Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Psixoloji konsultasiya nədir?
Psixoloji konsultasiya nədir?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1270
Səs ver:
Psixoloji konsultasiya – pasiyentı öz probleminin həllində göstərilən peşəkar yardımdı. Psixoloji konsultasiya çətin həyati situasiya ilə rastlaşan, çıxış yolu axtaran, həyatını daha gözəl formada qurmağı məqsəd qoyan psixi sağlam insana ünvanlanır.

Psixoloji konsultasiyanın məqsədi pasiyentə problemini həll etməkdə yardımçı olmaqdı. Həyati vacib qərarların qəbulu, qarşıya qoyulan məqsədlərə çatmaq, özü və ətrafla münasibətdə harmoniyada yaşamaq və s. bu kimi hallar psixoloji konsultasiyanın məqsədlərinə daxildir. Psixoloji konsultasiyada psixoloq pasiyentə özünün daxili resurslarını səfərbər etməyə, əvvvəllər ona aydın olmayan hərəkət və davranışlarının səbəbini anlamaqda kömək edir. Psixoloji konsultasiyada pasiyent öz həyati çətinliklərini öyrənməklə paralel ondan qurtulmaq yolunu da öyrənir.

Psixoloji konsultasiyanın bir çox istiqamətləri var:
İntim-fərdi konsultasiya. Pasiyentin daxili problemi həll etməyi qarşısına məqsəd qoyur. (buraya həyatın mənasını anlamaq, insanlarla münasibətdə həyəcan, aqressiyanı aradan qaldırmaq və s. daxildir). Ailə konsultasiyası. Buraya təkcə ailə cütlükləri aparılan konsultasiya aid edilmir. Eyni zamanda ailə qurmağı planlayan cütlüklər, sevgili olanlar, valideyn-uşaq münasibətlərini, ailə üzvləri arasında münasibətlərin motivini anlamaq və s. məqamlar daxildi. Peşəkar fəaliyyətlə bağlı konsultasiya. Bu konsultasiya prosesinə peşə seçimi ilə bağlı ortaya çıxan suallara cavab axtarmaq, düzgün seçim etmək kimi məqamlar daxildi. Təşkilati məsələlərlə bağlı aparılan konsultasiya. Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s bu kimi məqamlara aydınlıq gətirmək daxildi. Psixoloji konsultasiyada etik prinsiplər

Psixoloq konsultant psixoloji konsultasiyada "etik kodeks”ə riayət etməlidi. "Etik kodeks” psixoloji konsultasiyada pasiyentə peşəkar yardım göstərmədə mühüm bir məqamdı ki, bunu da hər bir peşəkar psixoloq fəaliyyətində əsas götürməlidir. Etik kodeksə əsasən aşağıdakılar aid edilir.Psixoloq-konsultant pasiyentə konsultasiya prosesi haqqında tam şəkildə informasiya verməlidir. Məxfilik məsələsini birinci görüş zamanı müzakirə etmək lazımdır.

Konsultant lazımı informasiyaların pasiyentin valideynləri, müəllimləri, həyat yoldaşı və s. bölüşmək zərurəti ilə üzləşərsə pasiyenti xəbərdar etməlidir. Əgər pasiyent etiraz etmirsə bunu üçüncü şəxsə söyləmək olar. Qeyd edildiyi kimi ƏGƏR ETİRAZ ETMİRSƏ!!!

Konsultant məxfiliyin sərhədlərini pasiyentə mütləq söyləməlidir. Məxfilik haqqında aşağıdakılar fərqləndirilir: - Məxfilik pasiyentin verdiyi məlumatdan asılıdır. Pasiyentin inamı verdiyi "məxfi” məlumatlardan daha vacibdir. - Əgər konsultasiya görüşlərinin materialları pasiyentin maraqlarına xələl gətirmirsə məxfilik saxlanılmaya bilər. Gələcəkdə mütəxəssis hansısa problem haqqında kitab yazarsa pasiyentin adını çəkmədən o materiallardan pasiyent icazə verdiyi təqdirdə istifadə edə bilər. - Məxfilik həmişə pasiyentin təmiz adının və sirrinin qorunmasına əsaslanır. Konsultant pasiyentin hüquqlarını qorumalı, bəzi hallarda bu istiqamətdə qeyri – qanuni hərəkət də edə bilər (Məsələn, əgər üçüncü bir şəxsin hüquqları pozulmursa pasiyent haqqında informasiyaları hüquq mühafizə orqanlarına verməyə bilər). - Məxfilik konsultantın öz şəxsi təhlükəsizliyi və ləyaqətini qorumaqla sərhədlənir. - Məxfilik üçüncü şəxs və ictimayət arasında hüquqi sədd qoyur.

Elə situasiyalar ola bilər ki, konsultasiya zamanı məxfilik qaydasına riayət etmək mümkün olmasın.

Aşağıdakı səbəbdən məxfilik pozula bilər:
- Pasiyent özü və digər adamlar üçün riskli olarsa;
- Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa (zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s.);
- Pasiyentin xəstəxanaya yerləşdirilməsi vacibdirsə;
- Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə.

Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir. Konsultant həmçinin pasiyentə nə etmək istədiyini deməlidir.

Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


Şərhlər:
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz