Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müharibə baş versə, xalqın psixologiyası necə olacaq
Müharibə baş versə, xalqın psixologiyası necə olacaq
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1353
Səs ver:
"Hazırda Azərbaycanın müharibəyə qədərki vəziyyəti və müharibənin baş vermə ehtimalı xalqımıza travmatik stress yaşatmayacaq”.

Bunu Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov müharibə baş verərsə, bunun ardarda faciələr yaşamış Azərbaycan xalqının psixoloji durumuna təsiri məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, əvvəllər müharibə yalnız günahsız insanların ölümü ilə xarakterizə olunurdu. Lakin müharibənin üstünlükləri də var:
"Əgər söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasından gedirsə, bu yoldakı irəliləyiş insanlar arasında həmrəylik yaradacaq. Bu, eyni zamanda insanlar arasında bağlılığı daha da artıracaq, stress hallarını isə azaldacaq. İnsanlar bir-birlərinin dərdinə həmrəy olacaqlar. Belə olan hallarda isə düşmən vahid düşmənə çevrilir və nəticədə obyektivlik yaranır. Son zamanlar baş verənlər Azərbaycan xalqının nə qədər həmrəy olduğunu və müxtəlif baxış bucaqlarının necə bir nöqtədə birləşdiyini ortaya qoydu. Çünki düşmənimiz bəllidir. Buna görə də mən belə düşünürəm ki, müharibə olarsa, birincisi, Azərbaycanın ordusu var müharibə üçün. Başqa bir tərəfdən isə torpaqlarımızın iyirmi faizinin işğal altında olması zaman-zaman insanların psixologiyasına mənfi təsir göstərməsi və güvən sarsıntısı yaşatması müşahidə olunurdu. Əgər yenidən biz müharibə ilə üz-üzə qalarıqsa, bu, insanlarımızın psixoloji durumuna mənfi təsir etməyəcək. Çünki xalqımız çox gözəl bilir ki şəhidləri vətən uğrunda verir”.
E.Rüstəmovun fikrincə, bir ölkə düşmən tapdağında olan vətəni üçün şəhid verirsə, bu, birbaşa həmin ölkənin genefonduna müsbət təsir göstərir. Mənfi tərəfi əks etdirən müharibə rejiminin müsbət tərəflərindən biri də həmin ölkəyə qəhrəmanlar qazandırmasıdır:
"Son günlər baş verənlər hadisələrlə bağlı öz əzmini ortaya qoyan Azərbaycan dövləti öz genefondunu formalaşdırmış oldu. Müharibə baş verərsə, insanlarımız travmatik stress yaşamayacaq. Bunu yalnız döyüş əsnasında savaşan əsgərlər yaşaya bilərlər. Bu da posttravmatik stresdir ki, döyüşdən sonra bununla bağlı tədbirlər görülməlidir, yəni onlar reabilitasiya olunmalıdırlar.Bu hal ikinci dünya müharibəsindən sonra elmə daxil olub”.
Psixoloq onu da qeyd etdi ki, əgər torpaqlarımızın alınması hərbi yolla həll olunarsa, bu xalqın psixoloji durumunu sarsıtmayacaq, əksinə illərdir güvən sarsıntısı yaşayan xalqımıza yeni ümid bəxş edəcək.

Mənbə: Psixotest


Şərhlər:
Baxılıb: 1353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz