Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrılığı unutmaq üçün
Ayrılığı unutmaq üçün
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2130
Səs ver:
Köhnə sevgilinizə olan eşqiniz tükənmir, hər yerdə onu görmək, axtarmamaq üçün özünüzlə mübarizə aparırısınızsa bu məsləhətlər sizin üçündür...
Ayrılıqla üz-üzə gəlmək heç asan bir vəziyyət deyil. Ancaq bu prosesi bezdirici hala gətirmədən, sakit və səbirli şəkildə keçirmək də mümkündür.

Ürəyinizi boşaldın...

Ayrılıq sonrası bütün ağrı-acıları ürəyinizdə saxlamayın, yaxınlarınızla paylaşın. İçinizdə yığılan duyğuları danışdıqca stressdən uzaqlaşdığınızı və rahatladığınızı hiss edəcəksiniz. Unutmayın, ən yaxınlarımız bu tip vəziyyətlər üçün hər zaman yanımızda olanlardır!

İdman edin...
Ayrılığın üstünüzdə yaratdığı ağır stressli müddəti idman edərək yüngülləşdirə bilərsiniz. Gözəl bir bədənə sahib olarkən stressdən də tamamilə uzaqlaşmış olarsınız. Əgər ağır templi idmanlardan xoşlanmırsınızsa, yoga dərslərinə qatılaraq ruhunuzu mənfi düşüncələrdən azad edin.

Bir siyahı hazırlayın...

Köhnə sevgilinizi hansı səbəblə həyatınızdan çıxarmanızı və sizə yaşatdığı mənfi şeyləri gözünüzün önünə gətirin və bunları siyahıda qeyd edin. Bu siyahını hazırlayarkən hər şeyi doğru qeyd edin. Siyahını yazıb qurtardıqda görəcəyiniz səbəblər onu unutmaq üçün daha şüurlu davranmanıza köməkçi olacaq.

Ünsiyyət qurun...
Ayrılıq sonrası vaxtınızın çoxunu köhnə sevgilinizi düşünərək keçirmək yerinə, fərqli mühitlərə qoşulun və yeni insanlarla ünsiyyət qurun. Tamamilə yeni bir əlaqəyə başlayın demirik. Ancaq yeni insanlarla tanış olduqda dənizdə daha çox balıq olduğunu anlayacaqsınız.

Tətilə çıxın...

Maliyyə vəziyyətiniz və iş rejiminiz imkan verirsə, kiçik bir tətilə çıxa bilərsiniz. Rahatlamaq və bütün çətinliklərdən təmizlənmək üçün dinclik dolu bir tətil sizə yaxşı təsir edəcəkdir.

Xatirələri silməyə çalışın...
Köhnə sevgilinizi, həqiqətən, unutmaq istəyirsinizsə, işə ilk olaraq onu xatırladan şeyləri yox etməklə başlayın. Cib telefonu nömrəsini silin, sizdə qalan əşyalarını, xüsusi xatirələrin olduğu fotoşəkil albomlarını atın. Facebook və Twitter kimi sosial media hesablarından da onu təqib etməyin. Qısacası, onu xatırladan hər şeyi gözünüzün qarşısından yox edin.

Görünüşünüzdə dəyişiklik edin...
Ayrılığın ardından yeni bir həyatın qapıları sizin üçün açılacaq. Bu dövrə daha xoşbəxt başlamaq üçün yeniliyə ilk olaraq özünüzdən başlayın. Uzun müddətdir eyni model olan saçlarınızı fərqli bir modeldə kəsdirin, ya da rəngini dəyişdirin. Özünüzə inanın və yaxşı hisslər keçirmək üçün dəyişiklik edin.


Şərhlər:
Baxılıb: 2130
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz