Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Panik atak və aqrofobiya nədir?
Panik atak və aqrofobiya nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2538
Səs ver:
Ani başlayan və hərdənbir təkrarlanan, sıx çətinlik və ya qorxulardır. Bəziləri bunu 'kriz" deyə də adlandırırlar. Panik atak, ani başlayır, get gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır, və hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir.

Panik atakın əlamətləri:

 •Sinə ağrısı ya da sinədə sıxılma;
•  Ürəyin qüvvətli vurması;
• Tərləmə;
• Nəfəs darlığı ya da boğular kimi olma;
• Nəfəsin kəsilməsi;
• Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma;
• Üşümə, ürpmə ya da isti basması ;
•  bulanma ya da qarın ağrısı;
• Ürək titrəmə ya da sarsılma;
• Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə;
•  İdarəsini itirmə ya da dəli olma qorxusu;
•  Ölüm qorxusu;
• Panik atak nədir?
• Sıxıldığı zamanlarda yeni Panik atakın olacağı ilə əlaqədar davamlı bir narahatlıq duyma;
• Panik atakın 'infarkt keçirib ölmə', 'idarəsini itirib dəli olma' ya da "iflic keçirmə” kimi pis nəticələndirərə yol aça biləcəyi inancıyla davamlı qayğı duyma ya da həkim-həkim gəzmə, təcili xidmətlərə qaldırılmalar,
• Hücumlara və ola biləcək pis nəticələrinə qarşı tədbir olaraq (işə getməmə, idman, ev işi etməmə, bəzi yemək ya da içkiləri yeyib içməmə, yanında dərman, su, spirt, müxtəlif yeməklər daşıma kimi) bəzi davranış dəyişikliklərinin görüldüyü ruhi bir narahatlıqdı

Panik atak necə meydana gələr? Heç bir səbəb yox ikən və birdən-birə başlayan ürək döyünmələri, tərləmə, sinədə sıxılma, nəfəs darlığı ya da baş gicəllənməsi, balanssızlıq, huşunu itirmələr adamı dəhşətə gətirir. Adam infarkt keçirdiyini ya da iflic keçirməkdə olduğunu zənn edərək 'ölüm qorxusu ya da iflic olma qorxusu yaşayır. Bəzən də qəribəlik, çaşqınlıq hissi, baş gicəllənməsi, huşunu itirəcəkmiş kimi olma, özünü və ya ətrafını bir qəribə ya da dəyişik hiss etmə kimi duyğuların ortaya çıxmasıyla, idarəsini itirməyə ya da dəli olmağa başladığını düşünərək özünə ya da ətrafındakılara bir zərər verməkdən qorxmağa başlar. Xəstə dərhal, ən yaxın həkim ya da təcili xidmətə aparılır. Orada edilən bir çox müayinə və digər araşdırmalarda heç bir şey tapılmaz. Xəstəliyinin nə olduğu soruşulduğunda isə həkimlər heç bir şeyi yoxdur ya da «stressdən olmuşdur' deyirlər, çox vaxt sakitləşdirici verilərək evinə göndərilirlər. Bir müddət sonar panik atak təkrarlanar. Xəstə, hər yeni atak ilə eyni dəhşət və qorxunu yenidən yaşamağa və təcili xidmətlərə getməyə başlayar. Hər səfərində yenidən müayinə, yenidən araşdırmalar edilər ancaq heç bir şey tapıla bilməz. Xəstə, ürəyində ya da beynində pis bir şey olduğuna, ancaq həkimlərin bunu heç cür tapa bilmədiyinə inanmağa başlar. Bu vəziyyət xəstəni ümumiyyətlə bezdirər, həyatdan zövq ala bilməzlər. Ən kiçik bir fəaliyyəti belə etməkdən qorxar hala gəldiyində ümumiyyətlə depressiya da bir kölgə kimi panik ataka yoldaşlıq edər. Bəzən də həkimlər tərəfindən səhv diaqnoz qoyarlar. Bu zaman xəstə, antibiotik, təzyiq və ürək dərmanları, vitamin və s. dərmanlarla müalicə edilər, ancaq heç cür yaxşılaşa bilməz. Panik atak təkrarlanmağa davam etdikcə, xəstə, ataklar arasındakı dövrdə gərgin, narahat bir şəkildə hər an yeni bir panik atakın gələcəyini gözləməyə başlayar. Bu narahat gözləyişə Gözləmə Qayğısı  adı verilir. Hücumların (atakların) çox vaxt naməlum zaman və yerlərdə gəlməsi bu qayğını daha çox artırar. Hücumlar sıxlaşdıqca, infarkt keçirib ölmə, iflic olma ya da idarəsini itirib dəli olma qorxuları möhkəmlənər. Xəstələr, evdə heç kimin olmadığı vaxtlarda infarkt keçirməkdən və xəstəxanaya çata bilmədən ölməkdən, özünə ya da yaxınlarına bıçaq və bu kimi bir şeylə zərər verməkdən, başqalarının olduğu mühitlərdə dəlicə və qəribə davranışlarda olaraq alçalmaqdan çox qorxarlar. Bir müddət sonra hücumlara və hücumlar əsnasında reallaşacağına inandıqları „fəlakətlər"ə qarşı bəzi tədbirlər götürməyə və bəzi davranışlarını dəyişdirməyə başlayarlar. Hücumlara səbəb ola biləcəyini düşündükləri fəaliyyətlərdən, yemək və içkilərdən imtina edərlər. Hücumlara qarşı evdən çıxarkən dərman qəbul edərlər. Hücumlar əsnasında istifadə etmək üçün də yanlarında dərman, su, yemək və s. götürərlər. Hücumlar əsnasında ola biləcəklərə qarşı tədbir götürərlər.

Araşdırmalar göstərir ki, hücum əsnasında idarəsini itirərək uşaqlarına zərər verəcəyinə inanan xəstələr tədbir olaraq evdəki bütün bıçaqları nəzarət altında tutarlar, uşaqları ilə tək qalmamağa çalışarlar, hücum əsnasında pisləşərək huşunu itirəcəyindən qorxan qadın xəstələri, huşsuz ikən oğurlanar deyə aksessuarlarını taxmırlar, onu bu vəziyyətdə görənlərin köməkçi ola bilməsi üçün evinin ünvanını, telefon nömrəsini, hətta tibbi kömək üçün həkiminin vizitkartını öz üzərində götürürlər. Bu xəstələr lazım olduğunda təcili köməyi tez ala bilmək üçün bütün günlərini xəstəxana bağçasında keçirməyi ya da yollarını xəstəxana, aptek və təcili xidmət olan yerlərdən seçərlər.

Panik atak olanlar tez-tez xəstəxanaların təcili xidmətlərinə müraciət edərlər. Həkimlər bu şəxslərə fizioloji bir xəstəliyinin olmadığını söylədiyi zaman razışmazlar. Həkimin uyğun hesab etdiyi tədqiqlərin edilməsindən sonra (məsələn: müxtəlif qan tədqiqləri, tiroid kimi hormon tədqiqləri, kardioloji və nevroloji tədqiqlər) şəxsin hər hansı bir fiziki narahatlığı yoxsa onda şəxsin panik atak olduğunu deyə bilərik. Ancaq ümumi bir tibbi xəstəliyin fizioloji təsiriylə panik ataka bənzər simptonlar meydana gəlmişsə bunu panik atakdan ayırd etmək lazımdır. Məsələn: tiroid hormon çoxluğu (hipertroid), qansızlıq, dəmir əskikliyi kimi müxtəlif hormonal nizamsızlıq nəticəsində panic ataka bənzər simptonlar görülə bilər.Müxtəlif ürək xəstəlikləri vəziyyətində də panik ataka bənzər hallar görünə bilər. Epileptik pozuqluqdan qaynaqlanan panik ataka bənzər hallar da görünür.

Aqrofobiya Nədir? Xəstələrin 60% indən çoxu, hücumların gələcəyi yer və vəziyyətlərdən qaçmağa başlayarlar. Tək evdə qala bilməzlər, küçəyə tək çıxa bilməzlər, avtobus, gəmi, metro kimi nəqliyyat vasitələrinə, liftə minə bilməzlər, dar küçədən ya da körpülərdən keçə bilməzlər, bazar, böyük mağazalar kimi izdihamlı yerlərə girə bilməzlər. Xəstələrin, tək olarsa Panik atak keçirəcəyini zənn etdikləri yerlərə gedə bilməməsi, o növ yerlərdə qala bilməməsi vəziyyətlərinə Aqrofobiya deyilir. Panik pozğunluğu nədir? Panik pozuqluğu cəmiyyət içərisində olan hər hansı 100 adamın təxminən, 3-4ü bu xəstəliyi ya daha əvvəl keçirmişdir ya da hələ də bu xəstəliyi yaşamaqdadır. Hər yaşda başlaya bilməklə bərabər ən sıx 20-35 yaşları arasında başlayır. Qadınlarda, kişilərə görə 2-3 dəfə çox görülür. Panik pozuqluğu, gündəlik həyatımızda etdiyimiz bəzi davranışlarımızın nəticəsində ortaya çıxan və tamamilə ' təbii və zərərsiz ' olan ürək döyünməsi, tərləmə, nəfəs sıxılması ya da baş gicəllənməsi kimi fiziki simptonlar, xəstə tərəfindən pis bir xəstəliyin əlamətləri olaraq qiymətləndirilməsi və bunun nəticəsində də 'infarkt keçirirəm, öləcəyəm', 'dəli oluram', „iflic olacağam" şəklində səhv şərh olunması ilə meydana gələr.

Panik Pozğunluğunun Müalicəsi Mümkündür? Panik pozğunluğu, müalicəsi mümkün olan bir psixoloji narahatlıqdır. Narahatlığı olan adamın əvvəlcə müalicəni qəbul etməsi və narahatlığının psixoloji səbəblərdən qaynaqlandığına razı olması lazımdır. Bu xüsusilə müalicə üçün çox əhəmiyyətlidir. Panik pozuqluğu olanlar üçün ən uyğun müalicə üsulu; dərman müalicəsi və psixoterapiyaların birlikdə icra edilməsidir. Panik pozğunluğu olan xəstələrinin tez-tez dərmanla əlaqədar (asılılıq, dərmanın zəhərləyəcəyi və ya toxunacağına dair) qorxuları da olur. Ancaq müalicədə istifadə olunan dərmanlar — antidepressiyon dərmanlar (SSRI) asılılıq yaratmazlar. Yan təsirləri isə son dərəcə azdır və təhlükəli deyil. İstənildiyində həkim təklifi ilə rahatlıqla kəsilə bilərlər. Dərman müalicəsinə əlavə olaraq tətbiq olunan psixoterapiya ilə adamın mənfi düşüncə və davranış formalarının dəyişdirilməsi və xəstəliklə mübarizə etməsi üçün daha aktiv olması məqsəd qoyulur. Tətbiq edilən psixoterapiya — dərman müalicəsinə yoldaşlıq edən hipnoz ilə müalicədir. Çünki dərman müalicəsinə psixoterapiya yoldaşlıq etmədiyində, şəxsə bu əlamətlərlə necə baş etmək lazim olduğunu öyrədilmədiyi təqdirdə panik pozuqluğunun təkrarlanmasına və xronikiləşməsinə sıx rast gəlinir. Hipnoz altında adaptasiya, laqeydləşdirmə (desensitizasiya), üstünə getmə (exposure) çox rahat edilir. Koqnitiv hipnoterapiya ilə də xəstənin səhv inancları düzəldilə bilir, yeni tramvatik həyat hadisələri də yenə çox komfortlu bir şəkildə hipnoterapiya ilə təhlil edilə bilir. Aparılan araşdırmalara görə, panik pozğunluğunun müalicəsi üçün psixoterapiyaların birlikdə istifadə edildiyi dərmanlı müalicələr, psixoterapiyaların istifadə edilmədiyi dərmanlı müalicələrə nisbətən daha çox effektli alınır. Qısaca panik pozğunluğu, bir ürək xəstəliyi deyil. Panik hücumu əsnasında insanların öldüklərinə, havalandıqlarına ya da davranışlarının nəzarət altından çıxdığına dair heç bir tibbi məlumat yoxdur. Bu səbəblə panik atak keçirdiyiniz zaman; bunun ölümcül olmadığını, havalanmağa gətirib çıxarmayacağını, hiss etdiyiniz narahatlığın keçəcəyini düşünməlisiniz...

Sevda Cəlilzadə


Şərhlər:
Baxılıb: 2538
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz