Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meditasiyanın insana tibbi-psixoloji təsiri
Meditasiyanın insana tibbi-psixoloji təsiri
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1585
Səs ver:
Meditasiya sözünün mənası düşünmək, xəyalən dərk etmək deməkdir.  Arxeoloqların   meditasiyaya  dair sübutları onu göstərir ki, eramızdan 5000 il əvvəl qədim Hindistanda meditasiyadan istifadə olunub. Əsrlər keçdikcə dünyanın müxtəlif öləkələri, xalqları meditasiyanın fərqli növlərini qəbul ediblər. Misal üçün, müasir Yahudizmdə ən güclü meditasiya növlərindən biri hesab edilən Hit Bodedut növündən istifadə edilib. İslam dinində Təfəkkür və Sufizm qəbul edilmiş meditasiya növləridir. Həmçinin Buddist və  Xaçpərəstlərdə   də meditasiya mühim rol oynayır. Tarixi sübutlar göstərir ki, meditasiyadan  ilk dəfə  qədim ovçular istifadə edib  və bu "primitiv” insanlar meditasiya haqqında biliklərini nəsildən nəslə ötürüblər. Buddanın meditasiyanı təkmilləşdirməsi Asiyada geniş yayılmasına səbəb olmuşdur. Meditasiyanın yayılmasında e.ə.2-ci əsrdə salınan və Şərqi Asiyanı Aralıq dənizi ilə birləşdirən  Qədim İpək Yolunun  rolu da danılmazdır. İnteqrasiya və inkişaf 20-ci əsrin ortalarından sonra meditasiyanın bütün  dünyaya  yayılmasına səbəb olmuşdur.   Hansı ki, hal-hazırda milyonlarla insanların həm fiziki həm də mənəvi sağlamlığı üçün istifadə etdikləri bir vasitədir.

Meditasiya edən insanlar daha sağlam, xoşbəxt və uzun ömürlüdürlər?
Araşdırmalar göstərib ki, meditasiya bir çox xəstəliklərin qarşısını alıb və hətta müalicə edib. Dünyanın ən məhşur alimləri və filosofları ən böyük kəşflərini meditasiya zamanı ediblər. Meditasiya beyinin eyfarik kimyalarını artırır və bu kimyaların daimi olaraq ifraz edilməsinə kömək edir. Meditasiya eləcə də şuuraltı olan hirs, depressiya, əsəb, kədər və fobia kimi hissləri tənzimləməyə kömək edir və emosional  balansı qoruyur.

Bu gün meditasiya psixoterapiyada istifadə olunan dərmansız müalicə metodlardan biridir.
Son illər müasir tibbi avadanlıqlar vasitəsi ilə alimlər fizioloji dəyişiklikləri ölçmək imkanı əldə ediblər. Harvard universitetinin tibb kollecinin direktoru Denninger sübut etmişdir ki, meditasiya orqanizmdə müsbət dəyişikliklər əmələ gətirir. 2013-cü ildə PLOS1 tibb jurnalında meditasiya ilə bağlı araşdırmanın nəticələri verilmişdir. Məlum olmuşdur ki, meditasiyanın təsiri ilə stressin qarşısını almaq, şəkərin miqdarını normallaşdırmaq mümkündür. Kaliforniya universitetinin alimləri və Nobel mükafatçısı Bləkbörn sübut etmişlər ki, 8 həftə ərzində gündə 12 dəqiqə meditasiya etməklə orqanizmin vaxtından tez qocalmasının qarşısını almaq olar. Harvard ve Massaçussetts universitetlerinin neyro alimləri meditasiyanın  bir çox xəstəliklərin  sağalmasına kömək etdiyini sübut etmişdirlər.  Asiyanın meditasiya adətləri ilə müasir psixoterapiyanın inteqrasiyası insanlara möhtəşəm bir hədiyyədir.  Bu inteqrasiya nəticəsində insanlar problemlərini dərmansız həll etməyə  çalışır, eyni zamanda yaxşı nəticələr əldə edirlər. Amerikada meditasiyadan siqaret, spirtli içki, narkotik və bu kimi pis vərdişlərdən azad olmaq üçün geniş istifadə olunur.  Araşdırmalardan birinə əsasən mütəmadi olaraq meditasiya edən insanlarda melatonin harmonunun ifrazı artır. Yüksək həyəcan, diqqət pozuntuları, yuxusuzluq, şəkər xəstəliyi, yüksək qan təzyiqi, aritmiya, stress, baş, əl, ayaq uyuşmalarından və  başqa problemlərdən xilas olmaq istəyirsinizsə meditasiya ilə məşğul olun.
Sağlamlıq xoşbəxt olmaq dəməkdir.

Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya kafedrasının baş müəllimi, Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu, Məmmədova Münəvvər


Şərhlər:
Baxılıb: 1585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz