Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmtahanlardan sonra nə etməli?
İmtahanlardan sonra nə etməli?
Göndərən: S_E_M_A
Şərhlər:
Baxılıb: 1315
Səs ver:
Məktəbdə buraxılış imatahanları, ali məktəblərə qəbul imtahanları. Həyəcan, narahatlıq! Qəbul olanlar siyahısında adını oxumaq necə də yaxşıdır. Hər kəs bu hadisəyə fərqli reaksiya göstərir: kimsə xoşbəxtlikdən ağlayır, kimsə sevincdən hoppanır, kim isə bütün Azərbaycanı qucaqlamağa hazır olur. Neynəyəcəyini bilmirsən. Bütün il boyu hər dəqiqə məşğul olan biri qəbul olduqdan sonra nə edəcəyini bilmir.

Qəbul olanlar özlərinə tətil təşkil edə bilər. Çox maraqlı və dolğun tələbəlik həyatı hələ qabaqdadır. Lakin unutmayın ki, ciddi təhsil prosesi sizi gözləyir. Elə buna görə də yaxşı istirahət etmək lazımdır.

Ali məktəbə qəbul olmamısan?

Siz ali məktəbə qəbul olmamısınız? Elə fikirləşirsiniz ki, dünyanın axrıdır? Bəxtiniz gətirmədi? Nə etmək olar? Bir neçə variant var. İndi elə bu barədə danışacağıq.

Yeni imkanlar!
Ən mənfi hadisəyə belə müxtəlif tərəflərdən baxmaq olar. Dünya dağılmayıb, sizlərə müxtəlif imkanlar bəxş edib. Kimsə sentyabrdan etibarən mühazirələrə gedəcək, təcrübi işlər yerinə yetirəcək, sessiya verəcək. Oxumaq və yenə də oxumaq. Siz isə çoxdan arzuladığınız, lakin vaxt məhdudiyyətindən məşğul ola bilmədiyiniz bir işlə məşğul olmaq imkanı qazanırsınız. Əgər oğlansınızsa, daha bir perspektiviniz var.

Işə düzəlmək olar. Seçdiyiniz ixtisasın düzgün olub olmadığını yoxlamaq üçün bu, daha bir imkandır. Seçdiyiniz ixtisas üzrə və ya ona yaxın olan bir ixtisas üzrə işləyin. Bu peşəni bəyənib bəyənmədiyinizi qərarlaşdırın. Buna görə də öz soyadınızı qəbul olanlar siyahısında görməmisinizsə özünüzü bəxti gətirənlərdən hesab edə bilərsiniz. Tale nə istədiyinizi aydınlaşdırmağınız üçün sizə şans verib. İş qrafiki elə olmalıdır ki, növbəti il qəbul imtahanlarına hazırlaşmağa vaxtınız qalsın.

İstədiyim kimi yaşayım!
Belə də etmək olar. Arzularınız var, lakin reallaşdırmağa vaxtınız olmayıb? Səyahət etmək istəyərdiniz? Buna vəsaitiniz varsa, səyahət edin! Heç nə ilə məşğul olmaq istəmirsiniz? Heç nə etməyin! Bir az rahatlayın! Sonra yeni enerji ilə hara hərəkət etmək istədiyinizi anlayacaqsınız. Həyat ali məktəbə qəbul olmamaqla bitmir. Hələ hər şey qabaqdadır.


Şərhlər:
Baxılıb: 1315
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz