Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi və qadın münasibətləri: Onları necə qoruyub saxlamaq olar?
Kişi və qadın münasibətləri: Onları necə qoruyub saxlamaq olar?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 3525
Səs ver:
Bu sual hər zaman insanları düşündürüb. Bu münasibətlərə maraq bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayıb. Psixoloqa müraciət edən insanlar çox vaxt bu sualı verirlər: "Həyat yoldaşımın mənə sevgisi və marağı artsın deyə nə etməliyəm?”

Münasibətlərin qurulması və saxlanılması mürəkkəb bir prossesdir. Və hər kəs psixoloq deyil! Ancaq bu məsələ, kişi və qadın aralarındakı gedən prossesləri daha düzgün və real qiymətləndirdikdə öz həllini tapır.

Hər kəsə aydındır ki, kişi və qadın münasibətləri qarşılıqlı emosional asılılıq üzərində qurulub. Və bəzən də gözəl sevgi dolu əlaqə hansısa bir elementar və bəsit bir səbəbdən dağılır.

Adətən hər bir gənc xanım və ya cavan oğlan xəyalında sadə, rahat sevgi münasibətlərini canlandırır. İnsanlar qarşılıqlı, sevgi dolu, anlayışlı bir münasibətlərə can atırlar. Onlar düşünürlər ki, ancag sevdiyin insanla özün kimi oal bilərsən.

Bütün problemlər bundan sonra yaranır.Tək bir sevgi insanları qane etmir. Bir müddət keçəndən sonra onlar düşünür: "Ehtiras hara getdi? Nəyə görə ürəyim əvvəlki kimi çırpınmır? Nəyə görə hər kəsin içindən seçilmiş olan bu insan adiləşir? Onlar dərk etmir ki, alovlu məhəbbəti qoruyub saxlamağı bacarmayıblar. Çünki sevgini tək hiss etmək yox, onu həm də bəsləyib böyütmək lazımdır. Alovu gücləndirdikdə o daha çox isidir. Əks halda öz-özünə sönüb gedəcək. Kişi qadın münasibətlərini həm də kimyəvi prossesə bənzətmək olar. Əgər maddələr çox intensiv bir-birinə təsir etsə, partlayış baş verə bilər. Və əksinə maddələrin bir- birinə qarşılıqlı təsirini ləngitsək onların reaksiyası sadəcə sönə bilər. Və yalnız düzgün seçilmiş temperaturun və konsentrasiyanın köməyi ilə qurğuşundan qızıl alınır. Bunun üçün də bəzi tövsiyyələr bu münasibətləri qaydasına salmağa kömək edəcək.

Beləliklə, münasibətlərdə hər iki tərəf ayrı -ayrılıqda şəxsiyyət olmağı öyrənməlidir. Yəni kişi və ya qadının şəxsi, özünə aid bir dunyası olmalıdır.

Sevgi münasibətini yaşayan zaman insan özünü bir şəxsiyyət kimi hiss etməlidir. Bu münasibətlərin daha da bərkiməsi üçün cütlük hər ikisinin həyatında olan insanlara və hadisələrə hörmətlə yanaşmalıdır. Çünki kişi və qadın yeni münasibətə başlayan zaman bir-biri üçün təzə səhifədirlər.Bu səhifələri oxuyaraq onlar daha da yaxınlaşırlar. Əksər hallarda belə bir vəziyyət əmələ gəlir. Cütlük yaxınlığa doğru addımlayaraq yeniliyi hardasa itirməyə başlayır. Çünki kişi və qadın tez bir zamanda bir-birini tam açmağa başlayır. Artıq kontrol və nəzarət öz yerini yavaş-yavaş bərkidir. Şübhələr yaranır. Münasibətdə bir-birinə nəzarət hissi önəmli yer tutur. Beləliklə, inamsızlıq və tərəflərin daxili narahatlığı onları bir-biri ilə münaqişə etməyə məcbur edir. Hər dəfə bunu yaşadıqca onlar uzaqlaşmağa doğru irəliləyirlər. Artıq hisslər arxa plana keçir. Məsələn, qadın deyir: "Mən niyə onun dərdindən ölməliyəm? Qoy o, mənə yalvarsın! Romantik hisslər daha sərt hisslərlə əvəz olunub. Bəzən bu mərhələdə çox münasibətlər qırılır. Qısqanclıq və itirmək qorxusu ilə yaşanan münasibətlər ağrılı və yorucu olur.

Münasibətlər möhkəməndikcə cütlüklərdə bu cür fikir yaranır: Bu insan mənə aiddir. Mən ona tələblərimi bildirə bilərəm.Və o, mənim bir çox istəyimi yerinə yetirməlidir”. Məhz bu andan qarşılıqlı manipulyasiyalar, incikliklər yaranmağa başlayır. Münasibətlər sanki bir oyuna çevrilir. Və bu oyunda tərəflər kimin qalib gələcəyini düşünür. Bu zaman da onların arasında çat əmələ gəlir. Və bu çatın daha da sınmaması üçün kişi və qadın bir-birinin müstəqilliyinə hörmətlə yanaşmalıdır.

Bir-birinizi qoruyun! Qayğı və diqqəti əsirgəməyin!
Bəzən də insanlar sevgi münasibətlərində tənqidi zarafata və ya istehzaya yol verirlər. Bu da qarşı tərəfi incidir. Belə bir fikir yaranır: "Yəqin o məni ciddi qəbul etmir. Mənə lağ edir! Məni bəyənmir”. Və belə bir düşüncə özünə qiymətləndirmənin enməsinə səbəb olur, psixoloji immunitet zəifləyir. Münasibət soyumağa doğru gedir. Bunun qarşısını almaq üçün hər iki tərəfin bölüşüb danışmağa ehtiyacı var. Sevgi yaşayan insanlar mütləq öz hisslərini, sevincini, narazılıqlarını dilə gətirməlidirlər.

Bir-birinizlə danışın! Kimin haqlı, kimin də günahkar olduğunun heç bir önəmi yoxdur. Çünki qarşılıqlı ünsiyyət bacaran kişi ilə qadın bir-biri üçün ən yaxşı psixoloqlardı. Bir biriniz ilə dürüst olmağa çalışın! Hər bir ailəyə, cütlüyə müvəffəqiyyət arzusu ilə!!!

Zülfiyyə Yaqubova
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu


Şərhlər:
Baxılıb: 3525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz