Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Perfeksionizm yoxsa özgüvən əksikliyi?
Perfeksionizm yoxsa özgüvən əksikliyi?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1167
Səs ver:
Perfeksionizm başqa sözlə mükəmməlliyətçilik – bu mövqeni ilk baxışdan qüsursuzluq kimi qavrayırıq. Əslində  mövcud olan qüsurları gizləmək üçün " dəridən qabıqdan çıxmaq”, o cümlədən  sahib olmaq istəyib də  ola bilmədiyimiz keyfiyyətlərin  şəxsiyyətin strukturunda  yaratdığı boşluqları  doldurmaq üçün istifadə edilən cəhdlərin adıdır. Potensialından daha artığına sahib olmaq istəyi insanlarda müxtəlif davranışlar şəklində özünü göstərir. İstənilən mühitdə şəxslərarası münasibətdə  insan daim öz mövqeyinin  toxunulmazlığı uğrunda mübarizədədir. Adətən, ilkin təəssürat xarakterik xüsusiyyətlərin  aşkarlanması istiqamətində mühüm informasiya mənbəyi olduğundan  əsasən yeni tanışlıqlar zamanı çatışmazlıqlarımızı gizləməyə çalışırıq. Mükəmməlliyətçi olmaq bir növ rütubətli divara  boya çəkməklə mövcud nəmi gözlərdən gizlətmək kimidir və daim boyalanmağı tələb edir.  Perfeksionizmin kökündə qarşısını almaqda  çətinlik çəkdiyimiz  və aşkar olduqca özgüvənimizi minimuma  endirən çatışmazlıqlarımızdır. Hər zaman qüsursuzluğa can atmaq , əslində kiçik nöqsanların belə öhdəsindən gələcək qədər  gücə sahib olmamağın nəticəsidir. İnsan istənilən situasiyada tənqidə açıq olmalıdır. Nöqsanların qəbul edilməsi onların aradan qaldırılmasını tezləşdirir. Öz  davranışının analizini apararkən  qarşı tərəfin də  baxış prizmasını nəzərə almaq daha obyektiv qiymətləndirməyə səbəb olur. Hər halda məsələyə dörd gözlə baxmaq daha səmərəlidir nəinki iki gözlə. Ümumiyyətlə, nöqsanları görməzdən gəlmək, laqeyd münasibətlə onu həll etmədən  ört-basdır etməyə çalışmaq, yaxud üzə çıxmaması üçün  daxildə emosiyalarımızın müharibəsini aparmaq mövcud fəaliyyətin gedişatının ləngiməsini surətləndirir. Daha dəqiq desək, keyfiyyətlər strukturunda  natamamlıq mövcud olduqda  özgüvənin aşağı enməsi  müşahidə olunur. Və bu enişi gizlətmək, yaxud stabil vəziyyətə gətirmək  üçün səylər ortaya qoyulur. Beləki, ünsiyyət zamanı tez-tez "mən”, "ümumiyyətlə”. " mümkün deyil”, "heç vaxt”, "daima”, " bütünlüklə” və s kimi kəskin və net məna daşıyan sözlərdən istifadə edilir. İstənilən sahədə qüsursuzluğa can atmaq  effektivliyi artırsa da, mövcud qüsurlarla  mübarizə  aparmaq da mübət keyfiyyətlər sırasındadır. Özünü olduğu kimi deyil olmasını istədiyi kimi təqdim etmək perfeksianizmin digər adıdır. Qarşı tərəfdə "qüsursuzluq aşiqi” təəssüratını yaratmaq cəhdi əslində qarşı tərəfin tuta biləcəyi  nöqsana dözümsüzlüyün göstəricisidir. Eynən müdafiə mexanizmi kimi. Perfeksionist olmaq sahibi tərəfindən  "Mən hər şeydə mükəmməlliyi sevirəm” , " Ya tam olsun ya heç olmasın” kimi ifadə olunsa da qarşı tərəfdən "Mən nöqsanlarımı əslində sözlərlə gizləməyə çalışıram”, " Tənqidləri qəbul edə bilmərəm”, "Sahib ola bilmədiyim keyfiyyətləri sizə sezdirməməyə çalışıram” kimi qəbul edilməlidir.  Xarakterik cəhətdən ən güclü, hər işdə detallarına kimi dəqiq olan şəxsiyyət tipi kimi qavradığımız mükəmməlliyətçi insan, əslində qüsurlarına görə tənqid olunmağa  tam hazır olmayacaq dərəcədə dözümsüzdür və bu səbəbdəndir ki, onu sözlərlə, müəyyən davranışlarla aşkarlamamağa çalışır. Nəticə etibarilə mükəmməlliyətçilik orta stabil mövqedən "kəsə yolla” daha yüksək pilləyə irəliləmək istəyidir. Hər addımda qarşılaşdığımız manelərlə mübarizə aparmadan onlardan yayınmaq,  zamanla sahib olacağımız   statusun fundamental quruluşunda defisitlər yaranmasına şərait yaradır. Və bu saxta yönəlişlik zamanla əldə etdiyimiz yüksək mövqenin  "ağırlığına”  tab gətirməz vəziyyət alır. Bu səbəbdəndir ki,  çatışmazlıqlarımızdan qaçmamaq, onların mövcudluğuna göz yummamalıyıq, ən əsası mükəmməlliyətçilik pərdəsi altında gizlətməməliyik. Başqa sözlə, başımız ağrayan zaman ağrıkəsici atmaqla kifayətlənmək  ağrının  kökünə enməkdən qaçmaqdır ki, bu da istənilən halda çıxış yolu deyil, çünki o ağrı ən müdafiəsiz vaxtımızda bizi " qarşılaya” bilər.

Zümrüd Səfərova.

Narınc UPM-nin psixoloqu


Şərhlər:
Baxılıb: 1167
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz