizlik kimi dəyərləndirilir.

Mətləbdən uzaqlaşmayaq. Anlatmaq istədiyim budur: mühafizəkar bir mühitdə böyüyən xanımlar necə olur ki, toylarında iştirak etmirlər. Haradandır onlarda bu cəsarət? Necə formalaşır? Buna nə şərait yaradır? Bunun üzərində dayanmaq istərdik. Çünki qorxumuz bunun kütləvi hal ala bilməsidir. Bu cür hallar nə zaman baş verə bilər? Hansı qabaqlayıcı tədbirləri görmək lazımdır. Düşünürəm ki, bu sahədə birmənalı şəkildə kütləvi maariflənmə işi aparılmalıdır. Əks təqdirdə bu, bir virusdur. Zamanında tədbir görülməsə, digər bölgələrə də yayıla bilər. Çünki buna cəsarət edən tapıldı, məsələ işıqlandırıldı. Dolayısı ilə bu baryer də aşıldı və bu cür hallar qismən adiləşdi. İndi qalır gələcəkdə bu kimi halları azaltmaq üçün lazım olan profilaktik tədbirlər görməyə.

Baş verən hadisə bir qədər öncə Milli Məclisdə müzakirəyə çıxarılan evlilik öncəsi tibbi müayinə ilə yanaşı, psixoloji müayinənin də aparılması məsələsini aktuallaşdırdı. Baş verən hadisə, əslində, quruluşçu rejissor Adil İskəndərov, ssenari müəllifi Sabit Rəhmanın olduğu "Əhməd haradadır?” filmində Leylanın timsalında ümumi şəkildə qoyulmuşdu. "Üzüyü qaytar, tez qaytar, indi XIX əsr deyil” şəklində. Ancaq filmin sonu çox yaxşı bitdi. Hətta gənclərə ailə qurmaq istiqamətində yaxşı bir yol da göstərildi.

Bir-birini tanımaq və sonda ailə qurmağa qərar vermək. Bu oldu keçən əsrin 60-70-ci illərində. O dövr üçün cəmiyyətə, ailə instituna bundan artıq mesaj göndərmək zatən qeyri-mümkün idi. Ancaq texnikanın inkişaf etdiyi müasir dövrdə görünür, biz bəzi məsələlərdə keçən əsrdən də geri qalırıq. Nəticədə bu cür xoşagəlməz hallar yaranır.

Bizə irad tuta bilərlər. Ailə misalları göstərə bilərlər. "Toy günü bir-birini görüblər, çox xoşbəxtdirlər”, - deyə bilərlər. Bu günün reallığında belələri istisnadır, qayda deyil. Çünki bu gün daha problemli ailələrin olduğunun şahidi oluruq. O zaman sual olunur: evlilikdən öncə psixoloji müayinə, maariflənmə tərəflərə, ümumiyyətlə, cəmiyyətə nə verəcək?
Öncə onu qeyd edək ki, psixoloji müayinə nəticəsində ən azından tərəflər bir-birinin psixoloji, ailə vəziyyətini yaxşı tanıyacaq, zəif və güclü yanlarına daha yaxından bələd olacaqlar. Eyni zamanda, bu maariflənmə kişi və qadın psixologiyası haqqında bilgilənməyə də şərait yaradacaq.

Bu gün münasibətlərdə yaşanan ən böyük problem də, əslində, kişi və qadın psixologiyası haqqında tərəflərin bilgisiz olmasıdır. Bu məlumatsızlıq da sonda münasibətlərdə problemlərə yol açır. Bununla bağlı kitablar, məqalələr, tədqiqatlar var. Sadəcə, oxumaq, maariflənmək lazımdır. Başa düşürük, bu gün insanlar kitab oxumaqdan daha çox kitab oxumaq, onun faydası haqqında danışmağı sevirlər. Videoçarxlar hazırlamaq, filmlər çəkmək olar. Əgər bu maariflənmə işi aparılarsa, düşünürəm ki, bu kimi hallar da azalar. Əks təqdirdə problem daha da dərinləşə bilər. Hələliksə bir zərbə vurulub. Bu zərbə yeni ailə modelinə vurulan sillədir. Cavab şübhəsiz ki, sanballı olmalıdır.


Şərhlər:
Baxılıb: 1071
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz