Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə depressiya
Kişilərdə depressiya
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 2174
Səs ver:
Bir çox psixiatrik xəstəliklər qadınlarda daha çox izlənir amma bu kişilərin ruhi xəstəliklərə qarşı anadangəlmə \"immunitetli\",qoruma altında olduğunu göstərmir.Depressiya kişilərdə də olduqca sıx görülən və diqqətə çarpan iş-güc itkisinə,məsuliyyətlərdə axsamaya və insanın həyatının dadını qaçırmağa səbəb olan bir xəstəlikdir.Üstəlik qadınlar depressiya üçün müalicəyə müraciət edərkən, kişilər bunu demək olar ki, \"qadın tərəfindən bir vəziyyət\" olaraq gördükləri üçün,dərinləşmədikcə nə xəstəliyi qəbul edirlər nə də müalicə üçün kömək istəyirlər.

Kişilərdə depressiya əlamətləri qadınlardakı depressiya əlamətlərinə bənzəyir.Amma kişilər depressiyanı fərqli şəkildə ifadə etmə meylindədir.Qadınlar,bədbəxtəm,kədərliyəm,günahkarlıq hiss edirəm,kifayət qədər yaxşı ana ola bilmədim kimi sözlərlə ruh hallarını ifadə edərkən,kişilər əsəbiyəm,narahatam,dözülməzəm,yuxum pisdir,cinsi istəyim azaldı kimi şikayətlənmələri daha çox dilə gətirirlər.Kişilər daha güclü olmaları lazım olduğu təlimi ilə,öz fikirlərində "zəiflik" kimi görünən bəzi ruh hallarını inkar edərlər.

Kişilərdə müalicə edilməyən depressiyanın nəticələri nələrdir?
Kişilərdə depressiya dağıdıcı nəticələr doğura bilməkdədir.Depressiyada olan kişilərdə,qadınlara görə intihar ilə ölüm nisbətləri təxminən dörd qat daha çoxdur.Daha çox qadın intihara cəhd etsə də,bundan fərqli olaraq kişi intihar nəticəsində öz həyatını sona çatdırır.Bu kişilərin, çox dərman alaraq intihara cəhd yerinə yüksəkdən atlama,odlu silah istifadə etmə kimi daha "sərt" üsulları daha tez istifadə etməsindən irəli gəlir.

Depressiya kişilərdə ümumiyyətlə,mədəni gözləntilərin izlərini daşıyır.Kişilərin müvəffəqiyyətli olması ,duyğularını düzəltməsi,idarəli olmaları lazımdır.Hadisələr kişinin idarəsində olmalıdır.Bu mədəni gözləntilər,depressiyanın əlamətlərini maskalayır​​.Klassik depressiya əlamətləri yerinə,kişilərdə təcavüzkarlıq və hirs ifadəsi ola bilər,bu cəmiyyət içində daha qəbul edilə bilən bir "sərt kişi" davranışıdır. Kişilər sıxlıqla depressiya əlamətlərini basqılamak üçün spirt istifadəsinə yönəlirlər. Spirt o əsnada müvəqqəti rahatlama verir kimi görünsə də,həqiqətdə depressiya əlamətlərini daha şiddətləndirir.

Yaşlı kişilərdə depressiyaya tez-tez rast gəlinir?
Depressiya yaşlanmanın normal bir parçası olmamasına baxmayaraq,yaşlı kişilərdə ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin,depressiyanın da daha tez izlənilməsi ilə nəticələnir.Təqaüd ilə birlikdə kişinin gəlir və iş itkisi olur,daha çox özünü boşluqda və işə yaramaz,gücünü itirmiş hiss edə bilir. Gündəlik təkrarlanan nizamı pozulur,bu dəyişikliklər hissi stressi artıra bilir və özünə inam itkisi depressiyaya kömək edə bilir.Buna əlavə olaraq,ailə və dostların ölümü,digər sağlamlıq problemləri üçün verilən bəzi dərmanlar da depressiyanın yaranmasına gətirib çıxarır.

Hər il xüsusilə qış dövrlərində çökmüş kimi hiss edirsinizsə,depressiya müalicəsi almağınıza baxmayaraq göstəricilər düzəlmirsə,sizdə də D vitamini əksikliyi ola bilər.Son araşdırmalar D vitamini çatışmazlığının,depressiya əlamətləri yaratdığını göstərir.Amerikada edilən 20-90 yaş arası 12600 adamın daxil edildiyi olduqca geniş bir işdə şəxslərin qandakı D vitamini səviyyələri ilə depressiya əlamətləri əlaqəsi araşdırıldığında,vitamin səviyyəsi aşağı olanlarda depressiya daha çox izlənilmişdir.

Son illərdə,D vitamini çatışmazlığının osteoporoz,ürək xəstəlikləri,diabet,bəzi xərçəng növləri  və multipl skleroz kimi immun sistemi xəstəliklərinin yanında depressiyaya da bağlı olduğu tapılmışdır.Bu nəticələr üzərinə,tibbi nüfuz və idarələr fərdlər üçün təklif edilən gündəlik D vitamini səviyyələrini yüksəldiblər.Bu an depressiya üçün də etibarlı olan gündəlik D vitamini alışı 1-70 yaş arası insanlarda 600 modul (İÜ),71 yaşından böyük şəxslərdə isə 800 moduldur.

Depressiya ilə çatmayan D vitamini əlaqəsi
Tam olaraq D vitamini və depressiyanın hansı mexanizm ilə əlaqəli olduğu bilinmir.D vitamini əskikliyi depressiyaya səbəb ola bilər,ya da depressiya aşağı D vitamini səviyyələri üçün risk artıra bilər. Məsələn,depressiya diaqnozu olan insanların daha çox zamanlarını qapalı sahələrdə keçirmələri,daha az sağlam bəslənmələri D vitamini səviyyələrini aşağı salır.Beyin də daxil olmaqla bütün bədəndə D vitamini ilə çalışan hüceyrələr olur.D vitaminin əksik olması,bu hüceyrələrin yanlış işinə yol açır. Depressiyanın ortaya çıxışının mexanizmi bu ola bilər.Bu an üçün təklifimiz xüsusilə qış dövrü təkrar edən depressiya olanlarda və depresiyada müalicəyə müqavimət göstərənlərin qanda D vitamini səviyyələri ölçülməlidir.D vitamini ən çox balıq,süd və süd məhsullarında olur.Depressiya olan kəslərin bu məhsulları daha çox istifadə etməsi faydalı olacaq.

Depressiya cədvəli,yalnız depressiv pozğunluq adı verilən xəstəlikdə deyil,bipolyar pozğunluq,obsessif-kompulsif pozğunluq,şizofreniya,qidalanma pozğunluqları,cinsi funksiya pozğunluqları,yuxu pozğunluqları və digər bir çox psixiatrik xəstəlik zamanı bərabərlik edən ikinci diaqnoz ola bilər.Depressiyanın müalicəsi,paralel gedən xəstəliklərə,fərdin yaş və cinsiyyətinə,fiziki xüsusiyyətlərinə,gündəlik həyat fəaliyyətlərinə,ifadə şiddətinə və daha bir çox faktora görə dəyişir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi


Şərhlər:
Baxılıb: 2174
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz