Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bizi özündən qoru Ata
Bizi özündən qoru Ata
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 2873
Səs ver:
Bir uşağın başına gələcək, uşaqlığını əlindən alacaq və sonrakı inkişafı, həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır.

Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq, ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun gözlərində. Ata bir dağ idi, güvən dağı… Ən kiçik narahatlıqlarda qaçıb qollarına sığındığı idi… Ən yaxşı oyun yoldaşı idi. Qollarında göylərə qaldırıb, səmalarda uçuran idi… Ata yaxşı idi… O atanı sevirdi, Ata böyük idi…

Bir gün o qollar yenə qalxdı. Sandı ki, yenə uçuş vaxtıdır, gözləri sevincdən böyüdü. Diksindi… O qalxmış qollar yumruq olaraq endikdə ananın üzərinə… O anda bitdi… Nə olduğunu anlamadı… Böyümüş gözlərindəki sevinci, qorxu təəccüb aldı… bu nə demək idi axı… düşünməyə başladı…

Ana ağlayırdı…
Pis idiki atanın etdiyi?

Ana niyə ağlayırdı?
Axı Ata pis şey etməz!…

Ananın rəngi dəyişib elə bil. Əsasən də gözünün aşağı hissəsində… Aa bəlkə ata da mənim boyama kitabımda qızları boyadığım kimi etmək istəyib… Oynamaq istəyib ana ilə bəlkə… Amma axı mən boya qələmləri ilə boyayırdım… Həm də ki, Ana mənə deyib ki, boyama kitabından başqa yeri boyamaq olmaz… Bəs elə isə… Ata niyə belə elədi ki?!.. O, istəsə mən ona verərdim boyama kitablarımı… Vallah verərdim… Ana da hirslənib ağlamazdı! Ata bilməyib yəqin…

ATA SƏHV EDIB…
Mən səhv edəndə o həmişə məni bağışlayırdı. Anaya deməliyəm… Qaçıb anasına sarıldı… Ana ağlama, ata birdə belə etməz…Bağışla onu…

Ana bağışlamış kimi göründü… Oh, hər şey düzəlir deyəsən…

Amma Ata birdə etdi… Nədənsə son vaxtlar ana ilə oynamağı çox sevir… Amma bu mənim xoşuma gəlmir, nədə ananın. Bugun yenə ananın üzünü boyadı. Bu dəfə daha da çox. Mən birdə boyamayacağam artıq, bəlkə ata da vaz keçər. Heç bir oyunu sevmirəm artıq. Qərar verdim, Artıq bugündən OYUN OYNAMAYACAĞAM!!!

Ata evdə yox idi. Ana ağlayırdı yenə, paltarları da cırılmışdı biraz. Üzü yenə boyalı idi, ağzının kənarında qırmızı nəsə vardı. Ata hara getmişdi bəs? Mən həyətə gedəndə axı evdə idi?! Mən getdim deyə hirslənib anaya yəqin… Kaş getməzdim… Qərar verdim, BUNDAN SONRA ANANIN YANINDAN GETMƏYƏCƏYƏM…

Mən hər gün biraz daha böyüyürəm amma atanın səhvləri heç qutarmır… Ana artıq ağlamır… Amma üzü yenə boyalı olur… Mənimlə də çox az danışır. Hərdən gecələr məni qucaqlayıb biraz ağlayır. Anam ağlasın istəmirəm…

Ata harasa gedib-gəlir bu aralar. Deyəsən həkimə…Ata qışqırmır artıq. Ananın üzü həmişə öz rəngində olur. Evdə sakitçilikdi. Ata yaxşılaşır deyəsən…

Amma məncə O yaxşı deyil artıq…

Gecə yata bilmirəm, bəlkə də ona görə…

Çünki, yuxularımda

Ana hələ ağlayır… Ata hələ qışqırır…

Ata itələyir, Ana yıxılır..

Atanın "Güclü” qolları yenə göylərə qalxır…

Ananın üzü yenə boyanır…

BÜTÜN RƏNGLƏRƏ NİFRƏT EDİRƏM ARTIQ…

Fəridə Qasımova
AMEA-nın Doktorantı, kiçik elmi işçi


Şərhlər:
Baxılıb: 2873
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz