Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünüzə inanın
Özünüzə inanın
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 2316
Səs ver:
Özünə inam
İnsanın özü haqqında daim müsbət düşünməsi və bacarıqlarını qəbul etməsidir. İnsanlar həyatlarının bəzi sahələrində özlərinə inana, bəzi sahələrdə inanmaya bilərlər. Özünə inam adama həyatın onun öz əllərində olduğu duyğusunu verir. Bu duyğu yenə də insanın hər şeyi edə biləcəyi deyil , "gözləmələrin real" olduğu mənasını verir. Bəzi insanlar istədikləri reallaşmasa belə özlərini qəbul etməyə və müsbət düşünməyə davam etdirir.

İnamsız şəxslər isə özlərinə inanmaz və hər hansı bir işdə müvəffəqiyyət qazanacaqlarına şübhə ilə yanaşırlar. Onlar böyük qorxu və həyəcanla nəticəni gözləyir və riskdən tamamilə uzaq gəzərlər. Özlərinə aşağı nəzərlərlə baxar və onlara deyilən müsbət fikirləri qulaqardına vururlar.
Halbuki, özünə etibarı olan kəslər öz qabiliyyətlərinə güvəndiklərini göstərər və digərlərinin təsdiqinə bağlı qalmazlar . Onlar özlərini qəbul etməyə meyllidir və bunun üçün istəmədikləri şeyləri etmək məcburiyyətində olduqlarını düşünməz, başqalarının haqlarına təcavüz etmədən öz haqlarına sahib çıxarlar.

Özünə inam necə meydana gələr?

Özünə inam inkişafa təsir edən amil olmaqla yanaşı, xüsusilə uşaqlıq dövrünün ilk illərində valideynlərin uşağa qarşı münasibətləri və hissləri bu mövzuya təsir etmək baxımından çox önəmlidir.  Valideynlərdən biri və ya hər ikisi uşağı həddindən artıq tənqid edir və ondan çox şeylər tələb edirsə, müstəqilliyinin qarşısını alırsa, uşaq özünün qabiliyyətsiz, bacarıqsız və dəyərsiz olduğuna inana bilər. Halbuki, valideynlər uşaqlarının cəhdlərini dəstəkləsə, inkişaflarını alqışlasa, səhv etdikləri zaman doğrunu tapmalarına kömək etsə, onları sevməyə və qəbul etməyə davam etsə, uşaqlar da özlərini qəbul etməyi, sevməyi və güvənməyi öyrənə bilərlər.
Özünüzə güvənmək və inanmaq üçün mənfi düşüncələri həyatınızdan çıxarın.
Xarici təsirlərə qarşı qorunmaq üçün insanlar bəzi qeyri-real şeylər düşünürlər. Özünə inama mənfi təsir edən bir neçə düşüncə şəkli və onların həqiqi variantları bu şəkildə sıralana bilər:
 
"Hər kəsin sevgisini, etibarını və inamını qazanmalıyam".

Bu mükəmməl, əlçatmaz bir hədəfdir və insanın dəyərini tamamilə başqalarının təsdiqinə aid olduğunu bildirər. Sanki başqalarından asılı vəziyyətə düşə bilər. Halbuki, fərdi dəyər və meyarları inkişaf etdirmək daha yaxşıdır.
 
"Bütün mühüm sahələrdə qabiliyyətli və müvəffəqiyyətli olmalıyam".

Bu da mükəmməl, əlçatmaz bir hədəfdir və fərdi dəyəri müvəffəqiyyətlə ölçməyə əsaslanır. Halbuki, müvəffəqiyyət doyurucu ola bilsə də, sizi daha qiymətli etməz. Dəyərli olmaq hər insanın doğuşdan sahib olduğu bir xüsusiyyətdir.
"Bu günkü bütün duyğu və davranışlarımı keçmişim təyin edər".
İnam hissinin uşaqlıq dövründə xarici təsirlərdən daha çox zərər görə bildiyi doğrudur, ancaq yaş ötdükcə dünyagörüşü qazana və nə edəcəyinizə özünüz qərar verə bilərsiniz. Keçmişdəki hadisələrin kölgəsində naəlac halda yaşamaq məcburiyyətində deyilsiniz.
Ya həmişə, ya heç vaxt
İnsan hər şeyi tam və mükəmməl etməyi düşünər, buna görə də ya tamamilə ondan imtina edər, ya da hər zaman özünü pis hiss edər. Halbuki, bir şeyi mükəmməl bilmək daha yaxşıdır. Nizami Gəncəvi əbəs yerə deməyib ki,"Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Bir şeyi az bilirsinizsə, heç nəyi bilmirmiş kimi ümidsizliyə qapanmaq doğru deyil. Az olan biliyinizi artırın və mükəmməlləşdirin.
 
Həvəsdən düşmək
Bəzi insanlar bədbin düşcələrlə hər zaman hər şeyin pis olacağını gözləyirlər.Onlar müsbət sonluğa inanmaq istəmir və hər zaman bir fəlakətlə qarşılaşacaqlarına inanırlar. Amma bu doğru deyil. Nədəsə məğlub olmaq o demək deyil ki, sizin həyatınız başdan-ayağa məğlubiyyətlə dolu olacaq. Məğlubiyyətlərdən təsirlənməyin və irəliyə can atın.
Əhəmiyyətsiz bir tənqid, mənasız bir şərh, mənfi bir detal bütün həqiqəti kölgə altına sala bilər. Təriflərə artıq fikir verilmir və mənfi düşünülür.  Məsələn, "Bir turda beş şahmat oyununu qazandım, ancaq axırıncıda uduzduğum üçün əhvalım çox pozuldu".

Duyğuların doğruluğunu sınamadan qəbul etmək
İnsan ətrafındakından təsirlənərək mənfi fikrə qapıla və hər hansısa bir hadisə barədə mənfi düşünə bilər. Məsələn, "Kimsə mənim bu işi bacara bilməyəcəyimi deyirsə, demək həqiqətən elə olacaq və mən daha buna həvəsli deyiləm". Bu tərz düşüncə qətiyyən doğru deyil. İnsan daim özünə inanmalı və hər şeyi edəcəyinə dair özü-özünə inam aşılamalıdır. Biz hər şeyi mükəmməl bilə və ya edə bilmərik. Axı biz adi insanlarıq. Təbii ki, haradasa səhvlərimiz olacaq. Bu səhvlərdən dərs almağı bacarmaq lazımdır.  

Özünəinamı inkişaf etdirməyin yolları

İnsan şüurlu şəkildə və səbrlə çalışarsa, mənfi düşüncələrini müsbətə çevirə bilər. Stəkanın boş deyil, dolu tərəfindən baxmaq lazımdır.

Yaxşı xüsusiyyətlərinizi görün. Bacarıqlarınızı gözardı etməyin, etməyə çalışdıqlarınızda isə uğur qazanmasanız belə onu bacarmaq üçün sərf etdiyiniz əməyi görün və dəyərləndirin. İşə edə bildiklərinizlə başlayın.
Daxili qiymətləndirmə edin
Özünüzü qiymətləndirmək üçün öz daxili dəyər və ölçüləriniz olsun. İnkişafınızı onlarla müqayisə edin. Cəmiyyətin sizin haqqınızda olan düşüncələrindən asılı olmayın. Başqalarını da dinləyin, ancaq onların fikirlərini birbaşa qəbul etmək yerinə qiymətləndirməyi öyrənin. Heç bir mövzuda tək və mütləq doğrular olmadığını tez-tez özünüzə xatırladın. Başqalarının söylədiklərindən çox qəlbinizin səsinə qulaq verin. Beyninizdə özünüzə dair mənfi düşüncələr yaranarkən onlara "Dayan!" deməyi öyrənin və müsbət yönlərinizi düşünməyə başlayın. Məğlubiyyətinizi isə inkişaf üçün bir pillə kimi düşünün və əsla təslim olamayın. İnsan yalnız özü istədiyi təqdirdə məhv olar. Bunu qətiyyən unutmayın. Özünüzü daim inkişaf etdirin.


Şərhlər:
Baxılıb: 2316
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz