Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözlərimiz nədən xəbər verir?
Gözlərimiz nədən xəbər verir?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 3673
Səs ver:
İnsan hisslərinin ən gözəl təzahür vasitəsi gözlərdir. Elə buna görə də tez-tez "gözlər qəlbin aynasıdır” deyirik. Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamətlərdən xəbər verir. Gözlərin rəngindən asılı olaraq insanın xasiyyəti haqqında danışmaq mümkündür. Planet sakinlərinin  əksəriyyətinin gözləri qəhvəyidir. Aparılmış statistikaya əsasən Yer kürəsinin əhalisinin 2%-i yaşıl gözlərə sahibdir. Gözlərin rəngi orqanizmdəki meloninin maddəsinin miqdarı ilə müəyyən olunur, yaşıl gözlü insanlarda meloninin miqdarı azdır, qəhvəyi gözlərdə isə daha çoxdur. Orta əsrlərdə yaşıl gözlü və kürən saçlı qızları cadugər adlandıraraq odda yandırmışlar. Yaşıl gözlü insanların sayının az olmasını orta əsrlərdə inkvizisiya əməllərinin nəticəsi kimi də baxmaq olar. İslandiya əhalisinin 80%-ni yaşıl və göy gözlü insanlar, Türkiyədə isə 20%-ni təşkil edir. Cənubi Amerikada, Asiya və Orta Şərqdə isə yaşıl gözlü insanlara çox nadir hallarda rast gəlinir.

Hər gözə, hər baxışa bir məna vermək çox asandır. Bu mənaları ayırd etmək üçün göz rənginə diqqət yetirmək lazımdır. Gözlər və baxışlar bəzən insana sözlərin anlamayacağı qədər böyük və mənalı şeyləri başa düşməyə kömək edir. Hətta insanların yalan söylədikləri gözlərindən bəlli olur. Yalan söyləyən insanlar qarşısındakı insandan gözlərini qaçırır, onun gözünün içinə baxmağı bacarmır.

Gözlər və baxışları bir kənara qoyub göz rəngləri haqqında Amerika psixoloqlarının apardığı araşdırma ilə sizi tanış etmək istərdim.
• Mavi gözlü insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Əli açıq, səxavətli olan mavi gözlülər dəyişikliklərdən qorxmurlar. Xəyalpərəst olduqları üçün reallığı görməkdə çətinlik çəkirlər. Şöhrətpərəst olmadıqları üçün ətrafdakılar tərəfindən çox sevilir və müsbət qarşılanırlar.
• Qara gözlü insanlar çox həyəcanlanan, nizam-intizamlı, səliqəli olurlar. Qara gözlər ehtiras və coşğu əlamətidir. Sevdiklərinə daima nəzarət etmək, yönləndirmək istəyirlər.  Onların sevgisi qədər kinləri də böyük olur. Qara rəngli gözləri olan insanlar çox hiyləgər də ola bilirlər.
• Yaşıl gözlü insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olduqlarına baxmayaraq heç kimi incitməməyə, qəlbinini qırmamağa çalışırlar. Yaşıl gözlü insanlar xüsusi qabiliyyətlərə malik olan, düzgün və vaxtında qərar verə bilənlərdir.  Qısqanclıqları isə ətrafdakıların diqqətini çəkirlər.
• Ala gözlü insanlar intuisiyaları güclüdür, olduqca həssas, kövrək bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.
• Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini colovlaya bilmirlər.

Sonda isə onu qeyd etmək istərdim ki, hansı rəngdə olursaq olaq əsas odur ki, necəyiksə elə də olaq. Bu zaman daha çox sevilib daha çox dəyərli olarıq. Hər kəs daxilində bir səmimiyyət axtarışındadır.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin Pedaqoq- psixoloqu Gülnar Orucova


Şərhlər:
Baxılıb: 3673
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz