Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elnur Rüstəmov: “Evlənməyə problemin həlli kimi baxmaq doğru deyil”
Elnur Rüstəmov: “Evlənməyə problemin həlli kimi baxmaq doğru deyil”
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 3639
Səs ver:
"Bəzi adamlarda psixoloqla söhbətlərinin anonim qalmayacağı qorxusu var”

Dahi filosof Oşonun məşhur bir fəlsəfəsi var: istədiyin kimi yaşa, amma ağılla yaşa. Bəli, hərənin öz istəyi və bu istəyə catmaq üçün öz "düz”ü var. Əgər insanın təfəkkürü getdiyi yolda özünə və başqalarına zərər verib-verməyəcəyinin fərqində olmağa imkan verirsə, o, hər bir işə ağılla yanaşacaq, müdriklərin "məsləhətli don gen olar” deyiminə söykənib simsarları ilə "dərdləşəcək”, səhv etmədiyinə əmin olmaq istəyəcək. Yox, əgər onun təfəkkürü zəifdirsə, ağıl süzgəcindən keçirmədən atdığı addımlar həyatın istənilən sahəsində onun üçün çətinlik yaradacaq. Belə insanın dünyagörüşü də məhduddursa və onun şəxsi keyfiyyətlərində daha çox mənfi çalarlar varsa, o, ətrafında günahkar axtaracaq, qəzəblənəcək və hətta nifrət edəcək. Beləsinin barışmazlığı cəmiyyətdə yersiz çaxnaşmaya, qarışıqlığa, ailədə isə ailə üzvlərinin, xüsusən uşaqların psixoloji sarsıntısına səbəb olur.
Bu gün qalmaqallı ailə həyatını adi yaşam tərzinə çevirən ailələrin və boşanmanı adı hadise kimi qebul edenlerin  sayı getdikcə artmaqdadı. Bəs nə etməli, bu insanlara necə kömək etməli? Bəli, məhz indi, bu gün belə insanlara kömək etmək vacibdi. Amma söhbət bu günün insanından gedir - nə tənqidə, nə məsləhətə qulaq asmayan, ümumiyyətlə, "eşitməyi” bacarmayan bu insanları yamanlamaq, ittiham etmək yox, qaranlıq yollarına işıq salmaq üçün nə etməli? Bu suala cavab tapmaq üçün Psixologiya Konsulatasiya Mərkəzinin (PCC) rəhbəri, psixoloq Elnur Rüstəmovla həmsöhbət olduq.


- Elnur müəllim, hər gün baş verən onlarla faciəvi hadisə "qəhrəmanından” və qurbanlarından bu qədər danışırıq, cinayətləri bütün detalları ilə təsvir etməklə, bəlkə onu təbliğ edərək, insanların psixologiyasına mənfi təsir göstəririk?

- Çox aktual bir mövzudu. Əslində, bu, təkcə Azərbyacanda deyil, bütün dünyada gedən bir prosesdi: Hansısa müğənni və ya bir futbolçunun populyarlığı haqqında danışılır, nümunəvi sima kimi təqdim edilir və eyni zamanda məlum olur ki, bunun normal ailəsi yoxdur. Bu fakt şüuraltı olaraq insanlara təsir göstərir. Bəzi gənclər nəyəsə nail olmaqda ailəni yolları üstündə bir maneə hesab edir, "ayaq üstə durmaq” üçün birinci növbədə ailəsini dağıtmaqla məşğul olur. Kütləvi informasiya vasitələri - mətbuat, televiziya, xüsusilə müxtəlif kanallarda uzun-uzadı nümayiş olunan filimlərin, kiliplərin insana şüuraltı təsiri çox böyükdü. 90-cı illərdə Latın Amerikası filmləri Azərbaycanda göstəriləndə hər kəs deyirdi ki, bunun bizə aidiyyatı yoxdu, bu bizə təsir göstərməyəcək. Aradan 20 il keçib, indi sübut olunur ki, təsiri olub, özü də çox pis. Digər tərəfdən, ictimai qınaq da vacib şərtdi. Əvvəllər bir ailə dağılanda bütün tayfa ayağa qalxırdı. İndi isə bu, heç kəsi maraqlandırmır. Məncə, birmənalı şəkildə ictimai qınaq yenidən bərpa olunmalıdı, "ailə” məfhumu əvvəlki statusuna qayıtmalıdı. Əgər boşanma varsa, buna sıradan bir hadisə kimi baxılmamalıdı, xüsusən valideynlər tərəfindən.
Qız boşanır, ata biganə yanaşır, deyir, get otur evdə, mən sənə baxacam, ana da həmçinin. Oğlan ailə qurur, az sonra ailədə problem yaşanır. İlk təklif etdikləri fikir bu olur: boşanın. Bəs səbəb nədi? Məlum olur ki, ailəni dağıtmağa əsas verən elə bir fakt yoxdu, olsa-olsa "sən mənim anama ana yox, xala deyirsən və yaxud da atama ata demirsən”.

- Onlara "ilkin yardım” göstərmək üçün ən optimal variant nəyi hesab edirsiz?

- Problemdən çıxış yolu deyiriksə, birinci ictimai qınaq, ikinci maarifləndirmə işi aparılmalıdı. Eyni zamanda, orta məktəblərdə ailə ilə bağlı bir tədris kursu olmalıdı. Nə qədər başqa variantlar axtarsaq da, bu istiqamətdə işlərin aparılması vacibdi. Bu günlərdə Türkiyədə beynəlxalq konfransda olmuşam. Orada da əsas mövzu "psixoloqlar nə iş görməlidilər?” idi. Bu gün Azərbaycanda ailə quran cütlüklərin tibbi müayinəsi məsələsi ortaya qoyulur. Bu, əlbəttə, vacibdi. Amma çox yaxşı olardı ki, tibbi müayinə ilə paralel psixoloji müayinə də aparılsın.

- Elə insan var ki, özü tək qərar verə bilmir, problemlərin əlində aciz qalır, fikirləşir ki, ailə qursun, problemləri də birlikdə həll etsinlər...

- Evlənməyə problemin həlli kimi baxmaq doğru deyil, çünki bir müddət keçdikdən sonra daha böyük problemlər yarana bilər. Azərbyacanda dövlət tərəfindən psixoloji sağlamlıq mərkəzi yaradılıb, oraya müraciət edənlər də var, ancaq yetəri qədər deyil. Çünki o istiqamətdə maarifləndirmə lazımınca aparılmır. Ən böyük problemimiz isə bu sahədə əsl mütəxəssislərin az olmasıdı. 10, 15 psixoloq bu yükü qaldırmaq iqtidarında deyil, bunun üçün bir psixoloq ordusu olmalıdı. Odur ki, öncə kadr hazırlığı aparılmalı, daha sonra bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir. Əgər insanlar psixoloq xidmətindən lazımınca faydalana bilsələr, problemlərimizin böyük bir qismi həll olunacaq

- Gərək insanlar özləri də bunu istəsinlər, bu xidmətin zamanın tələbi olduğuna inansınlar. Əgər insan deyilən fikirlərə qulaq asıb çıxış yolu düşünmək əvəzinə, inadla öz dediyinə haqq qazandırmağa çalışırsa, ona kömək etmək o qədər də asan olmayacaq...

- Doğrudur, inamla bizə müraciət edənlər konkret nəticələr də alıırlar. Kimlər ki istəmir, bunu müxtəlif səbəblərlə əsaslandırmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bu gün insanlar hələ də psixoloqla, psixiatrı fərqləndirə bilmirlər. Əksər hallarda onları çəkindirən məhz bu fakt olur.

- Bəzi insanlar da var ki, özləri danışmağa və haqlı olduqlarının təsdiqini eşitməyə ehtiyac duyurlar. Lakin bu tip adamlar problemləri öz ailələri daxilində paylaşmamaq bir yana, psixoloqlardan da uzaq qaçırlar.

- Belə adamlarda psixoloqla söhbətlərinin anonim qalmayacağı qorxusu var. Bunu bilmək vacibdir ki, bu söhbətlər, konsultasiyalar anonim proseslərdir və psixoloq anonimliyi qoruyub saxlamalıdı. Gəlin unutmayaq ki, ideal ailə yoxdu, bunu hər kəs yadında saxlasın. Elə bir ailə yoxdur ki, orada söz-söhbət olmasın. Pasientlərim mənə sual verirlər ki, "siz xöşbəxtsizmi? Bəli, mənim xanımım uşaq psixoloqudu. Elə bir məsələ yoxdur ki, onu ailəmlə paylaşa bilməyim. Fərqi yoxdur, nə haqda danışırıq. Əsas odur ki, mən rahat oturub qarşı tərəflə istənilən mövzuda söhbət edə bilərəm. Əslində, ailə budur. Əgər tərəflər arasında bu anlaşma yoxdursa, həmin boşluğu kimsə dolduracaq və nəticədə ailə sistemi pozulacaq.
Ailə qurmağa hazırlaşan gənclərə, həmçinin ailəli insanlara tövsiyəm budu: çalışın aranızda ünsiyyət olsun və hər mövzudan danışa biləsiz.


Şərhlər:
Baxılıb: 3639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz